Günah və İnsan! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Günah və İnsan!
 
 » Din » Əxlaq » Günah və İnsan!

     
 
Din » Əxlaq: Günah və İnsan!
 
 
Müəllif: Amir | 27 Noyabr 2010 | 12649 dəfə oxunub
http://zeka.az/1176-ggnah-vj-dnsan.html

Günah və İnsan!

Günahın İnsan həyatındakı ciddi təsirləri.

Yer kürəsindəki bütün insanların əməl və rəftarlarını araşdırsaq, onlar arasında sanki bir müsabiqənin olduğunu görərik. Bu müsabiqə rəqabət şirinliyi ilə qızışmış və maraqlı bir savaşa çevrilmişdir. Bu müsabiqənin yaşamaqdan çox qələbə əldə etməyə həsr olunması məlum olduqda təəccüb daha da artır. Hamı qalib olub qələbə çalmaq istəyir. Amma İslam maarifində bütün zahiri qələbələr yalnız Allaha itaətə əsaslanır. Allah razılığından uzaq istənilən zahiri qələbə, əslində labüd məğlubiyyətdir. İndi görək Allahın razılığını necə əldə edə bilərik? Necə və hansı yolla bütün işlərdə Allahın razılığını mehvər seçmək olar?

Şübhəsiz ki, tovhid (Tək Allahlılıq) düşüncəsində Allahın razılığı sırf Onun göstərişlərinə əməl etməklə əldə olunur. Bu göstərişlər isə İslam Peyğəmbəri (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) tərəfindən xalqa çatdırılmışdır. Şəriətin  İslam Peyğəmbəri (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) tərəfindən bəyan olunmuş əmr və qadağaları iki fəsildən ibarətdir:

1.Vacibat (vacib əməllər) 2. Mühərrəmat (haramlar). Vacibat dedikdə hər bir insanın əməl etməli olduğu namaz, oruc, həcc kimi hökmlər nəzərdə tutulur. Mühərrəmat dedikdə isə insanların oğurluq, fırıldaqçılıq, zina, sərxoşluq kimi çəkinməli olduğu işlər nəzərdə tutulur. Bu məsələ insanların fərdi və ictimai həyatında mühüm rol oynayır və əksəriyyət onun əhəmiyyətini dərk edir. İnsanların bir çox problemi günah və onun ağır nəticələrindən xəbərsizlikdən qaynaqlanır. Günahın şəxsə və cəmiyyətə vurduğu ziyanlardan xəbərdar olan insan heç  vaxt günaha yol verməz, hətta ona yaxınlaşmaqdan çəkinər. Heç şübhəsiz, günahın insan həyatında ciddi təsirləri var. Günah öz dağıdıcı təsiri ilə cism və ruhu, aşkar və gizlini, dünya və axirəti məhv edir. Günah qəlbi sıxıntıya düçar edir, ruhu kədərləndirir, insanlıq dəyərlərini qiymətdən salır. Günah psixoloji narahatlıq, ixtilaf, kin-küdurət, savaş səbəbidir və bir çox ictimai problemlər ondan qaynaqlanır.

Günahın təsirləri

Günah dedikdə, itaətsizlik, qanunu pozmaq, dünyanın təbii nizamına qarşı qiyam mənaları nəzərdə tutulur. Bu baxışa əsasən, yaranış aləminin tam qanuni zərurətlərini görməməzliyə vuran şəxs günahkar sayılır. Çünki yaranış nizama əsaslanır, hər bir nizam qanundan qaynaqlanır. Qanunsuzluq özü günahdır və günah Xaliqə qarşı üsyan kimi başa düşülür. Bu gün bəşəriyyət mənəviyyat qaynağından uzaqlaşaraq itaətsizliyə üz tutmaqla yerdə və göydə bir çox bəlalar ərsəyə gətirmişdir. İnsan isə faciəyə düçar olmasının səbəbini anlamır. Doğurdan da, bəşəriyyət nə üçün bir bu qədər bəlaya düçar olmuşdur? Əgər hadisələrin, təbii  və qeyri təbii bəlaların səbəbini araşdırsaq belə qənaətə gələrik ki, biz öncədən yolumuzu seçmişik, mənəviyyatdan uzaqlaşmışıq. Dəlil də budur ki, hər kəs əkdiyini biçir. Yəni müsibət əkən, torpağa günah toxumu səpən rahatlıq və xoşbəxtlik görmür. İslami mənbələrdə bəd əməllərin acı nəticələrinə aşkar işarələr var. Qurani-Kərimin Ənam surəsinin 6-cı ayəsində Allah-Taala buyurur: “Anlamadılarmı ki, onlardan öncəkiləri məhv etdik?! Hansı ki, onlara yer üzündə sizə vermədiyimiz imkanı vermişdik. Onlar üçün yağış yağdırır, yaxınlıqlarından çaylar axıdırdıq. Sonra günahlarına görə onları məhv etdik və başqa bir dövrün insanlarını yaratdıq”. İmam Sadiq (Ona salam olsun!) buyurmuşdur: “Allahın çətinliklərindən gecə-gündüz Onun özünə pənah aparın!” Rəvayətçi deyir ki, çətinliklər deyərkən İmamın nəyi nəzərdə tutduğunu soruşdum. Həzrət (Ona salam olsun!) buyurdu: “İtaətsizliklərinə görə bəndələrin tutulması” İmam Sadiq (Ona salam olsun!) buyurur ki, “Agah olun, bilin ki, günaha batmadan bir damar titrəməz, heç bir müsibət və xəstəlik qarşıya çıxmaz. Allah buyurduğunun məfhumu yalnız budur ki, sizə üz tutan hər bir müsibətin səbəbi sizin öz əməllərinizdir. Amma Allah sizin çox xətalarınızı bağışlayır”. Sonra İmam (Ona salam olsun!) buyurur: “Hər halda Allah daha çox bağışlayır, nəinki cəzalandırır”. Günahın ruziyə təsiri haqqında isə İmam Baqir (Ona salam olsun!) buyurur: “Allahın bəndəsi günaha batdığı vaxt ruzinin azalması bəlasına düçar olar.” Ağac sudan təravət aldığı kimi insanın ömür ağacı da xeyir əməldən güc alır. Həqiqət mehvərində ötüşən ömür həm xoşdur, həm də uzun. Amma dirilik suyu Allah zikrindən kənarda oda çevrilir. Demək ömrün uzunluğu yaxşı əməldən aslıdır və pis əməl ömrü qısaldır. Ömür yay günəşinin qızdırdığı qar olduğundan və hər nəfəs ömrü qısaltdığından insan xeyir əməl və günahdan uzaqlıqla onu artırmalıdır. Allah insan ömrünün son nöqtəsini onun əməlindən asılı bilir. Həzrəti Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurur: “Möminin Allah qarşısında kəramət və izzətlərindən biri də budur ki, onun əcəli üçün vaxt müəyyənləşməmişdir. Mömin insan pis iş görmək istədiyi vaxt (günah etməsin deyə) Allah onun ruhunu çıxarır”. Mövləvinin  “Məsnəvi”sində maraqlı bir hekayədə nəql olunur ki, günah və günahkarın xüsusi bir qoxusu var və bu qoxu əsasında günahkarı günahsızdan seçmək olar. Bir hekayədə müqəssirlərin ağız qoxularından onların hansının günahkar, hansının günahsız olduğu müəyyənləşdirilir. Sonra nəticə çıxarılır ki, günahkarın nəfsi çirkaba batdığından onun duası rədd edilir. İmam Baqirin (Ona salam olsun!) dilindən belə nəql olunur: Həzrəti Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurmuşdur: “Məndən sonra zina aşkar şəkil aldıqda qəfil ölüm artar. Alış-verişdə ölçü və çəki azaldılanda Allah insanları qıtlığa düçar edər. Sileyi-rəhm (yaxınları yoxlamaq) kəsildiyi vaxt var-dövlət şər insanların əlinə düşər. Əmr be məruf və nəhy əz munkər (yaxşılığa əmr və pisliyə qadağa) tərk olunanda və mənim Əhli Beytimə (Onlara salam olsun!)  arxa çevriləndə Allah həmin insanlara zalımları hakim edər. Onlar dua edər amma duaları qəbul olunmaz.” Kimsə şübhə etmir ki, günah günah gətirir, savab savaba səbəb olur. Allah-Taala buyurur: “Qəlbi xəstə olanlar çirkinlik üzərinə çirkinlik artırar və kafir ölər.” Məsum İmamlardan belə nəql olunur: “Allaha bəndəlik yolunda çox ciddi və çalışqan olun! Əgər əməl etmirsinizsə, günaha da yol verməyin!” Tikdiyini uçurmayanın tikilisi tədricən ucalır. Amma tikdiyini uçuran şəxsin tikilisi heç vaxt yuxarı qalxmır. Təbiidir ki, hər yeni günah yeni bəlaya səbəb olur. İnsanlar keçmişdə görünməmiş günaha yol verdikdə Allah-Taala da onlara görünməmiş yeni bəlalar göndərər. Uyğun həqiqətlər bu gün özünü daha çox, daha aşkar göstərməkdədir. İndi ADİS, xərçəng kimi xəstəliklərlə üzbəüz dayanmışıq. Axı nə üçün bəşəriyyət məsumların buyurduqlarına diqqət yetirib, bu müsibətlərin səbəbini özündə axtarmır? Xəcalət dolu həmcinsbazlıq (homoseksualizm) bu günki mədəni dünyada adi şəkil almışdır. Həmcinsbazlıq “seksual azlıq” adı altında müdafiə olunur. Axı bunun spiddən başqa nə nəticəsi ola bilər?! Bəli, növbənöv günahlar növbənöv xəstəliklər doğurur. Bütün bu bəlaların kökü günahlarda axtarılmalıdır. Məsumların kəlamlarını dərindən araşdırdıqda görürük ki, insanlar mənəviyyat yolunu tutub günahdan çəkindikdə, Mehriban Allah öz lütfi ilə onların dərdlərinə çarə qılır. Bəli Allah hər şeyə qadirdir!!!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: hacer (27 Noyabr 2010 18:01)



Qrup: Qonaq
Tarix: --
psixoloji narahatlıqın özü ele neye desen deyer.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: Zehra (28 Noyabr 2010 06:35)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Əhsən, maraqlı mövzu seçmişsiniz!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.