Mərhəmətli qəlb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Mərhəmətli qəlb
 
 » Din » Əxlaq » Mərhəmətli qəlb

     
 
Din » Əxlaq: Mərhəmətli qəlb
 
 
Müəllif: Zehra | 11 Noyabr 2010 | 12498 dəfə oxunub
http://zeka.az/1129-mjrhjmjtli-qjlb.html

Mərhəmətli qəlb

İlahi əxlaqla süslənməyin ən təbii nəticələrindən biri – mərhəmətli qəlbə sahib olmaqdır. İbadətlərin, xüsusən də həccin həqiqətinə belə bir qəlblə qovuşmağın mümkünlüyünü Mövlana Rumi aşağıdakı hekayədə belə ifadə edir:

Bayəzid Bistami həcc və ümrə ziyarətlərini icra etmək üçün Məkkəyə doğru sürətlə gedirdi. Getdiyi hər şəhərdə oranın salehlərini axtarır, “Bu şəhərdə bəsirət gözü açıq olan kimsə varmı?” – deyə qarşısına çıxanlardan soruşurdu. Çünki hara səfər edirsə etsin, əvvəlcə Allah dostlarını axtarıb tapmağın zəruriliyinə inanırdı.

Allah-Taala buyurur:

“Bilməyirsinizsə zikr əhlindən soruşun! Musa peyğəmbərə (Ona salam olsun) də İlahi elm sahibi Xızr (Ona salam olsun) ilə görüşmək tapşırılmışdı.”

Bayəzid hilal kimi solğun, uzunboylu bir qoca gördü, onda Allah dostlarının ruhiyyəsi var idi. Gözləri dünyaya (dünyadakı nemətlərə) kor idisə də, qəlbi Günəş kimi işıq saçırdı. Bayəzid o qocanın qarşısında oturdu. Qoca ondan: “Hara gedirsən? Qürbət yükünü (yəni bədənini) hara daşıyırsan?” – deyə soruşdu.

Bayəzid dedi: “Həccə getmək niyyətindəyəm, iki yüz dirhəm pulum da var”.

Qoca kişi ona belə bir nəsihət verdi: “O dünyalığının bir miqdarını Allah yolunda möhtaclara, qəriblərə, köməksizlərə bağışla! Onların ürəklərini ələ al ki, ruhunun üfüqləri açılsın! Əbədi həyata qovuş! Əvvəlcə öz ürəyini həccə göndər, ondan sonra kövrək bir qəlblə həcc yoluna çıx, çünki Kəbə Allahın yaxşılıqlar evi, yəni ziyarət edilməsi şəriətdə vacib bilinən evdir. İnsan qəlbi isə sirli bir xəzinədir. Kəbə Həzrət İbrahimin binasıdır. Könül isə böyük və cəlallı Allahın nəzər saldığı yerdir. Əgər bəsirətin varsa könül Kəbəsini təvaf et! Torpaqdan tikilmiş adi bir bina sandığın Kəbənin əsil mənası könüldür. Allah görünən, hiss edilən zahiri Kəbəni ziyarət etməyi bəndələrinə ona görə vacib buyurmuşdur ki, çirkinliklərdən təmizlənib saflaşmış bir könül Kəbəsi əldə etsinlər. Bunu da bil ki, əgər Allahın nəzəri olan bir qəlbi incidib qırsan Kəbəyə piyada getməklə də bu günahını ört-basdır edə bilməzsən. Kamil insan Haqqın sirr xəzinəsidir. Haqq nurunun insandakı təcəllasını görmək istəyirsənsə qəlb gözünün açılmasına çalış!”

Bayəzid qocanın bu nəsihətlərinin hikmətini anladı. Bu söhbətdən sonra onun qəlbi Rəhmət sirlərinin bir hissəsini qəbul etdi. Bayəzid şövq və vəcdlə həcc yoluna davam etdi. Qüdsi hədisdə buyurulur: “Yerlər və göylər Məni (Allahı) öz daxilinə alıb əhatə edə bilmədi, amma günahlardan təmizlənmiş pak və mömin bəndənin könlü Məni öz içinə aldı!”

Mövlananın yuxarıdakı hekayədə həcci misal çəkməsinin səbəbi həcc ziyarətinin çox incə bir ibadət olmasıdır. Çünki şəriətdə başqa vaxtlar istifadəsi halal olan bir çox şeylər həcc zamanı qadağan edilir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.