Ailələr arasındakı fərqlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ailələr arasındakı fərqlər
 
 » Sağlamlıq » Psixologiya » Ailələr arasındakı fərqlər

     
 
Sağlamlıq » Psixologiya: Ailələr arasındakı fərqlər
 
 
Müəllif: Zeyneb | 10 Noyabr 2010 | 12502 dəfə oxunub
http://zeka.az/1126-ailjljr-arasdndakd-fjrqljr.html

Ailələr arasındakı fərqlər

 Bu gün ailələrdəki psixoloji  fərqlərdən danışmaq istərdim. Yəni  hər  bir  ailənin  özünəməxsus quruluşu var. Bir  hərəkət  bir  ailədə  pis, digər ailədə  isə  tamamən  yaxşı  qəbul  oluna  bilər. Məsələn, xanımından  diqqət  gözləyən  kişinin ailəsi ərindən  diqqət  gözləyən  xanımın ailəsindən fərqlənir. Bir ailədə  bir  kişi  qadınının vaxtı-vaxtında  zibili atmaq üçün hazırlamadığına görə dava  edirsə, başqa  bir  ailədə  hazır  zibili  atmağa  görə  hər  gün evdə söz-söhbət  olur. Əgər bir ailədə ardı-ardına uşaq  arzulanırsa, başqa bir ailədə uşaq həsrəti yaşanır. Bu tip fərqləri saymaqla  bitməz. Ən önəmlisi budur ki, ailələrdəki xanımlar başqa qadınların  ailə  tərzlərinə  görə  ailələrində söz-söhbət  salmasınlar. İnanın  ki, bu  çox  böyük  güc  tələb  edir və özünü güclü  hesab  edən  hər  bir  qadın  bunu  etməlidir. Bilin ki, sevən və ailəsinə bağlı olan kişi  ailəsinə  özü  sahib  çıxacaq. Ailəsinə bağlı olmayan, sevməyən, hətta hörmət  etməyən  şəxsə  başqa  ailələrdən misal da çəksəniz  düzəlməyəcək. Əksinə, onun sizə münasibəti daha da pisləşəcək. Bu o demək deyil ki, ailədə istədiyiniz, ya  bəyəndiyiniz-bəyənmədiyimiz  şeyləri  ərinizlə  paylaşmayasınız. Əksinə  paylaşın, söhbət  edin. Amma ailədə problemlərin yaşanmaması və ər-arvad münasibətinin pozulmaması üçün siz qadın olaraq silahlanın, yəni psixoloji  məqalələrlə, kitablarla, nəzəriyyələrlə və s. məlumatlanın!

 Hər kəsə ailə səadəti və səbr arzulayırıq!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.