11 ay ərzində 73 əsgərimizi itirmişik » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 11 ay ərzində 73 əsgərimizi itirmişik
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 11 ay ərzində 73 əsgərimizi itirmişik

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 11 ay ərzində 73 əsgərimizi itirmişik
 
 
Müəllif: Carchi | 4 Dekabr 2010 | 12106 dəfə oxunub
http://zeka.az/1196-11-ay-jrzindj-73-jsgjrimizi-itirmieik.html

11 ay ərzində 73 əsgərimizi itirmişik

Adı atəşkəsdi. Yəni cəbhədə döyüş əməliyyatları getmir. Amma soydaşlarımız şəhid olur, əsir düşür, doğma torpaqlarının həsrətindən üzülür.

Modern yazır ki, 2010-cu ilin 11 ayında Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda itkilər 73 nəfər təşkil edib. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Döyüş itkiləri 18, qeyri-döyüş itkiləri isə 55 nəfər olub. 12 nəfərin intihar etdiyi, 7 nəfərin xəstəlikdən, 18 nəfərin düşmən gülləsindən, 15 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 1 nəfərin donvurmadan, 17 nəfərin təyyarə və avtomobil qəzalarından, 3 nəfərinsə müəmmalı hal nəticəsində həyatlarını itirdiyi bildirilir.

Verilən məlumata görə, 2010-cu ildə Azərbaycanın 82 hərbi qulluqçusu yaralanıb və ya müxtəlif bədən xəsarətləri alıb. Ötən dövrdə 18 nəfər düşmən gülləsindən, 23 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 2 nəfər mina partlayışından, 39 nəfərsə avtomobil qəzasından yaralanıb və ya xəsarət alıb.

Göstərilən rəqəmlər “Doktrina” Mərkəzinin KİV və EİV üzərində apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Bu rəqəmlərin təkmilləşmiş versiyası yaxın vaxtlarda “Doktrina” mərkəzinin 2010-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərə dair ümumi hesabatında əks olunacaq.

2010-cu ildə Ermənistan ordusunun 44 hərbçini itirdiyi, onlardan yalnız 7-sinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində dünyasını dəyişdiyi bildirilib. Bu rəqəmləri Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts açıqlayıb. HaqqYolu





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.