Bu gün Milli Dirçəliş Günüdür » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Bu gün Milli Dirçəliş Günüdür
 
 » Xəbərlər » Əlamətdar günlər » Bu gün Milli Dirçəliş Günüdür

     
 
Xəbərlər » Əlamətdar günlər: Bu gün Milli Dirçəliş Günüdür
 
 
Müəllif: Zehra | 17 Noyabr 2011 | 12482 dəfə oxunub
http://zeka.az/1145-bu-ggn-milli-dirgjlie-ggngdgr.html
Bu gün Milli Dirçəliş Günüdür
17 noyabr Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur
22 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü.
Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.
Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
Bayramınız mübarək!!!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.