“Şərqin azad qadını” striptizi Şərqi sinirləndirdi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Şərqin azad qadını” striptizi Şərqi sinirləndirdi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Şərqin azad qadını” striptizi Şərqi sinirləndirdi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Şərqin azad qadını” striptizi Şərqi sinirləndirdi
 
 
Müəllif: Carchi | 22 Noyabr 2010 | 12258 dəfə oxunub
http://zeka.az/1159-vejrqin-azad-qaddndv-striptizi-ejrqi-sinirljndirdi.html

“Şərqin azad qadını” striptizi Şərqi sinirləndirdi

Amerikalı striptizçi qadının şousu Çin, Yaponiya və İranda «əxlaqsızlığın son həddi» adlandırılıb.

Milli.Az xəbər portalı «The Stern»ə istinadən bildirir ki, Londonda keçirilən «Erotica 2010» beynəlxalq sərgi-şousunda məşhur amerikalı striptizçi Dita fon Tizin çıxışı böyük rezonans yaradıb.

Şouda «Burlesk» və «Dita» kitablarının təqdimat mərasimini keçirəndən sonra Dita fon Tiz səhnəyə çıxaraq «Şərqin azad qadını» adlı striptiz nömrəsini göstərib.

Çin, Yaponiya və İran motivlərindən istifadə edilən nömrə zamanı Dita yapon geyşası, çinli «həyat qadını» və fars hərəm qadını «obraz»larından istifadə edib.

Həddən artıq böyük dəbdəbə ilə bəzədilmiş səhnədə soyunaraq şou göstərən striptizçi Dita fon Tizi sərgiyə gələnlər alqışlarla yola salıblar.

Amma bu nömrə Çin, Yaponiya və İranda böyük hiddət doğurub.

Bu gün Çinin kütləvi informasiya vasitələri Dita fon Tizin şousunu «təhqiramiz davranış» adlandırıblar. Yaponiya və İranda isə amerikalı striptizçinin şousu «əxlaqsızlığın son həddi» kimi dəyərləndirilib.

Dita fon Tizin Çin və Yaponiyaya «yolunun bağlanacağı» da vurğulanır.

Xatırladaq ki, Dita fon Tiz 38 yaşlı amerikalı striptizçi qadın Hizer Reni Suitin təxəllüsüdür. O, məşhur rok-müğənni Merlin Mensonun sabiq arvadıdır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.