Ramil Səfərov Azərbaycana salam göndərib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ramil Səfərov Azərbaycana salam göndərib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ramil Səfərov Azərbaycana salam göndərib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ramil Səfərov Azərbaycana salam göndərib
 
 
Müəllif: Carchi | 8 Dekabr 2010 | 12240 dəfə oxunub
http://zeka.az/1207-ramil-sjfjrov-azjrbaycana-salam-ggndjrib.html
Ramil Səfərov Azərbaycana salam göndərib
Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov rəsmi dəvətlə dekabrın 6–7-də Macarıstanda səfərdə olub.
Bu barədə Lent.az-a açıqlama verən İlham Rəhimov deyib ki, Budapeştdə ölkənin bir sıra dövlət və hökumət rəsmiləri ilə maraqlı görüşlər keçirib.
İlham Rəhimovun yadda qalan görüşlərindən biri Macarıstanda həbsdə olan həmyerlimiz Ramil Səfərovla olub. Onun sözlərinə görə, Ramil Səfərov həbsxanada özünü çox ləyaqətli və təmkinli aparır: “Görüş zamanı imkanım oldu ki, həbsxana rəhbərliyi və Ramil Səfərovun dustaq yoldaşları ilə təmasda olum. Bu insanlar Ramilin nümunəvi davranışından, səmimiliyindən razılıqla danışırdılar. O, həbsxanada olduğu vaxtdan da səmərəli istifadə etməyə çalışıb. Macar dilində sərbəst danışa bilir, hazırda ingilis dilini öyrənir, mütəmadi olaraq idmanla məşğul olur. Ramil Azərbaycanda gedən proseslərdən də xəbər tutur, xüsusilə Qarabağla bağlı prosesləri yaxından izləyir. Mən onun çoxlu kitablar mütaliə etdiyinin də şahidi oldum. Mən Ramillə görüşdən böyük məmnunluq duydum. Ramilin ötən 7 ildə sınmamağı, nikbinliyi və məğrurluğu onun ruhən çox güclü olduğunun göstəricisi idi. O deyirdi ki, Azərbaycan xalqı sağ olsun, çətin anlarında onu tək buraxmayıb və bu gün onun yalnız mənəvi dəstəyə ehtiyacı var. Ramillə görüşdə Azərbaycana salamını çatdırmağımı xahiş etdi”.
İlham Rəhimov Budapeştdə rəsmi şəxslərlə görüşündə Ramil Səfərovun Azərbaycana ekstradisiyası barədə də müzakirələr aparıb.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.