Qədim Gəncədə yeni arxeoloji qazıntılar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Qədim Gəncədə yeni arxeoloji qazıntılar
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Qədim Gəncədə yeni arxeoloji qazıntılar

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Qədim Gəncədə yeni arxeoloji qazıntılar
 
 
Müəllif: Zaur | 23 Noyabr 2010 | 13469 dəfə oxunub
http://zeka.az/1166-qjdim-gjncjdj-yeni-arxeoloji-qazdntdlar.html

Qədim Gəncədə yeni arxeoloji qazıntılar

Qədim Gəncə ərazisində aparılan arxeoloji qazıntılar yeni faktlar üzə çıxarır

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim Gəncənin xarabalıqlarında qazıntılar apararkən burada şəhərin antik dövrünə aid xeyli bəzək məmulatları və məişət əşyaları aşkar etmişlər.

Qazıntı işləri zamanı üzə çıxan faktlar buranın ən qədim insan məskəni olduğunu sübut edir. Maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar qədim Gəncənin tarixi haqqında tutarlı fikir söyləməyə əsas verir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı antik Gəncənin yerləşdiyi ərazi də aşkar edilmişdir. Müəyyənləşdirilmişdir ki, qədim şəhər İmamzadə kompleksindən indiki şəhərə tərəf Gəncə çayının sağ sahilində yerləşmişdir.

İnstitutun şöbə müdiri, arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Arif Məmmədov demişdir ki, ərazidən tapılan 16 sikkə makedoniyalı İsgəndərin adına kəsilmiş pulların oxşarıdır. Bu maddi sübutlar qədim Gəncənin antik dövrdə mövcud olduğunu bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, ərazidən tapılan maddi-mədəniyyət nümunələri əsasən torpağın üst təbəqəsinin materiallarıdır və əldə edilən hər bir əşya tədqiqat üçün ekspertizaya təqdim olunur. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.