Məbəddə 2002 döl tapılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Məbəddə 2002 döl tapılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Məbəddə 2002 döl tapılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Məbəddə 2002 döl tapılıb
 
 
Müəllif: Carchi | 22 Noyabr 2010 | 12175 dəfə oxunub
http://zeka.az/1160-mjbjddj2002-dgl-tapdldb.html

Məbəddə 2002 döl  tapılıb

Saxlanan döllərin qeyri-qanuni klinikalarda edilən abortlara aid olduğu ehtimal edilir

Abortun müəyyən hallar xaricində qadağan olduğu Tailandda 2002 insan dölü tapılıb. Özü də paytaxt Banqkokun mərkəzindəki budist məbədində...

Budist məbədinin morqunda olan döllər, ölülərin yandırılmaq üçün qoyulduğu yerdə tapılıb. Məbədin ocağı işləməyincə ətrafa çox pis bir qoxu yayılıb. Bu qoxunu hiss edənlər polisə xəbər verib. Axtarışda ilk olaraq 348 döl tapılıb. Yeni açılan digər bir hissədən tapılanlar da əlavə edildikdə tapılan döllərin sayı 2002-ə çatıb.

Bundan sonra pul qazanmaq üçün qanunsuz abort klinikalarından dölləri yığıb məhv etməkdə şübhəli bilinən iki məbəd işçisi ilə bir qadın saxlanılıb. 33 yaşlı qadın müxtəlif klinikalardan pul qarşılığında döl yığdığını etiraf edib. Qadın məbədə apardığı hər döl üçün təqribən 16 dollar alıb.

Bu hadisə, Taylanddakı abort ticarətini də gündəmə gətirib. Taylandda təcavüz ya da yaxın qohumlar arasındakı əxlaqsız münasibət olmadıqca habelə qadının sağlamlığı baxımından hər hansı bir təhlükə yoxdursa, abort qadağandır.

Polis Banqkokda qeyri-qanuni abortla məşğul olduğu ehtimal edilən 4000 klinıkada axtarış aparılacağını bəyan edir. Bu klinikalarda illik orta hesabla 80 min abort baş tutur. Varlı qadınlar etibarlı klinikalarda abort etdirərkən, taylandlı qadınların böyük əksəriyyəti, bunun üçün sağlamlıqlarını və həyatlarını təhlükəyə ataraq xidmət səviyyəsi aşağı olan  klinikalara gedir. Xezerxeber.com





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.