Azərbaycan dilinin tezlik lüğəti hazırlanıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan dilinin tezlik lüğəti hazırlanıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan dilinin tezlik lüğəti hazırlanıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan dilinin tezlik lüğəti hazırlanıb
 
 
Müəllif: Carchi | 10 Noyabr 2010 | 12351 dəfə oxunub
http://zeka.az/1127-azjrbaycan-dilinin-tezlik-lgdjti-hazdrlandb.html

Azərbaycan dilinin tezlik lüğəti hazırlanıb

50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunub

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi Dilmanc layihəsi çərçivəsində “Azərbaycan dilinin tezlik lüğəti” hazırlanıb. Zeka.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdim olunan tezlik lüğətinin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunub.

Elmi, bədii, publisist, rəsmi, məişət və s. üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaradıb. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunub. Lüğətdən dil mütəxəssisləri, orta və ali məktəb müəllimləri, mətbuat işçiləri istifadə edə bilərlər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.