Şagirdlər və ev tapşırığı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Şagirdlər və ev tapşırığı
 
 » İstirahət » Lətifələr » Şagirdlər və ev tapşırığı

     
 
İstirahət » Lətifələr: Şagirdlər və ev tapşırığı
 
 
Müəllif: Muslim | 21 Oktyabr 2009 | 13021 dəfə oxunub
http://zeka.az/115-350agirdl601r-v601-ev-tap351305r305287305.html
alt

Müəllim sinifdə Rüqəyyənin riyaziyyatdan ev tapşırığı dəftərinə baxıb dedi: Mən sənə təəccüblənirəm ki, belə asan hesablamalarda sənin kimi bir nəfər çaşsın?!

Ruqəyyə: Təkcə mənə təəccüblənməyin, çünki mən tək olmamışam anam da mənə kömək edib.

Valideynlərin müsbət xüsusiyyətlərindən biri ali savadlı olmaları və ya orta məktəbi əsl mənada yaxşı qiymətlərlə oxumalarıdır. Bu onlara imkan verir ki, öz övladlarına dərslərini daha da mükəmməl öyrənməyə və gələcəkdə yüksək elmi nailiyyətlərə çatmağa kömək etsinlər. Həmçinin, müəllimlər  də şagirdlərə ev tapşırıqlarını yerinə yetirərkən valideynlərindən kömək almağı tövsiyə edirlər. Amma əgər valideynlərin savadları olmasa gərək bu işə əl atmasınlar. Adətən, müəllimlər ev tapşırığının düzgün həll edilməsində sinif yoldaşlarından və valideynlərdən kömək almağı tapşırırlar. Lakin bu o demək deyil ki, onlar bilmədikləri halda da uşağa kömək etməyə can atıb, onu bir az da çaşdırmalıdırlar. Bundan ötrü narahat olmağa dəyməz, çünki uşaq özü çalışaraq tapşırıqları həll edəndə səhv etmiş olsa da, müəllim onu sinifdə düzəldib, etdiyi səhvi şagirdə başa salacaqdır. Əks halda, dediyimiz kimi, valideynlər özlərinin bilmədikləri tapşırıqlarda uşaqlarına kömək etməyə çalışsalar, uşaqlara kömək əvəzinə, onları çaşdıra bilərlər. Məşhur atalar sözünə əsasən, qaş düzəltmək əvəzinə, vurub göz çıxardarlar. Çünki şagird ona verilən dərsə yaxşı qulaq asmış olsa, tapşırıqlarını həll etməyə qadir olar.

Müəllimlər də ev tapşırıqlarını verərkən uşaqları nəzərə almalıdırlar. Bəzən ev tapşırıqları sinifdə verilən dərsin səthindən üstün olur. Ona görə də uşaqlar onu həll etməkdə aciz qalırlar. Nəticədə uşaqların tapşırıqların həllində başqalarına üz tutmasına gətirib çıxardır ki, köməkçinin ona səhv kömək etməsi şagirdi də səhvə salır.

Allah-Taala müəllimlərə tədrislərində, şagirdlərə isə dərs oxumaqda müvəffəqiyyət nəsib etsin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.