Nasa-dan şok açıqlama » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Nasa-dan şok açıqlama
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Nasa-dan şok açıqlama

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Nasa-dan şok açıqlama
 
 
Müəllif: Carchi | 2 Dekabr 2010 | 12285 dəfə oxunub
http://zeka.az/1189-nasa-dan-eok-agdqlama.html

Nasa-dan şok açıqlama

İllərdir insanların maraqla gözlədiyi sualın cavabı nəhayət ki tapılır. Amerika Aerokosmik Agentliyi NASA, Yerdən kənar həyata dair elmi kəşflə əlaqədar mətbuat konfransı təşkil edəcəyini açıqlayaraq, bu sahəyə maraq göstərən insanlarda həyəcan yaradıb.

NASA öz veb saytı vasitəsiylə verdiyi açıqlamada, sabah yerli vaxtla saat 21.00da, Yerdən kənarda həyatın dəlillərinin araşdırılması mövzusunda əhəmiyyətli nəticələri olacaq bir astrobioloji tapıntını müzakirə etmək üçün mətbuat konfransı təşkil edəcəyini bildirir. Mətbuat konfransı Vaşinqtonda keçiriləcək.

Kosmos və Yerdənkənar həyat sevdalıları, bu açıqlamadan sonra internet bloglarında çoxlu sayda fərziyyə irəli sürməsinə baxmayaraq, NASA, bu kəşflə əlaqədar hazırda heç bir detallı məlumat vermək istəmir.

NASAnın sabahkı mətbuat konfransına qatılacaq adlar arasında, təşkilatın astrobioloji proqramını idarə edən Mary Voytek, Amerika Geofizika İnstitutu (USGS) astrobioloji araşdırmaçı Felisa Wolfe-Simon, NASAnın Goddard Kosmos Mərkəzi astrobioloji mütəxəssisi Pamela Conrad, Tətbiqli Molekulyar Təkamül Vəqfi üzvü Steven Benner və Arizona Universiteti Professoru Ceyms Elser var.

NASAnın mətbuat konfransı internet vasitəsiylə də canlı yayımlanacaq.

Qeyd edək ki, astrobiologiya, kainatda həyatın mənşəyi və təkamülü daxil olmaqla, həyatın ola biləcəyi yerlərlə inkişafın necə getdiyini araşdıran elm sahəsidir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.