Yerli istehsalımız olan 20 zirehli texnika » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yerli istehsalımız olan 20 zirehli texnika
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yerli istehsalımız olan 20 zirehli texnika

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yerli istehsalımız olan 20 zirehli texnika
 
 
Müəllif: Carchi | 19 Noyabr 2010 | 12416 dəfə oxunub
http://zeka.az/1149-yerli-istehsaldmdz-olan-20-zirehli-texnika.html
Yerli istehsalımız olan 20 zirehli texnika Silahlı Qüvvələrə təhvil veriləcək
Bu il Azərbaycan müəssisələrində “Paramount Group” şirkəti ilə müştərək şəkildə yığılmış 20-yə yaxın minaya qarşı qorumalı nəqliyyat vasitəsi Azərbaycan Silahlı Qüvvələrinə təhvil veriləcək.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
”Paramount Group”un lisenziyası və bu şirkətin mühəndislərinin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən bu texnikalar “Matador” və “Marauder” tiplidir. Bu günədək ümumilikdə 17 texnika istehsal edilərək testdən keçirilib.
Ümumilikdə “Paramount Group” və MSN arasında imzalanmış müqaviləyə əsasən, birinci mərhələdə 50 ədəd (25 ədəd “Matador” və 25 ədəd “Marauder”) zirehli nəqliyyat vasitəsinin yığılaraq sifarişçiyə çatdırılması planlaşdırılır. 
Adıçəkilən nəqliyyat vasitələri “V” gövdəyə malikdir və zirehi çox yüksək səviyyədə partlayışlardan qorunmanı təmin edir. Döyüş maşınları 17 kq trotil gücünə davamlıdır, partlayış zamanı yalnız təkərləri sıradan çıxır. Şəxsi heyət qəlpə təsirləri və partlayışın akustikasından yüksək səviyyədə qorunur.
Qeyd edək ki, “Paramount Group” şirkəti bu yaxınlarda ənənəvi “V” gövdəli minaya davamlı döyüş maşınlarından fərqli olaraq davamlı düz korpusa malik “Mbombe” adlı yeni döyüş maşınını da nümayiş etdirib.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.