Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcəkdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcəkdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcəkdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcəkdir
 
 
Müəllif: Carchi | 16 Noyabr 2010 | 12297 dəfə oxunub
http://zeka.az/1143-dgnya-azjrbaycanld-gjncljrinin-i-konqresi-kegiriljcjkdir.html
Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcəkdir
Noyabrın 26-dan 28-dək Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcəkdir. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəkdir. 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq keçiriləcəkdir.
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, Azərbaycanın Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki səfirlərinin, Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirakı planlaşdırılır. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının – RAGT-nin (AMOR) boyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir.
RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.
Konqresdə Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gənclərin fəaliyyəti, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, insan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində və s. mövzularda panellər təşkil olunacaqdır.
Konqresin yekununda Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması nəzərdə tutulmuşdur.
Tədbir çərçivəsində “Virtual həftə sonu məktəbi”nin təqdimatı da olacaqdır.AzərTAc




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.