Ölüm festivalı – FOTOLENT » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ölüm festivalı – FOTOLENT
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ölüm festivalı – FOTOLENT

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ölüm festivalı – FOTOLENT
 
 
Müəllif: Carchi | 23 Noyabr 2010 | 12123 dəfə oxunub
http://zeka.az/1165-glgm-festivald-v-fotolent.html

Ölüm festivalı – FOTOLENT

Kambocada basırıqda həlak olanların sayı 345-ə çatıb

Kamboca paytaxtı Pnompendəki körpüdə yaranmış basırıqda ölənlərin sayı artır.

Son rəsmi məlumatlara görə, faciə nəticəsində minimum 345 nəfər həlak olub. 300-dən artıq insan xəsarət alıb. Həlak olanların əksəriyyəti qadınlardır.

Faciə Kambocanın əsas xalq festivalı olan Su bayramı zamanı baş verib. Basırıq Tonlesap çayındakı Almaz adasına aparan körpüdə baş verib.

Bu ada populyar ticarət-əyləncə mərkəzidir. Tonlesap çayında qayıq yarışı keçirildikdən sonra adada konsert başlayıb. Konsert çoxsaylı insanları özünə cəlb edib. Almaz adasında yerləşən dükanların sahibləri bayram vaxtı qiymətləri azaldırlar və çox insanlar, xüsusən də qadınlar bura alış-veriş üçün gəlirlər.

Hələlik basırığın dəqiq səbəbi barədə məlumat yoxdur. Şahidlərin sözlərinə görə, kütlənin arasında olan təxminən 10 nəfər qəflətən huşlarını itiriblər. Mülahizələrdən birinə görə, onları elektrik cərəyanı vurub. Körpüdə müxtəlif rəngli elektrik fənərləri quraşdırılıb. Ola bilsin ki, məhz onlar elektrik cərəyanı açılmasına səbəb olublar. Digər mülahizəyə görə, insanlar sadəcə hava çatışmazlığı və istidən huşlarını itiriblər.

Huşlarını itirənlər barədə xəbər yayıldıqda kütlədə təlaş başlayıb. Yüzlərlə insan adanı tərk etmək üçün körpüyə tərəf qaçmağa başlayıblar. Bu insanlar körpüdə basırıqdan xəbəri olmayıb adaya tərəf gələnlərlə rastlaşıblar. Nəticədə insanlar körpüdə yerə yıxılmağa başlayıblar. Yerə yıxılanlar digərlərinin ayaqları altında qalıblar. Çoxları isə suya atılaraq orada boğulublar./APA/

                  
           
           
      
            




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.