İnsan və günah... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » İnsan və günah...
 
 » Din » Əxlaq » İnsan və günah...

     
 
Din » Əxlaq: İnsan və günah...
 
 
Müəllif: Amir | 2 Dekabr 2010 | 12774 dəfə oxunub
http://zeka.az/1191-dnsan-vj-ggnah.html

İnsan və günah...

(Əvvəli ötən sayda)

Cisim və ruh arasında elə bir rabitə mövcuddur ki, ruhdan ayrılan cisim təbii şəkildə məhv olur. Bu rabitə çətinliklə qırılası rabitədir. Amma günahkar cisim saleh cisimdən daha çox işgəncəyə məruz qalır. Çünki o həm ruhundan uzaqlığın zülmətinə dözməlidir, həm də saleh əmələ dönüş imkanını birdəfəlik əldən çıxarmışdır. Bəli, günahkar cisim ruhdan ayrılarkən qat-qat artıq əzab görür. Amma ömrünü xeyr işlərlə keçirən insan rahatlıqla can verir. Günahın insan qəlbibnə təsirindən danışsaq, qəlb insan vücudunun ən müqəddəs və ən ali üzvüdür. Qəlbin qaralması ilə insanın həyat, düşüncə və əməlləri də zülmətə qərq olur. Pak və işıqlı qəlb insan düşüncəsini də işıqlandırır. Müxtəlif hədislərdə günahın insan qəlbinə mənfi təsirlərindən danışılır. İmam Sadiq (Ona salam olsun!) buyurur: “Atam buyurdu: Heç bir şey insan qəlbini günah kimi qaraltmır. Ardıcıl şəkildə günaha batan insanın qəlbi günaha məğlub olub viran qalır”. Ümumiyyətlə, günah müsəlman  üçün təhlükədir. Onun maddi və mənəvi zərərləri var. Amma nə qədər ki, günah insan qəlbini viran qoymayıb, qurtuluş qapısı bağlanmayıb günah zülmətindən xilasa ümüd var. Tarixdə qəlbi zülmətə qərq olmuş insan nümunələri çoxdur. Həccac İbn Yusif Səqəfinin ən dadlı təam haqqındakı sözlərini xatırlayın. O, Əhli beyt tərəfdarlarını öldürdüyü günü ən gözəl gün hesab edirdi.

 Pak insanlar bir an olsun belə qəlblərinə diqqətsiz olmamış, onu gözəlləşdirməyə çalışmışlar. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurmuşdur: “Günah məstliyindən çəkinin! Günah da şərab kimi məstlik gətirir. Günahın məstliyi bəlkə də şərabın məstliyindən çoxdur. Allah-Taala Qurani-Kərimdə buyurur ki, günahkarlar kar, lal, kordurlar, heç vaxt səadətə doğru dönməzlər!” Zahirən də müşahidə olunur ki, bəzi günahlar insanın bəsirətini əlindən alır, onda məstlik və yersiz qürur yaradır. Amma azca düşündükdə işin fəsadını dərk etmək olar. Günah məstliyi insanın təfəkkür qüdrətini əlindən alır. Bəli, günah məstliyi şərab məstliyindən pisdir. Çünki şərabdan məst olan insan zahiri hiss üzvlərinə hakim ola bilmir və bu hal az sonra ötüb keçir, amma günahın məstliyi insan ruhunun dərinliyinə hopur, fitrəti kor edir. Allah insanın insanlıq məqamından düşməsi, ilahi fitrət simasını itirməsi, məst və düşüncəsiz bir varlığa çevrilməsi ilə nəticələnən günah xəstəliyi haqqında buyurur: “Onların qəlbi var, amma dərk etmirlər. Onların gözü var, amma doğrunu görmürlər. Onların qulağı var, amma həqiqəti eşitmirlər. Onlar eynən dörd ayaqlı kimidirlər, bəlkə daha alçaqdırlar. Daim qəflət və nadanlıq içindədirlər”. (Əraf 179).

 Bəziləri elə düşünürlər ki, gizlində günaha yol versələr, həm ləzzət alacaqlar, həm də şəxsiyyətləri qorunacaq. Amma unudurlar ki, günahın səciyyələrindən biri insanı rüsvay edib hörmətdən salmaqdır. Haram əməlləri nəzərə almayıb günaha yol verən kəs ilahi himayədən məhrum olur, öz başına buraxılır. Günah isə öz sahibini rüsvay edir və cəmiyyət günahkarı barmaqla göstərir. Bəzən insan ailə-övladın razılığını əldə etmək üçün günah yola üz tutur. Bununla da, ailə-övladı razı salmaq üçün Allahın qəzəbini qazanır. Bu işin dünyada da xoşagəlməz nəticələri var. Amma Axirət əzabı daha şiddətlidir. Qiyamətdə insan öz ailə-övladından və yaxınlarından kiçik bir savab istədikdə rədd cavabı alır, yalnız həmin məqamda insan qəflət yuxusundan ayılır və əbədi bir peşmanlıqla təəssüflənir. Həzrəti Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) bu mövzuyla bağlı İbn Məsuda buyurur: “Ailə-övladın səni günaha, harama vadar etməsin. Çünki Allah Qurani-Kərimdə buyurur: (Qiyamətdə) insan üçün nə maldan, nə övladdan bir fayda var. Sağlam qəlblə məhşərə gələn isə başqadır (onun qəlbi imanla doludur)”. Behişt Allah ziyarətinin gerçək və əbədi mərkəzidir.

Allah-Taala öz saleh bəndələrinə vəd etmişdir ki, saleh əməlləri müqabilində onlara behişt adlanan yerdə mükafat verəcəm. İmam Kazim (Ona salam olsun!) atalarından, onlar da Həzrəti Peyğəmbərdən (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) belə nəql edir: “Həqiqətən insan bir günah üçün behişt astanasında bir il gözləyər. Hansı ki, öz həmyaşıdlarını həsrətlə müşahidə edər. (Onlar behiştdə nemətlərdən bəhrələnər)”. Günah hansı bir şəraitdə olursa olsun istənilən adla pislənilmişdir. Ən pisi odur ki, insan ona verilmiş nemətləri onu bəxş edənə qarşı istifadə etsin. Bütün düşüncə sahibləri belə bir əməli məzəmmət etmişlər. Görün Allah insana sağlamlıq, əql, yaddaş kimi necə misilsiz nemətlər vermişdir. Bəli böyük maddi və mənəvi nemətlər sahibi olan insan günaha yol verib Allaha qarşı çıxdıqda ən pis şəkildə rəftar etmiş olur. Bu nöqtəni hər gün özünə xatırladan insan xəcalət çəkib şükür edəsi və təslim olasıdır. Əgər bəsirət gözümüzü açıb varlıq aləminin bir guşəsini nəzərdən keçirə bilsək, çox faydalı və aydın nəticələr əldə edə bilərik. Şeytan cəmi bir günaha yol versə də həmişəlik qovuldu. İnsan düşünməlidir ki, əgər şeytan bir günah səbəbindən həmişəlik qovulubsa, minlərlə günaha düşən insanı nə gözləyir? Bir ibrət götürək: “ İblis yer üzündə 700 min il ibadət etdi. Sonra İsmi Əzəmdən bir ad öyrənmək istədi. Allah onun istəyini qəbul etdi. İblis Allahı neçə min il bu adla çağırdı. Sonra Allahdan dilədi ki, onu torpaqdan səmaya qaldırsın.Yenə duası qəbul edildi. Qeyd olunur ki, çox ibadət etdiyindən səma mələkləri də onun səmaya qaldırılmasını istədilər. İblisin əvvəlki adı Haris idi. Allah ona yaşıl zümrüddən iki qanad verdi, o qədər gücləndirdi ki, yerdən birinci səmaya pərvaz etsin. İblis birinci səmada Allaha 1000 il qüsursuz ibadət etdi. Nəhayət, ona abid adı verilir.  Çox ibadət etdiyindən ikinci səmanın mələkləri ona maraq göstərdi və ikinci səmaya qaldırılmasını dilədilər. Allah iblisi ikinci səmaya qaldırdı. İblis orada 1000 il ibadət etdi və zahid adını qazandı. Sonra İblis üçüncü səmadan istənildi.1000 il də üçüncü səmada ibadət edib saleh adını əldə etdi. Beləcə 1000 il dördüncü səmada ibadəti ilə xaşe, 1000 il ibadəti ilə beşincidə vəliyy, 1000 il altıncıda əzazil adını ibadətlə qazandı. Nəhayət, yeddinci səma əhli onun yuxari qaldırılmasını istədi. İblis yeddinci səmada 1000 il ibadət etdi, səcdədən qalxanda lövhi-məhvuzdan xəbərdar edilməsini istədi. İsrafilə əmr edildi ki, lövhəni ona göstərsin. İblis lövhəyə baxıb orada oxudu: Bəzən bəndə Allaha bir neçə min il ibadət edər, amma bir səcdədən imtinaya görə Haqq dərgahından qovular və əbədi lənətə düçar olar". İblis yenə ibadətlə məşğul oldu və ibadətini artırıb bütün mələklərə müəllimlik məqamına qalxdı. Onun üçün yaqutdan minbər qoyuldu, başının üzərində nurdan bir bayraq bərkidildi. Minbərinin ətrafında sayını Allahdan başqa bilməyən həddə mələk toplandı. İblis onlara moizə edir, elm öyrədirdi. Xüsusi məclislərdə onlara öz fəzilətlərindən danışır, dəlillər gətirirdi. Bir sözlə, bu müddət ərzində mələklər İblisin aqibətindən xəbərsiz oldu. Bəlkə o özü də ibadətindən qürrələnərək hamıdan yuxarıda olduğunu düşünürdü. Ona elə gəlirdi ki, Allah ona bir başqasına itaət əmr etsə düz olmaz. Bu səbəbdən də, uyğun əmrlərə itaət etməmək qərarına gəlmişdi.

 Allah Adəmin gilini töküb onu Məkkədə qoydu. Bir gün İblis mələklərlə birlikdə həmin gilin yanından ötüşərkən onlara dedi: Allah bu gildən bir şəxs yaradacaq. Əgər Allah onu fəzilətli edib itaət əmri versə nə edəcəksiniz? Mələklər dedilər ki, Allahın əmrinə tabe olacaqlar. Amma iblis qəlbində belə qərara gəldi ki, belə bir əmrə itaət etməsin. O gili tökülmüş şəxsi həlak etmək qərarına gəlsə də, bunu mələklərə bildirmədi. Nəhayət, Allah Adəmin fəzilətini mələklərə açıqladı və onlar bildilər ki, göylərdə və yerdə onlara qaranlıq qalan bir çox məsələlər Adəmə məlumdur. Mələklərə əmr olundu ki, Adəmə səcdə qılsınlar. Yəni Adəmin fəziləti etiraf edilsin. Allaha səcdə üçün Kəbə qiblə seçilsin. Çünki Adəm İlahi qüdrət əsəri, Məhəmməd (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) və Əhli beyt (Salam olsun Onlara!) nurunun təcəssümü idi. Allahın bu əmri bir sınaq oldu. Mələklər yubanmadan səcdəyə düşdülər. Amma təkəbbür zənciri ilə buxovlanmış İblis səcdədən imtina etdi. “Pərvərdigara, məni Adəmə səcdə etməkdə üzürlü bil. Bunun əvəzində  Sənə yaxın mələklərin və mürsəl peyğənbərlərinin etmədikləri ibadətləri edərəm.” İblisə xitab olundu: “Ey İblis! Sənin ibadətinə ehtiyacım yoxdur. Mənə ibadət sənin istəyinə yox, mənim istəyimə əsaslanır.” ”  Bu macəradan aydın olur ki, yalnız bir günah insanı həmişəlik məhv edib, Allah dərgahından qovulmuşlar cərgəsinə ata bilər. İmam Rza (Salam olsun Ona!) buyurur: “Allah öz peyğəmbərlərindən birinə belə vəhy etdi: Bəndələrim Mənə itaət edəndə onlardan razı qalıram. Bəndəmdən razı qaldıqda ona bərəkət nazil edirəm. Mənim bərəkətimin sonu yoxdur. Bəndələrim günah edəndə isə onlara qəzəblənirəm. Qəzəbləndiyim vaxt onları lənətləyirəm və mənim lənətim yeddi nəsilə təsir göstərir.”

İlahi! Bizi Öz lənətindən qoru!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: gunel (2 Dekabr 2010 22:51)



Qrup: İstifadəçi
Tarix: 24.11.2010
Allahim bizləri bir anliq belə öz başımıza qoyma.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: hacer (3 Dekabr 2010 16:42)



Qrup: Qonaq
Tarix: --
AMİN!!!!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.