Gəncədəki qədim məhəllələrin araşdırılması » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Gəncədəki qədim məhəllələrin araşdırılması
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Gəncədəki qədim məhəllələrin araşdırılması

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Gəncədəki qədim məhəllələrin araşdırılması
 
 
Müəllif: Carchi | 29 Noyabr 2010 | 12260 dəfə oxunub
http://zeka.az/1179-gjncjdjki-qjdim-mjhjlljljrin-araeddrdlmasdna-baelandlmdeddr.html
Gəncədəki qədim məhəllələrin araşdırılmasına başlanılmışdır 
Tarixi mənbələrə görə, Gəncədə 70-dən çox məhəllə mövcud olmuşdur. Qədim türk tayfalarının yerləşməsi səbəbindən burada tayfaların hər birinin xüsusiyyətinə görə məhəllələri də seçilmişdir. Bütün bunları nəzərə alan AMEA-nın Gəncə Elmi Mərkəzinin alimləri həmin məhəllələrin elmi cəhətdən araşdırılmasına başlamışlar. 
Mərkəzin şöbə müdiri, tarix elmləri namizədi Samir Pişnamazzadə AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, bu məhəllələrin öyrənilməsi Gəncənin tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir. Gəncədə məhəllələri araşdırmadan onun tarixini öyrənmək qeyri-mümkündür. Çünki şəhərin özü başdan-başa məhəllələrdən ibarətdir. Odur ki, araşdırmalar zamanı ən çox diqqət elmi mənbələrə əsaslanmaqla bu məhəllələrin xüsusiyyətlərini öyrənməyə yönəldilmişdir. Məsələn, Şahsevənlər məhəlləsi ilə Mollacəlil məhəlləsi başqa-başqa xüsusiyyətlərə malikdirlər. Araşdırmalar zamanı məlum olmuşdur ki, Gəncənin məhəllələri dini mənsəblərinə görə də fərqlənmişlər. Elə bu baxımdan şəhərdə 38 məscid mövcud olmuşdur və onlardan yalnız 18-i bizim dövrə gəlib çatmışdır.
Gəncə məhəllələrinin araşdırılması məqsədilə yaşı 100-ü keçmiş şəhər sakinləri ilə də söhbətlər aparılır. Onların fikir və mülahizələri əsasında tədqiqat işləri davam etdirilir. 
Toplanan materiallar elmi təsdiqini tapdıqdan sonra onun kitab halında çap edilməsi nəzərdə tutulmuşdur.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.