Məşhur Leonardo Da Vinçi azərbaycanlı imiş? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Məşhur Leonardo Da Vinçi azərbaycanlı imiş?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Məşhur Leonardo Da Vinçi azərbaycanlı imiş?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Məşhur Leonardo Da Vinçi azərbaycanlı imiş?
 
 
Müəllif: Carchi | 27 Noyabr 2010 | 12210 dəfə oxunub
http://zeka.az/1177-mjehur-leonardo-da-vingi-azjrbaycanld-imie.html
Məşhur Leonardo Da Vinçi azərbaycanlı imiş? - ARAŞDIRMA 
Bəşəriyyətin ən ünlü dühalarından biri, İntibah dönəminin möhtəşəm siması Leonardo da Vinçinin anası azərbaycanlıdır.
Da Vinçinin anasının müsəlman və türk kökənli olduğu iddia edilir
Rəssam, heykəltaraş, memar, bəstəkar, mühəndis, alim... Sənəti ilə İntibah dövrünün ən xaruqəldə simalarından birinə çevrilən, həyatından bəhs edən əsərlərin müəlliflərini milyarderlərə döndərən Leonardo Da Vinçinin anasının kimliyi indi Avropa və ABŞ alimlərinin ən çox araşdırdıqları, müzakirə etdikləri məqamlardan biridir. Milli.Az xəbər portalı bu məşhur simanın söykökünə dair açıqlanmış maraqlı məqamları təqdim edir. 
Məşhur tarixçi yazar Robin Maksvellin "Xanım Da Vinçi" ("Signora Da Vinçi") adlı əsəri də dahi şəxsiyyətin soykökündən bəhs edir.
R.Maksvellin dediyinə görə, kəndli qız olan Katerinanın sonradan oğlu Leonardonun yetişməsində və bəşəriyyət tarixində ən möhtəşəm dühalardan biri kimi yer almasında müstəsna rolu var.
Leonardo Da Vinçi dünyaya gələndən az sonra atası ser Pyero arvadını boşamış, Albiera adlı qadınla evlənmişdi. Leonardonun anası isə boşanandan cəmi 5 ay sonra yenidən ailə həyatı qurmuşdu.
Bütün bunlardan dolayı Leonardo, "qeyri-qanuni nikahda doğulmuş uşaq" sayıldığı üçün illər boyu zillət çəkmişdi.
Məktəbdə fövqəladə biliyi və bacarığı ilə fərqlənsə də, sonradan universitetə qəbul edilmədi.
Çünki "atasız uşaq" olduğu üçün, "soyköklü və sayğılı ailə övladları" ilə bir yerdə oxumaq onun kimilər üçün yasaqdı.
Amma Leonardo Da Vinçi latın dili, riyaziyyat, fizika, anatomiya kimi elmləri özbaşına öyrənmişdi.
Ata
Notarius olan Pyer di Antonio da oğlunu sevməzdi. Leonardonun anası Katerinaya gəldikdə isə o, Yaxın Şərqdən gətirildiyi deyilən sabiq kölə idi. İstanbuldakı qul bazarında venesiyalı tacirlərin satın aldıqları Katerina sonradan İtaliyanın indiki Toskaniya bölgəsinə aparılmışdı.
Toskaniya həmin illərdə müstəqil dövlət idi. Daha doğrusu, dövlət olmasa da, Toskaniyanın kralı, pulu, ordusu və hökmdarının da özündən dəfələrlə yekə hikkəsi vardı.
Katerina Toskaniyaya gələndən sonra bu adı daşımağa başladı, çünki Asiyadan İtaliyaya gətirilən bütün qul və kölələrə xristian adlar verilir, onlar məcburi qaydada xaç suyuna salınaraq vəftiz olunurdular.
1493-cü ildə Milana yollanan, həyatının son iki ilini oğlunun yanında keçirən Katerinanın əvvəlki sənələrdə Leonardoya yazdığı məktublar indi araşdırıldıqca ortaya sensasion, ilk baxışdan inanılmaz faktlar ortaya çıxır.
İtaliyadakı Leonardo Da Vinçi muzeyində aparılmış tədqiqatlara görə, İntibah dönəminin dahisi uzun illər boyu anasından ayrı yaşasa da, Katerina ilə həmişə mehriban davranıb, onu sevib. Muzeyin direktoru Alessandro Vezzosi bildirir ki, Leonardo Da Vinçi ömrünün son illərində Yaxın Şərqə yollanmış, anasının vətənini, doğulduğu yeri görmək istəmişdi.
Roma, Massaçusets və Yel universitetlərində aparılmış araşdırmaların sonuclarında isə Leonardo Da Vinçinin sənətçi, riyaziyyatçı və filosof kimi formalaşmasında anası Katerinanın Şərq köklü olmasının böyük rol oynadığı vurğulanır.
Çeti Universitetinin Antropoliji Tədqiqatlar İnstitutunun direktoru Luici Kapassonun dediyinə görə, Leonardo Da Vinçinin 52 əsərində onun 200-ə yaxın barmaq izlərinin qalıqlarını araşdırıblar. Rəssamın barmaq izlərinin 60 faizində ərəblərə, habelə Cənubi Qafqaz və ya Ön Asiyada yaşayan müsəlmanlara məxsus səciyyəvi ünsürlər aşkarlanıb.
Kanadalı alim Luis Baff Perri isə qətiyyətlə vurğulayır ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman, hətta azərbaycanlı olub.
"Asiyadan o vaxtkı İtaliyaya gətirilən bütün qadın kölələrə Katerina adı verilirdi. Uzun illər boyu apardığım araşdırmalar nəticəsində qəti qənaətim budur ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman olub, indiki Türkiyənin Anadolu bölgəsinə yaxın yerdə doğulub. Bir qədər dəqiq olsaq, həmin yer Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səfər də etmişdim və orada qənaətimin doğruluğuna bir daha əmin oldum", - Baff Perri söyləyib.
Luis Baff Perrinin dediklərini rus, macar, fransız və alman alimləri də təsdiqləyirlər. Rus tarixçi Andrey Kuznetsovun sözlərinə görə, Leonardo Da Vinçinin anasının portretləri onun əslən qafqazlı qadın olduğunu göstərir.
"Dahi Leonardo ilə bağlı indi ən müxtəlif, hətta fantasmoqorik və şizofrenik fərziyyələr irəli sürülür. Katerinanı da zaman-zaman ən müxtəlif irqlərə və millətlərə mənsub ediblər. Lakin aparılan fundamental, ciddi və illər uzunu davam edən araşdırmalar Katerinanın əslən Qafqazdan olduğuna dəlalət edir. Bunu İtaliyanın özündə də fakt kimi qəbul edirlər" - deyə rusiyalı alim dildirir. 
Andrey Kuznetsov daha sonra deyir: "O da danılmazdır ki, Leonardo Da Vinçinin mistisizmində anasının təsiri həddən ziyadə olub. Çünki Şərqə genetik səviyyədə bağlı olmayan insanın bəzi əsərlərində xristianlıqdan kənar dünyagörüşü, hətta sırf Şərqə məxsus qavramaların motivləri belə qabarıq nəzərə çarpmazdı. Onun əsərlərindən birində isə arxa planda indiki Təbriz şəhərində toxunan xalılardan birinin naxışları var.
Leonardo Da Vinçi ömru boyu Təbrizdə olmayıb və o, ümumiyyətlə, Şərq xalçaçılığı ilə yaxından tanış deyildi. Lakin alimlər güman edirlər ki, həmin xalçanı Katerinanın özü toxuyub və oğlu da ona zahirən yad, genetik səviyyədə isə yaxın olan bu motivlərdən ilham alıb" - V.Kuznetsov qeyd edib.
İtalyan tarixçi, Milan Tarix İnstitutunun professoru Cüzeppe Alleqri isə deyir ki, Leonardo Da Vinçi ən müxtəlif dillərlə yanaşı, ərəb və fars dillərini də kamil bilib.
"Onun özü şagirdi Mikele Vinyanoya yazdığı məktublardan birində etiraf edir ki, ərəb və fars dillərini anası öyrədib. "Florensiyalı olsam da, anamın vətəninin dilini də öyrənirəm. Çox rahat və sadə bildir. Bu dildə Konstantinopolu alanlar danışırlar. Təsəvvür et ki, kiçik Ankianodan olan mən bəlkə dünyanın o başındakı xalqın, dəniz kənarındakı dağlarda yaşayan insanların dilini bilirəm", - Da Vinçi həmin məktubunda yazıb.
O, "Konstantinopolu alanlar"ı yazarkən anadan olduğu 1452-ci ildən bir il sonra Konstantinopolu fəth etmiş türkləri nəzərdə tuturdu".
Xatırladaq ki, Leonardo di ser Pyero da Vinçi 1452-ci ilin aprelin 15-də İtaliyanın Florensiya şəhərinin yaxınlığındakı Vinçi şəhərciyinin qonşuluğunda yerləşən Ankiano kəndində anadan olub, 1519-cu ilin mayın 2-də Fransanın Turen bölgəsindəki Ambuaz şəhəri həndəvərindəki Klo-Lyuse qəsrində dünyasını dəyişib.
O, həyatı boyu İtaliyanın təqribən 14 şəhərində yaşayıb və cəmi bir dəfə İstanbulda olub.
Da Vinçinin Asiyaya səyahəti isə çağdaş Türkiyənin Trabzon şəhərində başa çatmışdı.
... İtaliyanın Milan şəhərində isə dünən başlanmış beynəlxalq elmi konfrans işini davam etdirir. Bu gün konfransda müzakirə mövzularından biri İtaliya intibahı və həmin dövrün ən görkəmli simaları olub.
Çıxışlar arasında 7-si məhz Da Vinçiyə və bu fenomenin sirlərinə həsr olunmuşdu. Milli.Az




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (27 Noyabr 2010 18:21)



Qrup: Qonaq
Tarix: --
Ela Xeberdi.Men indi bu xeberi cümle aleme yayaram wink
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 1
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.