Ağa Mirək Mirzə Qiyas » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Ağa Mirək Mirzə Qiyas
 
 » Elm və mədəniyyət » Dahilər » Ağa Mirək Mirzə Qiyas

     
 
Elm və mədəniyyət » Dahilər: Ağa Mirək Mirzə Qiyas
 
 
Müəllif: Zaur | 26 Noyabr 2010 | 12639 dəfə oxunub
http://zeka.az/1173-ada-mirjk-mirzj-qiyas.html

Ağa Mirək Mirzə Qiyas

XVI əsrin əvvəlində Hindistanda böyük Əmir Teymurun varisi, görkəmli siyasi xadim və alim Babur tərəfindən Böyük Moqollar İmperiyası yaradılır. Qüdrətli özbək hökmdarları Şeybanilər sülaləsinin öhdəsindən gələ bilməyən Fərqanə vilayətinin hakimi Babur özünün 200-ə qədər yaxın qohumu və inanılmış adamı ilə birlikdə silahsız-zadsız Kabilə qaçır. Kabili ələ keçirib, qoşun topladıqdan sonra isə Şeybanilərin onu gözlədikləri Fərqanəyə deyil, Hindistana tərəf üz qoyur. 1526-cı ildə yerli sultan üzərində tam qələbə çaldıqdan sonra Babur Dehliyə girərək, nəhəng Böyük Moqol (Baburilər) imperiyasını qurur. Hakimiyyətini möhkəmləndirdikdən sonra o, bir sıra hərbi və iqtisadi islahatlar keçirərək, Teymurun ənənələrini davam etdirməklə elm və mədəniyyətin inkişafı üçün böyük işlər görür. O, poeziya və ədəbiyyatın, rəssamlıq və heykəltəraşlığın inkişafına hər cür himayədarlıq göstərir. O özü də qədim özbək (cığatay) dilində bir sıra bədii əsərlər yazmışdır. Baburun ölümündən sonra taxta onun oğlu Humayun çıxır. 1544-cü ildə Humayun əfqan hakimi Şirxanla döyüşdə məğlub olaraq arvadı və yaxın adamları ilə birlikdə səfəvi şahı Təhmasibin yanına qaçır. Təhmasib onu Təbrizin girəcəyində təntənə ilə qarşılayır. Humayun Təhmasibə bahalı hədiyyələr, o cümlədən elə bir almaz verir ki, "ruzigarın gözü belə şeyi görməmiş və qulağı da eşitməmişdi." Öz növbəsində Təhmasib də Humayunun şərəfinə dəbdəbəli bir ziyafət verərək, ona qiymətli hədiyyələr bağışlayır.Humayun hakimiyyət uğrunda mübarizədə Təhmasibdən dəstək istəyir. Bir neçə ildən sonra şah Təhmasib Budaq xan Qacarın sərkərdəliyi altında 12 minlik qızılbaş ordusunu ona qoşur və Şirxanı məğlub edən Humayun Böyük Moqolların taxt-tacını geriyə qaytarır. Humayun Təbrizdə ikən Azərbaycan miniatür sənəti ustalarının, xəttat və memarlarının əsərləri ilə tanış olur və Azərbaycan incəsənətinə heyran kəsilir. Yenidən hakimiyyəti ələ keçirdikdən sonra o, bir sıra Azərbaycan sənətkarlarını Dehliyə öz sarayına dəvət edir. Miniatürçü Mir Seyid Əli Təbrizi də həmin sənətkarlar arasında idi. Humayun Mir Seyid Əli Təbrizi ilə rəssamlıq dərsləri keçmək və astronomik müşahidələr (Humayun astrologiya ilə maraqlanırdı) aparmaqdan ötrü Şirxan tərəfindən tikilmiş bir binaya tez-tez gəlir. O, özünün nadir əlyazmalar kitabxanasını da burada yerləşdirmişdi. 1565-cı il yanvarın 24-də Humayun kitabxananın damına çıxaraq üfüqdə Venera planetinin görünməsini gözləyirdi. Taleyin işi elə gətirir ki, qaranlıq düşəndən sonra Humayun aşağı enmək istəyir, ikinci pilləyə ayaq qoyarkən müəzzinin azan səsini eşidir və əyilmək istəyəndə paltarının ətəyi nəyəsə ilişir. Humayun pilləkəndən üzüstə yıxılır, başı partlayır və ölür.  Deyildiyi kimi, Humayun Azərbaycandan qayıtdıqdan sonra Səfəvi memarlığının böyük pərəstişkarına çevrilmişdi. Bunu nəzərə alan arvadı Həmidə Banu Bəyim həmin il Məkkə ziyarətindən qayıdarkən Azərbaycandan keçəndə memar Ağa Mirək Mirzə Qiyası özü ilə sevimli ərinin məqbərəsini tikdirməkdən ötrü Dehliyə gətirir. Məqbərə 1573-cü ildə səkkiz ilə tikilib başa çatır. Ağa Mirək sübut edir ki, bu qədər yolu boş yerə qət etməyib. Hind sənətşünaslarının fikrincə, həmin məqbərə Hindistanda bu cür xatirə komplekslərinin tikilişində dönüş nöqtəsinə çevrilir. Həmin abidə Böyük Moqollar dövründə ucaldılmış bu tipli məqbərələrin birincisi olur. Həmin sıranın zirvəsi isə heç şübhəsiz, dünya memarlığının Aqradakı şedevri Tac-Mahal sayılır (türk memarı Məhəmməd İsa Əfəndi tərəfindən 1630-1652-ci illərdə tikilib).

Ağa Mirək öz əsərində Səfəvi, Orta Asiya və türk memarlığına xas monumental səth strukturunu qoruyub saxlamaqla birgə onun simasına Hindistan üslubuna məxsus cizgilər də əlavə etmişdi. Səfəvi və Orta Asiya memarlarının məscid, saray və məqbərələrin bəzənməsində daha artıq istifadə etdikləri əlvan lövhələr əvəzinə Ağa Mirək ağ mərmərlə müxtəlif çalarlı rəngli daşların uyuşmasına çalışıb. Məqbərə kvadrat formalı (52x52 m. ölçüdə) görünüşə malikdir. Mərkəzdəki oktaqonal zalın ətrafında nisbətən kiçik daha 4 zal var. Ağa Mirək ən yaxşı Səfəvi ənənələrinə uyğun bir şəkildə məqbərənin ətrafında bağçalar salınmasını nəzərdə tutub. Bağ-bağat məqbərənin "Nizaməddin" adlanan yerində salınıb. Məqbərənin özü iki geniş xiyabanın kəsişdiyi parkın ortasında tikilib. Çaharbağ adlandırılan bu cür planlaşdırma Təbrizdə, Qəzvində və Ərdəbildə saray bağlarının salınmasında da gözlənilmişdir. Yeri gəlmişkən qeyd edək ki, İsa xanın (1547) oktaqonal məqbərəsi də həmin bağın içində yerləşir. Mütəxəssislərin fikrincə, belə formalı məqbərələr Hindistanda əvvəllər də tikilmişdi. Bunlar oktaqonal Divanxanalar – misal üçün Şirvanşahlar sarayı ilə qəribə bir oxşarlıq təşkil edir. Yaxud da əksinə, divanxanalar bu məqbərələrin kiçildilmiş nüsxələri sayıla bilər.

Ağa Mirək xanın adı Hindistan xalqına yaxşı tanışdır, onun tikdiyi məqbərə isə indiyə qədər ölkədəki memarlıq abidələri içində ən gözəgəlimlilərindən sayılır.  Hindistan tarixində Böyük Moqolların sonu və müstəqillik uğrunda mübarizə ilə bağlı bir çox faciəvi hadisələr həmin abidənin adı ilə sıx əlaqədardır. 1857-ci ildə Böyük Moqollar sülaləsindən olan hakimlərdən biri – Bahadur şah Zəfər Britaniya ağalığına qarşı müsəlman və hinduların məşhur üsyanının başında dayanır. Üsyan yatırıldıqdan və ingilislər vəziyyətə nəzarəti ələ aldıqdan sonra Bahadur şah öz ailəsi ilə Humayunun məqbərəsində gizlənir. Həmin ilin 22 sentyabrında ingilislər parka soxularaq, Bahadur şahın iki oğlunu və bir nəvəsini öldürür, onun özünü isə Ranquna sürgün edirlər. Teymurun xələflərindən axırıncısı elə burada da ölür.

İmperator Humayunun şərəfinə məqbərənin yaradıcısı görkəmli memar Ağa Mirək Mirzə Qiyasın adı Hindistan mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmışdır. Eyni zamanda Humayunun da adı altı əsas muğamdan birinin adında Azərbaycan xalqının mədəniyyətinə əbədilik həkk olunmuşdur. Deyilənə görə, "Humayun" muğamı imperator Humayunun Təbrizdə şah Təhmasibin sarayında qaldığı zaman yaranmış, sonradan cilalanıb indiki halına düşmüşdür.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (26 Noyabr 2010 14:18)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
demək humayun muğamının belə bir tarixi var imiş
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: hacer (27 Noyabr 2010 18:11)



Qrup: Qonaq
Tarix: --
Bu degerli ve gözel melumatlar üçün SAGOLUN!!! Marağlıydı...
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.