Sağlamlığın açarı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Sağlamlığın açarı
 
 » Sağlamlıq » Təbabət » Sağlamlığın açarı

     
 
Sağlamlıq » Təbabət: Sağlamlığın açarı
 
 
Müəllif: Muslim | 21 Oktyabr 2009 | 13084 dəfə oxunub
http://zeka.az/116-sa287laml305287305n-a231ar305.html
alt

Yəqin ki, ömürdə bir dəfə də olsa, hər bir kəsin aptekə (əczaxanaya) yolu düşüb. Aptekə daxil olub vitrindəki dərman qutularına baxırsan. Üstündə gözəl rəngli meyvə, gül və s. parıltılı şəkillər insanı özünə cəzb edir. Əgər ora daxil olan insan aptek olduğunu bilməsə, ilk baxışda yadına dərman pereparatları yox, şirniyyat və sair kimi şeylər düşər. Dərman qutularının üzərindəki “100 % təbii”, “Qədrini şəfa tapanlar bilir”, “Amerikada və Avropada ən çox sınaqdan çıxmış məhsul”, “Sağlamlığınızı bu dərmanla sığortalayın” və s. cümlələrini oxuyanda  insan daha da valeh olur.

Bəzən tibb mərkəzlərinə üz tutduqda giriş qapısında, divar lövhəsində və həkim otağının qapısında, tibb mərkəzini reklam edən qəzet və jurnal səhifələrində elə sözlərə rast gəlirsən ki, ilk baxışdan düz ünvana gəldiyini fikirləşirsən. Məsələn: “Zəmanətlə filan xəstəliklərin müalicəsini, hətta xərçəngi sağaldıram” və s... Bəs sonra nəticə necə olur? Onu daha biz yazmırıq. Çünki əksər insanlar bunu özləri də bilirlər ki, yazılan reklamlar özünü doğrultmur. İş o yerə gəlib çatır ki, istər varlılar, istərsə də kasıblar imkan tapan kimi xəstələrini müalicə etmək üçün xaricə və qonşu dövlətlərə üz tuturlar. Halbuki, bəlkə də vətənimizdə elə həmin xəstəliyin əlacı üçün yaxşı şərait və həkimlər də var.

Biz bu məqalimizdə hansısa dərman şirkətinin, həkimin və ya tibb müəssisəsinin nüfuzunu sual altına salmaq istəmirik, baxmayaraq ki, açdığımız bu bəhsdə onların da öz yeri var. Lakin, bu məqalədə işarə etdiyimiz nöqtə məqalənin adından göründüyü kimi “sağlamlığımızın açarı”nın başqalarından çox öz əlimizdə olmasıdır, yəni sağlamlığımızın açarı həkimlərin və dərmanların öhdəsində olduğu kimi, onlardan daha çox özümüzün əlindədir. Belə ki, insan bacardığı qədər bəzi tibbi tövsiyyələrə və mənəvi nöqtələrə diqqət yetirsə iynə-dərmana olan ehtiyacını nisbətən azaltmış, ya da tam aradan aparmış olar. Sağlamlığımızın açarı deyəcəyimiz tibbi tövsiyyələr və mənəvi nöqtələrdədir və onlar aşağıdakılardan ibarətdir:

1. Mənəvi nöqtə: Peyğəmbər həkimlərdən birinə belə buyurdu: “Həqiqətən təbib (həkim) Allahdır, amma sən mehriban köməkçisən” (Mizanul-Hikmə). Bu söz həkimlərə aid olduğu kimi xəstələrə də aiddir, yəni xəstə həkimdən əlavə həqiqi şəfa verən Allaha inamını itirməməlidir. Bu gün həkimlərin və psixoloqların etirafına əsasən, güclü inam və iradə xəstəliklərin sağalmasında mühüm yer tutur. Dindar və inanclı insanların başqalarına nisbətən daha tez sağalmasının şahidi olduqlarını qeyd edirlər.

2. Tibbi tövsiyyə: İmam Əli (ə)-ın öz oğlu İmam Həsənə etdiyi tibbi tövsiyyəni məzmunca diqqətinizə çatdırırıq: 4 nöqtəyə riayət etsən təbibə ehtiyacın olmaz:

a) Acmamış yemək yemə.

b) Tam doymamış (hələ yeməyə iştahan ola-ola) yeməkdən əl çək.

c) Yeməyi yaxşı çeynə.

d) Yatmazdan öncə ayaq yoluna get.

Əgər bunlara əməl etsən həkimdən ehtiyacsız olarsan. (Mizanul-Hikmə)

Allah hamımızı öz sağlamlığını qoruyanlardan qərar versin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.