Vətən sağ olsun » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Vətən sağ olsun
 
 » İstirahət » Poeziya » Vətən sağ olsun

     
 
İstirahət » Poeziya: Vətən sağ olsun
 
 
Müəllif: Seyyare | 18 Noyabr 2010 | 12579 dəfə oxunub
http://zeka.az/1148-vjtjn-sad-olsun.html

Vətən sağ olsun

Sən getdin, qaldıq biz,

Sən borcunu ödədin,

Borc içində boğuluruq biz.

Şəhid balam, Mübariz.

 

Sən əlində silah, dilində Allah,

Düşmənin başına od yağdıranda,

Hansısa məclisdə deyib-gülürdük biz,

Bağışla bizi, Mübariz.

 

Dünyanın mənasız, xırda

“Dərdləri” ilə çarpışanda biz,

Milyonlara qəhrəmanlıq dərsi keçdin.

Yanında qaradır üzümüz

Ki, ancaq özümüzü görür gözümüz.

Bağışla bizi, Mübariz.

 

Zaman ötəcək, unudulacağıq biz.

Səni yaşadacaq hafizəmiz.

Millətin dilində səslənəcək himnimiz.

Bir də sənin adın, Mübariz!

 

Vaxtsız bitən ömrünə qəlbim parçalanır,

Amma şücaətinə ruhum qürurlanır.

Sənə dəyən güllənin bircəsi mənə dəyəydi.

Bir axaydı qanımız,

Bir dayanaydı ürəyimiz,

Şəhid balam Mübariz!

 

Düşmən nəşindən belə qorxur,

Qorxur ki, sevdiyin torpağa qovuşsan,

Birindən törəyər minimiz.

Ruhun şad olsun, Mübariz!

 

Ruhun şad olsun, Mübariz

Vətən sağ olsun, Mübariz!

Əbədi olan cənnətdə,

Çatar qulağına, İnşallah,

Qələbə səsimiz,

İgid balam Mübariz!

Şəhid balam Mübariz!

Seyyare Shukurova





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (18 Noyabr 2010 17:58)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Ölüm hər kəs üçün labüddür, kimsə ona itaətdən boyun qaçıra bilməz, istəyən də öləcək, istəməyn də.Amma ölümlərin ən gözəli Yaradan uğrunda və Onun razılığı naminə ölməkdir! Xoşbəxtdir o insan ki, ölümü də insanların hidayət olunmasına xidmət edir - Sənin kimi!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.