Qurban Bayramınız mübarək olsun! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Qurban Bayramınız mübarək olsun!
 
 » Xəbərlər » Əlamətdar günlər » Qurban Bayramınız mübarək olsun!

     
 
Xəbərlər » Əlamətdar günlər: Qurban Bayramınız mübarək olsun!
 
 
Müəllif: Muhammadamin | 12 Sentyabr 2016 | 12894 dəfə oxunub
http://zeka.az/1142-qurbanldddn-zahiri-vj-batini-anlamd.html

Qurban Bayramınız mübarək olsun!

Varlığı əbədi olan, mərhəmət sahibi, ədalətli Uca Allah özünə dua edənləri geri çevirməz. Dualarınızın Rəbbin uca qatına çatdırılmasına vasitə olan Qurban Bayramınız mübarək olsun! Bu bayram haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:

Qurbanlığın zahiri və batini anlamı

Bizə qurbanlığı İsmaillərdən deyil, qoçdan vacib edən Rəbbimizə həmd, səna olsun!

De: “Mənim namazım da, ibadətim (qurbanım) də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, ayə 162)

Qurbanlıq, qurban olmaq – mütəmadi Allahın hüzurunda olmaq deməkdir. Qurbanlıq, insana sadəcə Allah qarşısındakı həddini deyil, digər canlılar müqabilindəki dəyərini də öyrətməkdədir.

Qurban sözü “yaxınlaşmaq, yaxın olmaq” mənasına gəlir. Yaxınlaşmanın son nöqtəsi şüurlu şəkildə “hüzurda” olmaqdır.

İnfaq etmək, sədəqə vermək – sərvətin qurban edilməsi, vəqf – malın və daşınmaz əmlakların qurban edilməsi, şəhadət – canın qurban edilməsi, əhd bağlamaq isə sözün qurban edilməsidir.

Bir ömrün Allaha qurban edilməsi də qurbandır. Vəhyin başlanğıcında Allah Öz Rəsuluna belə bir ayə nazil edir: “Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.” (Muzəmmil surəsi, ayə 8)

Əlbəttə, qurbandan məqsəd insanın Allaha yaxınlaşmasıdır, Allahın insana deyil. Çünki, Allah quluna onun şah damarından belə yaxındır. Məsələ, qulun öz Rəbbinə nə qədər yaxın olub-olmamasıdır. Qurban digər ibadətlər kimi ilk öncə insanın mənəviyyatını təmizləyir, sonra isə Allaha yaxınlaşdırır. Allah insanı yaratmazdan öncə onun yaşaması üçün lazım olan bütün şəraiti qurmuş və təbiətinə uyğun hər şeyi yaratmışdır. İnsana bəxş etdiyi nemətlərdən biri də onun mal-dövlət sahibi olmasıdır. Mal-dövlətin öz sahibini Həqiqi Sahibindən ayrı salmaması üçün Hikmət sahibi olan Rəbbimiz malın sahibindən bəzi məqamlarda qurban tələb edir. Başqa sözlə, mal-dövlətin qul ilə Rəbbin arasına girib onun öz Rəbbinə yaxınlaşmasına mane olmaması üçün qurban ibadəti İlahi tərəfdən insana əmr edilmişdir. Həmçinin, qurban özündə “ey insan, dünyəviləşmə!” təlimatını daşıyır.

Burada mal-dövləti olan insan ya “sahib olacaq”, ya da “ona aid olacaq”-dır. Bunun mənası, mal sahibinin öz malından qurban verməsi onun mala sahib olması deməkdir ki, onu xərcləyə bilir. Amma malından qurban verə bilməməsi, xərcləməyi bacarmaması onun sahib olması anlamına deyil, mala aid olmasına (yəni malın ona sahib olması) mənasına gəlir. İnsan xərcləmədiyi bir şeyə sahib ola bilməz, ona mülkiyyət kimi baxar və malın ona sahib olmasına şərait yaradar. Amma insan malı mülkiyyət deyil də, Allah tərəfindən ona verilən əmanət bilərsə, onu Allah üçün xərcləyər.

Qurban ibadəti, digər bir çox ibadətlər kimi, İslami dəvətlə ortaya çıxmış bir ibadət deyildir. Qurani-Kərimdən anlaşılır ki, öncəki ümmətlərin şəriətlərində də qurban ibadəti olmuşdur. “Biz hər ümmət üçün qurban kəsməyi bir ibadət qərar verdik” (Həcc surəsi, ayə 34)

Qurban ibadətinin hikməti Həcc surəsinin 36-37-ci ayələrində açıqlanmışdır: “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (Bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”

Bu ayələr qurbanın hikmətini onun əti və qanı kimi maddi ünsürlərində, sosial və iqtisadi anlamında deyil, mənəvi baxımdan paklanmağımızda və Allaha yaxınlaşmağımızda axtarmağı tələb edir.

Qurban, Allahın yaratdıqlarının yerini və məqamını dəyərləndirmə haqqını qəbul etmək və bu haqqa riayət eməkdir. Bu ibadəti yerinə yetirməmək və riayətsiz davranmaq məxluqatın haqqına girmək kimi də başa düşülə bilər. Bəzilərinin isə bunun əksi olaraq, qurban kəsməyin özünü zülm və vəhşət olaraq anlaması çox dəhşətlidir. Amma belə zəhərli zehinlərin milyonlarla insanların ölümünü qəhqəhə ilə izləyən, lakin ölən itinə ağlayan Hitlerin ruh halını humanist dəyər baxımından qiymətləndirmələri daha gülüncdür. Bu baxımdan biz bu gün də Hindistanda bir çoxlarının heyvanları müqəddəsləşdirmələrini görürük. Zəhərli zehinlər şəfqəti nəyə xərclədiklərini haradan biləcəklər?

Sonda onu qeyd etmək istəyirik ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatan yalnız bizim səmimi qəlbdən etdiyimiz ibadətin arxasında duran təqvamızdır.

Canını verən qurbanlıq heyvan olduğu halda bizdən Allaha təqvamızın yetişməsi nə deməkdir?

Bunun mənası İlahi hüzura merac etmək, Onun hüzurunda olmaq deməkdir. Canlıların ruhu olduğu kimi, saleh əməllərin də ruhu vardır. Saleh əməlin ruhu şüurdur. Qurbanın ətləri və qanları Allaha yetişmədiyi halda, bəndəsindən Allaha yetişən yalnız təqvadır, təqva isə şüurun özüdür. Başqa sözlə desək, Allahın hüzurunda şüurlu olmaq təqvalı olmaq deməkdir.

Əslində, qurban hadisəsində həqiqi qəhrəman kəsilən qurban deyil, o qurbanı kəsən insanın özüdür. Ona görə ki, insan təqvası ilə Allaha qürbət qəsd etmə qabiliyyətinə malikdir və belə olduğu təqdirdə o, ölmək zorunda deyildir. Rəbbi ilə arasına girən və onu Ondan uzaqlaşdıran dünyalıqları qurban vermək zorundadır. Bunu bacara bildiyi təqdirdə insan gerçək bir qurban sayılacaqdır.

Onu da xatırladaq ki, Allah tərəfindən İbrahimə göndərilən qoçun qurban kəsilməsi yenə də İsmaili ölümdən qurtarmamışdır. O, sonunda yenə dünyasını dəyişmişdir. Verilən mesaj isə açıqdır: Həzrət İbrahimin təqvasının Allaha yetişməsi üçün İsmailin ətinə və qanına ehtiyac yox idi. Amma kəsilən qurbanla ölümsüzləşən bir şey var: Həzrət İbrahim və Həzrət İsmailin təqvası, yəni İbrahimi və İsmaili təqva Allaha yaxınlaşdıraraq İlahi hüzura çıxara bildi.

Qurbanınız sizləri təqvaya, təqvanız da sizi İlahi hüzura yetişdirsin! Amin!

Məhəmmədəmin Lənkərani

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.