Aktual mövzu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Aktual mövzu
 
 » Sağlamlıq » Psixologiya » Aktual mövzu

     
 
Sağlamlıq » Psixologiya: Aktual mövzu
 
 
Müəllif: Zeyneb | 4 Dekabr 2010 | 13176 dəfə oxunub
http://zeka.az/1195-aktual-mgvzu.html

  Aktual  mövzu

  Hicab  məsələsi...  Aktual  mövzu...  Misir Mərdanovun  sayt,  qəzet, bir  sözlə KİV-nin reytinq  qıran  xəbəri: ”Məktəblərdə  vahid  məktəbli  forması” və s. və i. Misir  müəllimin  bu  xəbərindən  sonra  saytlara  baxarkən  (azadxeber.az)  Bakı  Təhsil  Şöbəsinin  mətbuat  xidmətinin   rəhbəri  Zəminə  Əsədovanın  2011 - ci  ildə hicabın  qadağası  ilə əlaqədar sərəncam  qəbul  olunacağı  xəbərindən  sonra  diqqətimi  cəlb  edən  cümləsini  sizə  olduğu  kimi  yazıram: “Buna  qarşı  çıxış  etmək  hər  bir  vətəndaşın, o  cümlədən  dindarların  haqqıdır.”

Hə...  keçək  əsas  mətləbə –  xanımın  çıxışından  belə  aydın  olur  ki, o da  bilir  və  qeyd  edir: “hər bir vətəndaşın,  o cümlədən dindarların haqqı”.  Demək, vətəndaşın  söz  hüququnu  qəbul  edir, amma  geyim  azadlığını  dırnaq  arasına  alaraq  inanclı  xanımların Allahın  əmr  etdiyi tərzdəki geyimlərini qəbul etmir və bildirir ki,  məktəb  formasına  hicab  və  yaylıq  kimi  heç  bir  istisnalar  və  əlavələrdən  söhbət  gedə  bilməz. Buna  cavab  olaraq – birincisi,  dindar  xanımlar  geyimlərinə  heç  bir  istisna  əlavə  etmir. Dindar  xanımlar  Müstəqil  Azərbaycan  Respublikasında  öz  əqidələrinə  uyğun (maddə 48)  həyat  tərzi  keçirmək hüququna əsaslanırlar.

İkincisi, Zəminə  xanım  “dindarların  əleyhinə  qərar  qəbul  edilib və dindarlar  etiraz  edə bilər” – deyir. Anlamadım,  bu  dindarları  qıcıqlandırmaq  deyilmi? Əminamanlıq  olan  bir  ölkədə  təsəvvür  edin  dindar  bir  atanın  qızı  ağlaya - ağlaya  evə  gəlir  və  atasına:  “Ata  məni  məktəbə  buraxmırlar” – deyir. Ata da internetdə oxuyur  ki, Zəminə  xanım  deyir ki, bəs  etiraz  edin. Bu, sakit  evində  ailəsi  ilə  yaşayan  bir  atanı  özündən  çıxartmaqdan  başqa  bir  şey  deyil. Əgər  unutmasaq ki, biz  azərbaycanlıyıq –  (hər  nə  qədər  Avropaya  inteqrasiya  etsək də) milli  mentalitetə  sadiq bir  kişiyə  arvadın-qızın  belə  geyinsin, başını  açsın  və  s. kimi sözləri söyləmək bu  kişinin  qeyrətinə sığmayacaq! Azərbaycan  kişisi, əgər qeyrəti varsa bu  məsələlərə  çox  diqqətlidir. Onda  Zəminə  xanım, çıxışınız  uğurlu  alınmadı, çünki ölkədə  sabitliyi  pozmaq  istəməniz  Müstəqil Azərbaycanın mənafeyinə uyğun olmadı. İstər mərhum  Ümummilli Liderimizin, istərsə də  prezidentimiz İlham Əliyevin  çıxışlarından da göründüyü  kimi, onların  istəyi  və  amalı  Azərbaycanda  sabitliyin  bərqərar  olunmasıdır.

Nə  deyim, yaşayaq görək! Azərbaycanlılar  hicab  məsələsinə  öz  sözünü  həmişə  deyib  və  deyəcək. Bu  dindarların  məsələsi  deyil, əqidəsindən  asılı  olmayaraq  hər  bir  vətəndaşın  mövzusudur.

Azərbaycan Müəllimlər İnstitutunun 2-ci kurs magistri Zeynalova Zeynəb Adil qızı.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.