Professor Bukayla bağlı maraqlı hadisə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Professor Bukayla bağlı maraqlı hadisə
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Professor Bukayla bağlı maraqlı hadisə

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Professor Bukayla bağlı maraqlı hadisə
 
 
Müəllif: Zaur | 26 Oktyabr 2009 | 12719 dəfə oxunub
http://zeka.az/118-professor-bukayla-ba287l305-maraql305-hadis601.html
alt

Muris Bukay Fransanın məşhur cərrahlarından biridir. Onun həm atası, həm də anası fransalı idilər. Muris Fransada yaşayıb elə orada da təhsil almışdır. O, cərrahlıqda böyük məharət sahibidir. Onun əsərləri, eyni zamanda, başqa dillərə də tərcümə olunmuşdur.

Fransua Mitteranın hakimiyyəti zamanı 1981-ci ildə Fransa dövləti Misir dövlətinə təklif etdi ki, Fironun mumiyalanmış cəsədini elmi tədqiqat məqsədilə Fransaya təhvil versin. Misir dövləti bu təklifi qəbul etdi. Fironun cəsədini Fransaya təyyarə ilə apardılar. Fransa dövlət nazirlərindən biri Fironun cəsədini qarşılamaq məqsədi ilə aeroporta gəldi və cəsədi təhvil aldı.

Fironun cəsədini tədqiqat mərkəzlərindən birinə apardılar. Həmin tədqiqat mərkəzinin müdiri professor Bukay idi. O, ilk növbədə Fironun necə ölməsi səbəblərini ortaya çıxarmaq üçün axtarış aparırdı.

Professor Bukay tədqiqatını sona çatdırandan sonra cəsədin içində olan duza görə bu nəticəyə gəldi ki, Firon suda ölübdür və dərhal sahilə çıxandan sonra da tez mumiyalanmışdır.

Fironun suda ölməyi ilə yanaşı onun cəsədinin digər cəsədlərdən niyə yaxşı qalması sualı professor Bukayın cavab tapmaqda aciz qaldığı məsələ idi.

Professor Bukay öz təhqiqatlarının nəticəsini elmi bir konfransda elan etdi. Onun elmi çıxışından sonra orada olanlardan biri ona yaxınlaşıb yavaşca dedi: “Cənab professor Muris Bukay, çox tələsməyin! Sizin kəşf hesab etdiyiniz bu məsələ yeni bir məsələ deyil və onu çox-çox illər bundan qabaq müsəlmanlar kəşf etmişlər.”

Professor Bukay bu sözü eşidib narahat oldu və onun dedikləri ilə razılaşmadığını bildirdi. Konfransda olan başqa bir nəfər də Bukaya yaxınlaşıb əvvəlkinin dediyini təsdiq etdi: ”Müsəlmanların Quranı sənin dediklərini qabaqcadan xəbər vermişdir. Orada Fironun suda qərq olması və bədəninin sahilə çıxaraq salamat qalması xəbər verilmişdir.”

Professor məətəl qalmışdır ki, görəsən, bu sözlərdə həqiqət vardırmı? Halbuki, Fironun mumiyalanmış cəsədi yüz il bundan qabağa qədər (yəni 1898 ci ilə qədər) kəşf olunmamışdı. Ümumiyyətlə, insanların, xüsusilə, ərəblərin Misrin fərainələrinin (fironlarının) mumiyalanmış cəsədlərindən xəbərləri yox idi. Bundan əlavə, Fironun qərq olmasından sonra onun bədəninin xilas olmasını Bukay təzə kəşf etmişdi. Belə olan zaman necə ola bilər ki, müsəlmanların Quranı 1400 il bundan qabaq bu məsələni xəbər versin?!

Professor Muris Bukay bu sözü eşidəndən sonra çaşaraq heyrətə düşmüşdü. Buna görə də o, Tövrata müraciət etdi ki, ola bilsin bu hadisəni müsəlmanlar oradan götürmüşlər. Lakin o, Fironun bədəninin xilas olması haqqında mövcud Tövratdan heç bir məlumat əldə edə bilmədi.

Təhqiqat sona çatandan sonra Fironun mumiyalanmış cəsədini Misrə qaytardılar. Amma Muris Bukay artıq rahatlıq tapmırdı. Nəhayət, növbəti bir elmi konfransda iştirak etdi. Həmin konfransda müsəlman cərrahları da iştirak edirdilər. Muris Bukay həmin konfransda Quranla və ondakı “Yunus” surəsinin 92-ci ayəsi ilə tanış oldu: “Səndən sonrakılara ibrət olsun deyə, bu gün sənin bədənini xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən insanların çoxu ayələrimizdən qafildir!”

Bu ayə Muris Bukaya öz dərin təsirini bağışladı və o, müsəlman oldu.

Muris Bukay Fransaya qayıdandan sonra 10 il Quranın elmi ayələri haqqında təhqiqat apardı. Bu təhqiqatın məhsulu “Quranla elm arasında müqayisə” adlı kitab oldu. Professor Bukay kitabın müqqədiməsində yazır:

“Təhqiqatımın əvvəlində Qurani-Kərimin dərin və rəngarəng elmi məsələləri məni heyran qoymuşdu. Əslində inana bilmirdim ki, bəşərin yeni elmi ixtiraları ilə tam şəkildə uyğun gələn bütün bu elmi kəşflər 1400 il bundan qabaqkı qədim bir kitabda mövcud olsun.”  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.