Elmimizin günü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Elmimizin günü
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Elmimizin günü

     
   
 
Müəllif: Carchi | 10 Noyabr 2010 | 12254 dəfə oxunub
http://zeka.az/1128-elmimizin-ggng.html

Elmimizin günü

Gələn il Azərbaycanda elmin inkişafına 108,6 milyon manat xərclənəcək

Bu gün bütün dünyada elm günü kimi qeyd olunur.

UNESCO-nun 2001-ci ildə keçirilən baş konfransının 31-ci sessiyasında qəbul edilmiş bu qərarın məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, habelə elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

Elmin inkişafı, dünya elminə inteqrasiya Azərbaycan da prioritet sayılır. “2007-2015-ci illərdə azərbaycanlı tələbələrin xaricdə təhsil almasına dair Dövlət Proqramı”nın məqsədlərindən biri məhz Azərbaycan elminin dünya elminə inteqrasiyasıdır. Son bir neçə ildə Azərbaycanda elm və təhsilin inkişafını sürətləndirmək məqsədilə çoxlu fərman və sərəncamlar, qərarlar, dövlət proqramları imzalanıb. Elm və təhsil sahəsində həyata keçirilən fundamental islahatların reallaşmasına hər il dövlət büdcəsindən ayrılan vəsaitlər də artırılır.

Xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsi layihəsində elm xərcləri üçün 108,6 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait 2010-cu illə müqayisədə 5,8 milyon manat və yaxud 5,6 faiz çox olacaq. Elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz təşkil edəcək. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək.

Gələn il elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat və digər tədbirlərin həyata keçirilməsinə vəsait nəzərdə tutulub. science.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.