Şair oğrusu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Şair oğrusu
 
 » İstirahət » Lətifələr » Şair oğrusu

     
 
İstirahət » Lətifələr: Şair oğrusu
 
 
Müəllif: Zehra | 17 Noyabr 2010 | 12713 dəfə oxunub
http://zeka.az/1146-eair-odrusu.html

Şair oğrusu

Bir gün VI əsrin məşhur alim və şair-filosofu Ənvəri Bəlx bazarından keçirdi. Orada bir hadisə ilə rastlaşıb irəli addımladı və gördü ki, bir kişi meydanda dayanıb onun şeirlərini öz şeirləri ünvanı altında oxuyur, camaat isə onu alqışlayır. Ənvəri o kişiyə yaxınlaşıb soruşdu:

– Sənin oxuduğun bu şeirlər hansı şairindir?

Kişi istehzalı təbəssümlə cavab verir:

– Ənvərinin şeirləridir.

Ənvəri yenə o kişidən soruşur:

– Sən Ənvərini görmüsən? Onu tanıyırsan?

Kişi cavab verir:

– Siz nə danışırsınız? Mən özüm Ənvəriyəm.

Ənvərinin bu kişinin cavabına gülməyi tutur və o üzünü camaata doğru çevirib deyir:

 – Ay camaat! Mən şeir oğrusu eşitmişdim, amma şair oğrusu nə eşitmişdim, nə də görmüşdüm?!

Diqqət: Dəyərli Ənvəri! Bizim çoxəsrlik torpaqlarımız, adət-ənənəmiz, milli geyimimiz, milli xörəklərimiz, qədim musiqimiz, tariximiz və s. oğurlanıb. Sən xoşbəxtsən ki, şairliyi oğurlanan şəxsin sən olduğunu tam vaxtında insanlara duyura bildin! Biz isə: “Bu torpaqlar bizimdir! Bu adət-ənənə, bu milli geyim, bu ləziz xörəklər, bu tarix bizimdir!” – deyə bağırsaq da səsimizi kimsə duymaq istəmir. Uca və mərhəmətli Allah dadımıza çatsın! Bəlkə onda kimsə bizə qulaq asmaq istər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.