Ağlamaq pakların gözəl sifətidir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Ağlamaq pakların gözəl sifətidir
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Ağlamaq pakların gözəl sifətidir

     
 
Elm və mədəniyyət » Hikmətli sözlər: Ağlamaq pakların gözəl sifətidir
 
 
Müəllif: Zaur | 8 Dekabr 2010 | 13876 dəfə oxunub
http://zeka.az/1206-adlamaq-paklardn-ggzjl-sifjtidir.html
Ağlamaq pakların gözəl sifətidir
Ağlamaq, insanın ən kədərli halından xəbər verir. Bəzi rəvayətlərdə ağlamaq, pakların gözəl sifəti sayılsa da, digər rəvayətlərdə tənqid edilmişdir. Bu, insan qəmginliyi və narahatlığından doğan təbii haldır. Ağlamağın səbəbi həyəcan da ola bilər. Məsələn, insan uzun müddət həsrətində olduğu şəxslə görüşərkən ağlayır. Məzhəbi əqidəsinə görə də ağlaya bilər. Bu, təbii və qeyri-iradi hal olduğundan, qarşısını almaq yaxud buna məcbur etmək olmaz. Ağlamağın səbəblərini isə aradan qaldırmaq olar da, olmaz da.
İmam Hüseynə (Ona salam olsun!) ağlamağın mənalarını bilmək üçün yaxşı olar bəzi məqamlara nəzər salaq: 
1. Uşağın ağlamağı: İnsan həyatı ağlamaqla başlayır. Bu, dünyaya gəlmiş körpənin sağlamlığından xəbər verir. Əslində, ağlamaq onun dilidir.
2. Həyəcandan ağlamaq: İllərcə ayrılıqdan sonra övladı ilə görüşən ananın ağlaması. Bu, adətən şadlıqdan doğur.
3. Məhəbbətdən ağlamaq: Məsələn, əsl məhəbbətlə Allaha yaxınlaşmaq üçün tökülən göz yaşları.
4. Qorxudan ağlamaq: Allahın əzəməti qarşısında məsuliyyətlərin dərki insanda qorxu yaradır. Bu, mərifət, Allahı tanımaq və nəfsin paklığından doğur.
5. Peşmançılıqdan ağlamaq: İnsan keçmişdəki səhvlərə görə peşmançılıqdan göz yaşı axıdır. Bu ağlamağın mənası tövbə və Allaha doğru qayıtmaqdır.
6. Məqsədlə ağlamaq: Məsələn, şəhidə ağlamaq şücaət oyadır. İmam Hüseynə (Ona salam olsun!) ağlamaq qəlbdə ona məhəbbət yaradır. Kərbəla hadisəsini eşitməklə insan ağlayarsa, İmam məhəbbətindən xəbər verir.
7.Zəlillik və acizlikdə ağlamaq: Zəif və acizlər istəyə çata bilmədikdə, ağlamaqdan başqa çıxış yolu tapmırlar.
Bu məqamları sizə xatırlatdıqdan sonra görək, İmam Hüseynə (Ona salam olsun!) ağlamaq hansındandır. İmam Hüseynə (Ona salam olsun!) ağlamaq əlbəttə ki, məhəbbətdəndir. Elə məhəbbət ki, o aşiqlərin qəlbindədir. Axı, Kərbəla hadisəsi məhəbbət yaradan hadisədir. Kərbəla qəhrəmanlarının alovlu sözlərini eşitmək, gözlərdən qeyri-ixtiyari yaş axıdır.
İmam Hüseynə (Ona salam olsun!) ağlamaq, acizlik və zəlillik deyil. Bu,izzət və əzəmətdəndir. Odur ki, İmam Hüseynə (Ona salam olsun!) ağlamağın fəziləti haqqında çoxlu rəvayətlər vardır. İmam Sadiq (Ona salam olsun!) buyurur: «Müsibət baş verdikdə, bəndə üçün ağlamaq və səbirsizlik məkruhdur (bəyənilmir). Yalnız Hüseyn ibn Əliyə(Ona salam olsun!) ağlamağın savabı var.»




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: gunel (8 Dekabr 2010 23:03)



Qrup: İstifadəçi
Tarix: 24.11.2010
Allah bizlərə Məhəbbətdən aglamağı nəsib etsin.Gözlərimiz hər zaman Imam Hüseyn üçün aglasın Amin!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.