Şeyxin hicab qadağasına münasibəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şeyxin hicab qadağasına münasibəti
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şeyxin hicab qadağasına münasibəti

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şeyxin hicab qadağasına münasibəti
 
 
Müəllif: Carchi | 2 Dekabr 2010 | 12364 dəfə oxunub
http://zeka.az/1187-eeyxin-hicab-qadadasdna-mgnasibjti.html

Şeyxin hicab qadağasına münasibəti

"Hicabın örtülüb-örtülməməsini yox, məktəbli formasında hansı şəkildə örtülməsini müzakirə etmək olar".

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə son zamanlar ölkədəki hicab qadağası və məktəblərdəki bu müstəvidə yaranan problemlərlə bağlı "TURAN" agentliyinə açıqlama verərkən deyib.

“Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır” deyən Şeyxülislam A.Paşazadə hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının vacibliyini söyləyib.

Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirib. A.Paşazadə ana və nənələrin baş örtüsündə olması ənənəsini xatırladaraq, baş örtüsünün həm də milli bir ənənə olduğunu önə çəkib.

Hazırda bu problemin bütün təhsil sistemində yox, bəzi orta məktəblərdə yaşanmasına toxunan şeyxülislam bu məsələnin bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu ifadə edib.

Şeyxülislamın fikrincə, hicab kiminsə inanclı, kiminsə inancız olmasının göstəricisi deyil, sadəcə olaraq fərd olaraq insanın belə görünmək istəməsinin təzahürüdür. Şeyx, hicabın dövlət qanunları ilə dəstəkləndiyinə də vurğu edərək, qanunlarımızın bunu təmin etməsinə diqqət çəkdi: “Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”, deyə A.Paşazadə qeyd edib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (3 Dekabr 2010 16:54)



Qrup: Qonaq
Tarix: --
Qanuna riyayet eleyen kimimdiki,ganun o mektebin müdürüdür,yada institut rektörüdür.Din yox,iman hele heç yoxdur...
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.