Ana südündəki möcüzə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ana südündəki möcüzə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ana südündəki möcüzə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ana südündəki möcüzə
 
 
Müəllif: Admin | 24 Noyabr 2010 | 12262 dəfə oxunub
http://zeka.az/1170-ana-sgdgndjki-mgcgzj.html

Ana südündəki möcüzə

Ana südü körpənin bütün bəslənmə ehtiyaclarını ödəyən və onu infeksiyalardan qoruyan əvəzsiz bir məhluldur. Dünyaya gözlərini açdığı andan etibarən yeni həyata uyğunlaşmaq məcburiyyətində olan körpə üçün gərəkli hər şey qadın bədənində hamiləlik boyunca ağlasığmaz bir sistemlə gerçəkləşir. Ana südü hamiləlik zamanı ananın hormonları tərəfindən hazırlanır. Südün hasil olması beynin hipofiz parçasında yerləşən “prolaktin” adı verilən bir hormonla bağlıdır. Hamiləlik zamanı bu hormonun aktiv hala gələrək süd hazırlamağa başlaması, plasenta tərəfindən hasil olan progesteron və östrojen hormonları vasitəsilə əngəllənir. Doğuşdan sonra plasentanın kənarlaşmasıyla qandakı progesteron və östrojen hormonlarının səviyyəsi düşər və süd hazırlanmasında iştirakı olan prolaktin ortaya çıxar. Hormonlar arasındakı bu ağlasığmaz informasiya ötürülməsi sayəsində doğuşdan etibarən körpənin tələbatlarını təkbaşına ödəyən süd möcüzəvi şəkildə ehtiyac duyulduğu zaman hazır hala gəlir.

Ana bətnindəki mikrobsuz bir hissədən çıxan körpə xarici mühitdəki infeksion maddələrə qarşı müdafiə olunmaq gücündə deyil və ya çox zəifdir. Ancaq ana südündə olan qoruyucu maddələr (antikorlar) heç tanımadıqları mikroblara qarşı “müharibə” elan edər. Xüsusilə, körpənin müdafiə qabiliyyətinin olmadığı ilk bir neçə gündə “kolostrum” (doğuşdan sonrakı ilk süd) adı verilən antikorlar körpənin vücudunu xarici aləmin mənfi təsirlərindən qoruyar.

Çox zəngin tərkibə malik olmasına baxmayaraq, körpənin ən asan həzm edə biləcəyi qida ana südüdür. Həzm üçün artıq enerji sərf etməsi lazım olmayan körpə enerjisini digər bədən fəaliyyətlərində istifadə edir.

Ana südünün ən möcüzəvi xüsusiyyətlərindən biri də körpənin inkişafı müddətində hər zaman ehtiyacı olan qidaları ehtiva etməsidir. Məsələnin maraqlı tərəfi erkən doğuşla üzləşən anaların südündə körpənin o müddətdə ehtiyac duyduğu yağ, protein, dəmir həddən artıq olur. Erkən doğulan körpələr üçün bu durum bir növ üstünlüyə çevrilir. Lakin erkən doğulan uşaqlar ana bətnində keçirəcəkləri müddəti güclü qida ehtiva edən ana südü ilə bəslənərək keçirdikləri üçün göz funksiyaları daha yaxşı inkişaf edir. Aparılan zəka testlərində də daha müvəffəqiyyətli olduqları müşahidə olunub. Araşdırmaların nəticələrinə görə, ana südü ilə böyüyən uşaqların dərrakəsinin ana südü içməyən uşaqlarla müqayisədə daha artıq olduğu təsbit edilib. ABŞ-ın Kentukki Universitetinin alimlərindən olan Ceym Andersonun araşdırmalarına görə, ana südü ilə qidalanan körpələrin İQ-larının əmziklə bəslənən körpələrə nisbətən 5 xal artıq olduğu müəyyən edilib. Bu möcüzəli məhlulun süd adlandırlmasına baxmayaraq, 90%-i sudan əmələ gəlir. Bu çox əhəmiyyətli bir xüsusiyyətdir. Çünki körpələrin qidayla birlikdə suya da ehtiyacları var. Kənardan alınan su müdafiəsi zəif olan körpə vücudu üçün yetərincə gigiyenik olmaya bilər. Ancaq ana südü ilə qidalanan körpənin bu baxımdan təhlükə riski yoxdur.

İdeal hərarəti ilə hər an hazır olan ana südü tərkibindəki şəkər və yağ ilə beyin inkişafında mühüm rol oynayır. Tərkibindəki kalsium da sümüklərin inkifaşafına yardım edir. Ana südünün başqa bir möcüzəvi xüsusiyyəti isə körpənin iki il müddətində ana südüylə bəslənməsinin çox faydalı olmasıdır. Elmin müasir dövrdə kəşf etdiyi bu həqiqəti Allah-Taala Qurani-Kərimdə “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər” (Bəqərə surəsi, ayə 233) ayəsiylə 1400 il əvvəl buyurmuşdur.

Nə körpə hansı qidalara ehtiyacı olduğunu bilər, nə də ana bu qidanın necə hazırlanmasından xəbərdardır. Qafqaz İnfo





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 17
Robot: 3
Qonaq: 14
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.