Məşhur həkimlər haqqında naməlum faktlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Məşhur həkimlər haqqında naməlum faktlar
 
 » Sağlamlıq » Təbabət » Məşhur həkimlər haqqında naməlum faktlar

     
 
Sağlamlıq » Təbabət: Məşhur həkimlər haqqında naməlum faktlar
 
 
Müəllif: Admin | 5 Dekabr 2010 | 13350 dəfə oxunub
http://zeka.az/1200-mjehur-hjkimljr-haqqdnda-namjlum-faktlar.html

 Məşhur həkimlər haqqında naməlum faktlar

Sigmund Freyd – Psixoanalizin banisində çox qəribəliklər vardı. Freyd dəhşətli dərəcədə 62 rəqəmindən qorxurdu. O, 62 və 62-dən çox otaqlı mehmanxanada nömrə sifariş etməyi ehtiyat edirdi. Freyddə musiqi sahəsində heç bir istedad yox idi. O, musiqiyə o qədər nifrət edirdi ki, hətta canlı orkestrlə ifa edən restoranlardan çəkinirdi. Freyd musiqiyə olan nifrəti nəticəsində onun kiçik bacısı pianonu atmağa məcbur olub. Çünki Freyd şərt qoyub: "Mən ya piano". Beləliklə, onun bacısının musiqi karyerası dağıldı. Freyd öz təbiəti üzrə eqoist idi. Həkimliyində də, həmçinin özünə məxsus davranışı var idi. Xəstə uzanan vaxt Freyd arxada otururdu, çünki Freyd insanın gözünə baxmağa qorxurdu.

 Nikolay Sklifosovski – Bütün həyatı boyu o, ölümlə mübarizə aparırdı və demək olar ki, həmişə bu döyüşü də udurdu. Amma şəxsi faciə qarşısında tamamilə gücsüz qaldı. Tək oğlu intihar etdi. Oktyabr inqilabına az qalmış terror təşkilatına daxil olmuş Vladimir Poltava qubernatorunu xilas etmək üçün özünü irəli atdı, hansı ki, o, ölüm hökmünü yerinə yetirməli idi.1919-cu ildə, Sklifosovskinin ölümündən 15 il sonra, kazaklar Nikolay Vasiliyevin böyük qızını və həyat yoldaşını öldürdülər. Sovet hakimiyyətindən məşhur həkimin hətta qəbri də zərər çəkdi. Yalnız 70-ci illərdə abidəni qoydular, bu büstün üzərində məşhur holland həkimi Van Tyulpanın bu sözləri yonulmuşdu: "Başqalarını işıqlandıraraq – özüm yanıram".

Avisenna və ya Əbu Əli Sina – Avisennanın 17 yaşı olanda onun həkim kimi şöhrəti o qədər böyük idi ki, cavan oğlanı xəstələnmiş Buxara əmirini müalicə etməyə dəvət etdilər. Bu barədə eşidənlərin çoxları öz qulaqlarına inanmadılar: "Hətta əgər bu insan sadə insanları yaxşı müalicə edirsə, bu heç nə demək deyil. Sadə insanlarda xəstəlik də sadədir və böyük əmir hökmən hər hansı böyük xəstəliklə əzab çəkməlidir",- deyə şəhər sözgəzdirənləri pıçıldaşırdılar. Hər halda gənc həkimin hərəkətlərinin sayəsində əmir tez bir zamanda sağalmağa doğru yönəldi. Hökmdar Avisennadan öz xidmətləri üçün hansı mükafat istədiyini soruşanda cavan oğlan cavab verdi ki, ona əmirin nadir kitabxanasından istifadə etmək üçün icazədən başqa heç nə lazım deyil. Bir neçə il sonra küçə nizamsızlıqları vaxtı əmirin böyük kitabxanası yandı. Buxara o vaxtlar narahat idi, xalq hakimiyyətdən narazı idi. Amma qəribə olsa da, kitabxananın yanğınında gənc həkimi ittiham etdilər. Danışırdılar ki, Avisenna istəmirdi ki, heç kim qədim kitabları oxusun və onun kimi müdrik olsun.

Teofrast Parasels – Orta əsr həkimi Filipp Aureol Teofrast Bombast fon Qoqenqeym böyük şöhrətpərəstliklə fərqlənirdi. O, özünü böyük şəfa verən və tibbi yaxşı bilən hesab edirdi və sonra özünə Parasels təxəllüsü götürdü, mənası isə "Bərabər Selsu" deməkdir. Parasels öz digər həmkarlarının nüfuzlu saymırdı. O, Avisennanın və Hippokratın əməklərini tapdalayır və bu halda deyirdi: "Mənim ayaqqabılarım tibbi daha yaxşı başa düşür, nəinki bu həkimlər". İlk dəfə Parasels tibb xidmətində kimyanı istifadə etmək fikrinə gəldi və dəmir, qurğuşun və civə (sonuncunu o, müvəffəqiyyətlə siflisin müalicəsi üçün istifadə etdi) preparatlarının köməyi ilə xəstələri müalicə etməyə başladı.

Hippokrat – Tibbin atası piyi istənilən xəstəliyin mənbəyi hesab edirdi. Buna görə ilk növbədə istisnasız bütün xəstələrə aclıq pəhrizini məsləhət gördü və aloye Hippokratın sevimli bitkisi idi. O, ciddi olaraq güman edirdi ki, Hind adası Sokotranı qazanmaqla yerli sakinlərin yetişdirdikləri aloye tarlalarını ələ keçirmək olar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.