Allahı axtarmaq ümumbəşəri bir hissdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Allahı axtarmaq ümumbəşəri bir hissdir
 
 » Din » Əqidə » Allahı axtarmaq ümumbəşəri bir hissdir

     
 
Din » Əqidə: Allahı axtarmaq ümumbəşəri bir hissdir
 
 
Müəllif: Zaur | 22 Oktyabr 2009 | 12540 dəfə oxunub
http://zeka.az/117-allah305-axtarmaq-252mumb601351601ri-y601ni.html

İnsanların Allahı tanıma hissi dünyanın hər hansı bir xüsusi ölkəsinə məxsus olan əlamət deyil. Tarixin də göstərdiyi kimi, bu hissin daha dünyanın başlanğıcından insanların batinində öz yeri olmuş və elə bu gün də Allaha etiqad bütün millətlər arasında mövcud olmaqdadır.

Bəli, bəşər tarixi boyunca elə bir dövr yoxdur ki, o dövrdə insan Allaha etiqad bəsləməmiş olsun. Mədəniyyətində məzhəbin hər hansı bir şəkli mövcud olmayan millətə rast gəlmək mümkün deyil, yəni hansı millətin mədəniyyətilə tanış olsanız, həmin millətin mədəniyyətində məzhəbçiliyin əlamətlərini görəcəksiniz. Öz coğrafi, iqtisadi, siyasi şəraitindən asılı olmayaraq bütün ölkələrdə, məkanlarda, zamanlarda və dünyanın bütün millətləri içərisində Allahı tanımanın bu şəkildə geniş yayılması onun fitri olmasının əlamətlərindəndir.

Özünü Allahpərəst hesab etməyən hər bir insaflı şəxs çətinlik və bəla zamanında öz qəlbinin dərinliklərində hiss edir ki, onun çarəsizliyini aradan qaldıra biləcək sonsuz bir qüdrətə doğru üz tutub, ixtiyarsız olaraq Ondan kömək diləyir. İnsanın ruhunun dərinliyində mövcud olan bu cür Allaha yönəlmiş diqqət heç bir əqli, elmi sübutların və fəlsəfi dəlillərin nəticəsi deyil. Bu elə ilk gündən Yaradanın öz əli ilə insanın təbiətində - batinində qoyduğu Allahı fitri tanıma hissidir, belə ki, insan çətin anlarında bütün varlığı ilə ona üz tutur.

Biz itirdiyimizə və itirdiyimizin nə olduğuna heç bir diqqət etmədiyimiz halda O, necə də bizim çətinliklərimizi dəf edib, bizə rahatlıq bağışlayır?! Özümüz də bilmədən körpə uşaq  ananı axtarıb-aramağın nə olduğunu bilmədən ananın arxasınca düşdüyü kimi, Allahın sorağına düşürük.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.