Bunları bilirsinizmi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bunları bilirsinizmi?
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bunları bilirsinizmi?

     
   
 
Müəllif: Zaur | 19 Oktyabr 2009 | 12839 dəfə oxunub
http://zeka.az/114-bunlar305-bilirsinizmi.html
alt

*Əhməd bin Musa “Qəribə sistemlər” adlı əsərində 1000-ə qədər  avtomatik nəzarət sistemli cihazın planını çəkmişdir.

*Əbül-İzz İsmail əl-Cəzəri (vəf. 1206) isə “Kitabul-xiyəl” (“Xəyallar kitabı”) adlı əsərlə kibernetikanın əsasını qoydu.

*Optika elminin əsasını qoymuş İbn Heysəm (965-1051) “Görüntülər kitabı” ilə Recor Bekon (1214-1294), Kepler (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm dünyasında əsas əsər sayıldı. İşığın kürəvi aynalarda əks olunması mexanizmi də onun adı ilə “Əl-Xazin problemi”  (İbn Heysəmin Avropadakı adı) adlandırılır.

*Fərabi (870-950) səsin fiziki izahını vermişdir.

*İlk uçuş sınağını həyata keçirmiş İsmail Cövhəri (950-1010) həlak oldu. Həzarfənn ləqəbli Əhməd Çələbi isə (XVII əsr) çiyninə bağladığı qartal qanadları ilə İstanbuldakı Qalata qülləsindən Üskürdakı Doğanlara qədər uçmaqla ilk uğurlu uçuşu həyata keçirdi. IV Murad zamanında yaşamış Laqari Həsən Çələbi isə raket tipli ixtirası ilə ilk uçuş sınağını həyata keçirmək şərəfini qazandı.

*İlk təyyarə tipli cihazı hələ 880-ci ildə İbni Firnans adlı müsəlman alimi qurmuşdur. O, quş tükü və qumaşdan istifadə etməklə hazırladığı təyyarədə uzun müddət havada qaldı və süzərək yerə endi. Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər.

*Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini düşünürlər, halbuki, Razidən tutmuş Biruniyə, hətta Xaziniyə qədər İslam alimləri Yerin cazibə qanunu ilə maraqlanmışlar. Professor İsmayıl Həqqi İzmirli və Əhməd Gürkan, Razi və Biruninin Yerin cazibəsi ilə bağlı fikirlərini tədqiq etmişlər. Bu araşdırmalar göstərir ki, İslam alimləri Nyutondan bir neçə əsr əvvəl Yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr vermişlər.

*Qalilieydən (1564-1642) əvvəl kəfkirli saatdan İbni Yunus istifadə etmişdir.

*Xazini “Mizanül-hikmət” əsərində tərəzilər haqqında bilgi vermiş, bir çox maddələrin xüsusi çəkisini hesablamışdır.

*Biruni 18 növ maddənin xüsusi çəkisini (bəzilərini günümüzlə müqayisədə çox dəqiqliklə) hesablamış, suyun qatılığını tapmışdır.

*Xazini havanın sıxlığını hesablamış, küləyin sürəti ilə hava sıxlığı arasındakı əlaqəni Toriçellidən (1608-1647) əvvəl kəşf etmişdir.

*Atomun daxilində böyük bir enerji gizləndiyini, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək gücə sahib olduğunu ilk dəfə “Kimyanın atası” ləqəbli Cabir bin Həyyan (721-805) söyləmişdir.

*Nəsirəddin Tusinin tələbəsi Qütbəddin Şirazi Dekartdan 300 il əvvəl “Əlaimus-səma” (göy qurşağı) hadisəsinin düzgün izahını vermişdir.

*Eynşteynin (1879-1955) tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə professor Ədüssəlam (1926-1979) Nobel mükafatını almışdır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.