İran nüvə fiziklərini kimlər hədəfə alıb? Foto » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İran nüvə fiziklərini kimlər hədəfə alıb? Foto
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İran nüvə fiziklərini kimlər hədəfə alıb? Foto

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İran nüvə fiziklərini kimlər hədəfə alıb? Foto
 
 
Müəllif: Carchi | 1 Dekabr 2010 | 12138 dəfə oxunub
http://zeka.az/1185-drandn-ngvj-fizikljrini-kimljr-hjdjfj-aldb-araedirma-foto.html

İran nüvə fiziklərini kimlər hədəfə alıb? Foto

Ölkənin ən məşhur nüvə fiziklərini "qara motoskletçilər" öldürür.

Milli.Az xəbər portalı "Keyhan" və "Risalət" qəzetlərinə istinadən bildirir ki, İranın məşhur nüvə fizikləri, Tehranda terror hücumlarına məruz qalmış Məcid Şəhriyari və Feridun Abbasi-Dəvanini "hədəf" seçmiş adamlar barədə ilkin məlumatlar əldə olunub.

"Bəsic"in komandanı, briqada generalı Məhəmmədrza Nəqdinin dediyinə görə, iranlı nüvə fiziklərinin terror edilməsi bənzər aksiyalar təsiri bağışlayır.

Xatırladaq ki, dünən səhər, təxminən 07.45 radələrində Tehranın iki müxtəlif səmtində Şəhid Beheşti Universitetinin iki professorunun avtomobilləri terror hücumuna məruz qalmışdı. Hər iki halda qara paltarlı motosikletçilər maşınlara yaxınlaşaraq maqnit bombalarını atomobillərə atıblar. Bu zaman maşınlardan biri atəşə tutulub.

İlk olaraq professor Məcid Şəhriyarinin "Peugeot 405" avtomobili partladılıb. Partlayış nəticəsində professor yerindəcə həlak olub, onun arvadı və sürücüsü isə yaralanıb. Az sonra professor Feridun Abbasi-Dəvaninin "Peugeot 206"sı partladılıb.

Partlayışda professor və arvadı ağır yaralanıblar.

Xatırladaq ki, yanvar ayında Tehranda nüvə fiziki Məsud Əli-Mohammədi eyni üsulla qətlə yetirilmişdi. Alimin maşınının yanında saxlanmış motosiklə qoyulmuş partladıcı qurğu professor səhər işə getmək üçün evdən çıxaraq maşına yaxınlaşanda işə salınmışdı.

Tehranın polis şefi Hüseyn Sacedniyanın dediyinə görə, hələ kimsə terror aktlarına görə məsuliyyəti üzərinə götürməyib.

Ayyarım əvvəl "Cundullah" terror təşkilatı İsfəhanda nüvə fiziki Əmir Hüseyn Şiranini oğurlayıb.

2009-cu ilin yanvarında Məkkəyə həcc zamanı iranlı nüvə fiziki Şəhram Əmiri qaçırılmışdı. Bu ilin iyulunda o, tapılmış və bəyan etmişdi ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən oğurlanıbmış.

2007-ci ilin yanvarında isə İsfəhandakı nüvə fiziki Ərdəşir Həsənpur müəmmalı şəkildə naməlum qazdan zəhərlənərək ölmüşdü.

Qeyd edək ki, dünən terror aktında həlak olmuş nüvə fiziki, professor Məcid Şəhriyari Tehrandakı Şəhid Beheşti Universitetinin nüvə mühəndisliyi kafedrasına başçılıq edirdi. O, Əmir Kəbir Universitetində də çalışır, yeni nəsil nüvə reaktorlarının hazırlanması ilə məşğul olurdu. M.Şəhriyari İranın ən məşhur və nüfuzlu nüvə fiziklərindən biri idi.

Dünənki terror aktında yaralanmış nüvə fizikası professoru Firudin Abbasi-Dəvani isə İranın Müdafiə Nazirliyinin lazer texnikası üzrə eksperti, Şəhid Beheşti Universitetinin nüvə fizikası fakultəsinin dekanıdır. Onun adı BMT Təhlükəsizlik Şurasının 2007-ci ilin martında qəbul etdiyi qətnaməyə uyğun olaraq, İranı tərk etməsi yasaqlanan şəxslər siyahısına daxil edilib.

           
        




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (1 Dekabr 2010 18:20)



Qrup: Qonaq
Tarix: --
Amerikan ve İsrayılden başka hec kimse olamaz...Amerikanın özellikle korxuları vardı İrandan yana.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.