Hamıya » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Hamıya
 
 » Sağlamlıq » Psixologiya » Hamıya

     
   
 
Müəllif: Zeyneb | 28 Noyabr 2010 | 12620 dəfə oxunub
http://zeka.az/1178-hamdya.html

Hamıya

   Bu günki məqaləm ixtisasımla  bəlkə əlaqəli olmayacaqdır. Amma  məncə bu mövzu yaşından, dinindən, işindən, mövqeyindən, dilindən, intellektual  səviyyəsindən, cinsindən, təhsilindən  asılı olmayaraq hamıya aiddir. Son zamanlar ölkəmizdə, xüsusilə də paytaxtımızda  bu mövzu aktuallaşıb ki, xanımlar  öz  geyimlərini kimlərdənsə  icazə  alıb  geyinməlidirlər. Əvvəllər  ailələrdə  xanımın  nə  geyinməli  olduğunu  həyat yoldaşı – əri   qərar  verərdi. Amma  bu  aralar  Müstəqil Azərbaycan  Respublikasında, tolerant, insanların  hər  növ  əxlaqsızlıqlarına  öz  seçimidi  deyən  bir  ölkədə,  nədənsə  hicablı  xanımlar  əziyyət  çəkir. Hicab  geyindiklərinə  görə  daha  doğrusu  Allahın:  Et! – dediyi  bir işi  etdiklərinə  görə  institutlara, məktəblərə, ölkənin  qabaqcıl  iş  yerlərinə  buraxılmırlar. Maraqlıdır,  axı  azadlıq, müstəqillik və bu  kimi  anlayışların  ən  aşağı  dərəcəsi  insanlara  geyim  hüququ  vermək  deyilmi? Yaxud bir qadın  zövqünə görə  olsa  belə  azad  halda istədiyi  tərzdə  geyinə  bilməzmi? Məsələn, “hörmət” etdiyimiz məşhur  müğənnilərin açıq-saçıq geyimlərinə  ağsaqqallar, dünya görmüş  qocaman  insanlar  narazılıqlarını  bildirəndə  dərhal  onlara  nota  verilir: Müğənni belə geyinməlidir! İndi  mən  bir  sual  verim: Niyə  dindar  hicablı  xanımlara o  şans  verilmir ki, onlar da belə nota versinlər ki, dindar xanım, müsəlman xanım belə geyinməlidir! Mövzu  o  qədər  geniş  və  əhatəlidir ki, məqaləm  konkret xətt  üzrə  getmir.

Başqa  sahəyə  keçim: Bu  gün  Azərbaycan  Respublikasından  Mübariz  İbrahimov, Fərid  Əhmədov kimi  igid  oğullar – qeyrət simvolları  çıxır. Üstəlik  tarix  boyu  başqa  xalqlar  kişiliyi, qeyrəti, namus  anlayışını  məhz  azəri-türk  kişilərindən  öyrəniblər. Bu gün  əgər  xanımlara  hicab  qadağa  qoyulursa, bu  ölkənin  inanclı  kişilərinin  qeyrətinə, namusuna daş  atılmış  sayılmırmı?  Bəs  bu  səhnə  görən  niyə  nəzərə  alınmır  ki, övlad  gəlib  atasına  ağlaya-ağlaya  şikayət  edir ki, məni  məktəbə  buraxmadılar. O ata, o kişi, o  Azərbaycan  kişisini  bu  tərzdə  sındırmaq, əl-qolunu  bağlamaq  Azərbaycan  Konstitusiyasının  hansı  maddəsində  görən  öz  əksini  tapıb? Bəlkə  məqsəd  kişiləri  əzmək  və  ya  sındırmaqdı? İnsanlarla  belə  rəftar  etmək  hansı  azadlığa  uyğundur?

   Bu gün  Azərbaycana  geyimindən  asılı  olmayaraq  savadlı  kadr  lazımdır. Axı  Azərbaycan yeni-yeni inkişaf etməkdə olan  ölkələr sırasına daxil olur. Yüzlərlə savadlı hicablı qadını işindən uzaqlaşdırmaq ölkənin  inkişafına da təsir edir. Deyilə bilər ki, hicablılar oxumasın, işləməsin, evində  otursun çölə çıxmasınlar. Amma bu da  dünyaya tərs olacaq. Bu gün ölkə  qanununa  əsasən, orta təhsil icbaridir.  Deməli, əgər hicablı qızlar dərsə  buraxılmasa Qanun açıq  şəkildə pozulmuş  olacaq...

  Əlqərəz, əgər bu qadağanı qoyanlar bu  hökmü (hicab) qadınların  Allaha  görə  etdiklərini  bilir və yenə də  qadağa  qoyurlarsa onda onlar Allaha qarşı  çıxırlar. Allah da  tarix  boyu bu cür davranışların  cavabı  olaraq  bəla  göndərib!

Azərbaycan  Müəllimlər İnstitutunun 2-ci  kurs  magistri  Zeynalova  Zeynəb  Adil  qızı.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (7) Çap et
 
 

     
 
#1 Yazan: Mehdi_Biya (28 Noyabr 2010 21:30)



Qrup: İstifadəçi
Tarix: 28.11.2010
Maşallah


Allah sizin kimi qeyrətli xanımların sayın çox eləsin
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: müqəlid (29 Noyabr 2010 15:49)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
Əgər hicab bağlamaq qadağan olunsa, Azərbaycandan Allah nəzərini götürər

Mən Azərbaycanda ictimaiyət içinə çıxanda dinə aid nəyisə görürdüm, amma hicablı qadınlar olmazsa ictimaiyətdə dindən əsər-əlamət qalmayacaq

hicab haqda nə deyə bilərəm gözəl sözdən başqa heç bir şey deyə bilmərəm


qadın bir incidir inci isə sədəfdə olar

Meyvənin qabıgı olmazsa butun həşaratlar ona hücum edər Allah nə bizə buyurursa o bizim yaxşılımığımız üçündür
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: Zeyneb (29 Noyabr 2010 21:26)



Qrup: Jurnalist
Tarix: 29.10.2009
Allah razi olsun
ICQ: --    
 
     
 

     
 
#4 Yazan: EMIL (16 Dekabr 2010 18:46)



Qrup: İstifadəçi
Tarix: 16.12.2010
Allah taala qeleminize quvvet versin. yazin ki belke kishilerimizde 'eger qalibsa' qeyret hissi coshsun.
ICQ: salam    
 
     
 

     
 
#5 Yazan: Zeyneb (2 Yanvar 2011 13:08)



Qrup: Jurnalist
Tarix: 29.10.2009
Mübariz İbrahimov sübut etdi ki, Azərbaycan kişisində qeyrət var.
ICQ: --    
 
     
 

     
 
#6 Yazan: namaz (7 Yanvar 2011 01:16)



Qrup: İstifadəçi
Tarix: 6.12.2010
SiZLƏR CƏMİYYƏTİN ƏN YÜKSƏK SİNİFLƏRİNƏ MƏNSUB OLAN İFFƏTLİ,İSMƏTLİ,NAMUSLU,HƏYALI,TƏMİZ VƏ PAK HİCABLI BACILARIMIZSINIZ.SİZLƏRƏ QARŞI DURAN BU ZÜLMKAR QÖVMÜN ALLAH CƏZASINI VERSiN...
ICQ: --    
 
     
 

     
 
#7 Yazan: Admin (9 Yanvar 2011 18:32)



Qrup: Administrator
Tarix: 9.06.2009
Allah duanızı qəbul etsin qardaşım!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.