Londonda İmadəddin Nəsimiyə həsr olunmuş gecə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Londonda İmadəddin Nəsimiyə həsr olunmuş gecə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Londonda İmadəddin Nəsimiyə həsr olunmuş gecə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Londonda İmadəddin Nəsimiyə həsr olunmuş gecə
 
 
Müəllif: Carchi | 20 Noyabr 2010 | 12596 dəfə oxunub
http://zeka.az/1153-londonda-dmadjddin-njsimiyj-hjsr-olunmue-gecj.html
Londonda görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilmişdir 
 Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, noyabrın 18-də Londonda yerləşən Puşkin Evində səfirliyin və “Azərbaycan Evi” mədəniyyət və dostluq mərkəzinin birgə dəstəyi ilə “Gruntlers Arts” teatr qrupunun ifasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilmişdir. Tədbirdə britaniyalı sənətsevərlər, Azərbaycan və rus icmasının nümayəndələri iştirak etmişlər. 
“Gruntlers Arts” qrupunun rəhbəri Deyvid Perri Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verərək, bu tədbirin Şərqin böyük şairinin ilk dəfə olaraq Britaniya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyətini vurğulamışdır.
Sonra “Azərbaycan Evi”nin idarə heyətinin sədri Əli Təkin Atalar və səfir Fəxrəddin Qurbanov çıxış edərək, görkəmli şairin həyat və yaradıcılığından bəhs etmiş, onun Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikri və ədəbiyyatı tarixində özünəməxsus yer tutduğunu nəzərə çarpdırmışlar.
Tədbirdə “Nəsimi” bədii filmindən fraqmentlər nümayiş etdirilmiş, uelsli şair Neycel Hamfreyzi görkəmli şairə həsr olunmuş şeirlər söyləmişdir.
Sonda Londonda fəaliyyət göstərən sənətçi Məhəmməd Ənsarinin bəstəsi fonunda Nəsiminin şeirləri azərbaycanlı tələbə Sənan Əliyevin ifasında həm Azərbaycan, həm də ingilis dilində səsləndirilmiş, həmçinin ingiltərəli aktyorun ifasında Nəsiminin şeirləri əsasında hazırlanmış monoloq ifa edilmişdir.AzərTAc




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.