Qədir-Xum bayramı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Qədir-Xum bayramı
 
 » Xəbərlər » Əlamətdar günlər » Qədir-Xum bayramı

     
 
Xəbərlər » Əlamətdar günlər: Qədir-Xum bayramı
 
 
Müəllif: Zehra | 20 Sentyabr 2016 | 14935 dəfə oxunub
http://zeka.az/1169-qjdir-xum-bayramd.html

 Qədir-Xum

 Əziz müsəlmanlar! İslam dünyası üçün önəmli olan Qədir-Xum bayramı münasibəti ilə Zeka.az saytının bütün heyət üzvləri tərəfindən siz əzizləri təbrik edirik!

Tarixçilərin əksəriyyəti yazırlar ki, Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) Həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getmişdivə həcc mərasimi başa çatdıqdan sonra Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) öz yeni və keçmiş səhabələri ilə birlikdə Məkkədən qayıdarkən Məkkə ilə Mədinə arasında olan Cöhfə, sonra isti və quru yer olan Qədir-Xum çölünə yetişdilər. Bura 4 yol ayrıcı olduğuna görə müsəlmanlar bir-birindən ayrılmalı idilər. Onlar bir-birindən ayrılmamış Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) bütün müsəlmanların dayanmasını əmr etdi. İrəlidə gedənlər geri qayıtdı, arxada qalanlar isə gəlib yetişdilər. Hava həddən artıq isti idi, heç bir kölgəlik gözə dəymirdi. Müsəlmanlar günorta namazını Peyğəmbər ilə birgə qılıb, hərə öz çadırına dincəlməyə getmək istədikdə Peyğəmbər   (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) onlara əmr etdi ki, dayansınlar. Görünür çox mühüm bir xəbər var imiş və hamı bu xəbəri dinləməli imiş. Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) üçün dəvələrin kəcavəsindən bir minbər hazırlandı. Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) minbərə çıxıb Allaha həmd-səna etdikdən sonra üzünü camaata tutub buyurdu: “Mən tezliklə sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz mənim barəmdə necə şəhadət verirsiniz? (Məni necə tanıyırsınız?)” Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən öz peyğəmbərlik vəzifəni lazımınca yerinə yetirdin. Bizlərə yalnız xeyirli nəsihətlər etdin və bizim düz yola gəlməyimiz üçün əlindən gələni əsirgəmədin. Allah sənə xeyir versin.” Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurdu: “Siz Allahın yeganəliyinə, mənim peyğəmbər olmağıma, Qiyamət gününə və o gün ölülərin diriləcəyinə şəhadət verirsinizmi? (Bunları qəbul edirsinizmi?)” Müsəlmanlar hamısı bir ağızdan “Bəli, şəhadət veririk”- dedilər. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurdu: “İlahi! Şahid ol.” Sonra Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurdu: “Ey camaat! Mənim səsimi eşidirsinizmi?” Camaat dedi: “Bəli.”

 Səhranı sükut bürümüşdü. İsti küləkdən başqa heç nə eşidilmirdi. Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) sözünə davam edib buyurdu: “Deyin görüm, məndən sonra sizin aranızda əmanət qoyduğum bu iki ağır qiymətli şeylə necə rəftar edəcəksiniz?” Bir nəfər yerdən uca səslə qışqırıb dedi: “Ey Allahın Rəsulu! Hansı iki şeyi deyirsən?” Peyğəmbər buyurdu: “Biri Quran, ikincisi isə Əhli-beytimdir. Bunlardan əl çəkməyin. Allah mənə xəbər vermişdir ki, bu iki şey Behiştdə mənə yetişənə qədər heç vaxt bir-birindən ayrılmaz. Bu iki şeydən qabağa keçməyin, geri qalmayın, yoxsa həlak olarsınız.” Bu zaman Peyğəmbər  (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) öz ətrafına göz gəzdirirdi. Elə bil kimisə axtarırdı. Gözü Əliyə (Ona salam olsun!) sataşdıqda əyilib onun əlini tutub o qədər qaldırdı ki, hər ikisinin qoltuğunun altı göründü. Camaat hamısı Əlini (Ona salam olsun!) görüb tanıdı. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) səsini ucaldıb dedi: “Ey camaat! Sizə özünüzdən də yaxın və mehriban kimdir?” Camaat “Allah və onun Rəsulu daha yaxşı bilər”- deyə cavab verdi. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurdu: “Allah mənim rəhbərimdir, mən də sizin rəhbərinizəm. Sizə özünüzdən də yaxın və mehribanam.” Daha sonra əlavə edərək buyurdu: “Mən hər kimin rəhbəriyəmsə, bu Əli də onun rəhbəridir.” Peyğəmbər bu cümləni 3 dəfə təkrar etdi. Bəzilərinin dediklərinə görə isə cümlə 4 dəfə təkrar edilmişdir. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) bu cümləni buyurduqdan sonra üzünü göyə tutub dua etdi: “İlahi! Əliyə dost olanlarla Sən də dost ol, onunla düşmən olanlarla Sən də düşmən ol! Onu sevənləri Sən də sev, ona kin saxlayanları məhv et! Dostlarına kömək et, düşmənlərini isə öz köməyindən məhrum et! Haqqı həmişə onunla, onu da həmişə haqq ilə birgə et!”

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (3) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (25 Noyabr 2010 17:29)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
Mən də istifadəçi olaraq zəka saytının tərtibatçılarını,yazarlarını Müqəddəs Qədir xum bayramı münasibəti ilə təbrik edirəm
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: INTELLEKT (21 Avqust 2011 10:43)



Qrup: İstifadəçi
Tarix: 19.08.2011
cox sag olun metnə görə .bilmədiyimi oyrendim savaba yazilsin.
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: göy qurşağı (31 Oktyabr 2014 16:56)



Qrup: İstifadəçi
Tarix: 31.10.2014
Çox sağ olun. Allah sizlərdən razı olsun
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.