Sumqayıtda “Gənclər QİÇS-ə qarşı!” parad-yürüşü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Sumqayıtda “Gənclər QİÇS-ə qarşı!” parad-yürüşü
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Sumqayıtda “Gənclər QİÇS-ə qarşı!” parad-yürüşü

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Sumqayıtda “Gənclər QİÇS-ə qarşı!” parad-yürüşü
 
 
Müəllif: Carchi | 9 Dekabr 2010 | 12346 dəfə oxunub
http://zeka.az/1209-sumqaydtda-vgjncljr-qdgs-j-qaredv-parad-ygrge-kegirilmiedir.html

Sumqayıtda “Gənclər QİÇS-ə qarşı!” parad-yürüş keçirilmişdir

Ümumdünya QİÇS-ə qarşı Mübarizə Gününə və Ümumdünya Könüllülər Gününə həsr edilmiş informasiya kompaniyası çərçivəsində bu gün Sumqayıtda parad-yürüş təşkil edilmişdir. Qızıl Aypara Cəmiyyətinin şəhər təşkilatının təşəbbüsü ilə Sumqayıt gənclər və idman baş idarəsi ilə birlikdə təşkil edilən tədbir “Gənclər QİÇS-ə qarşı!” şüarı altında keçmişdir. Tədbirdə gənclər, idman və İÇV-servis təşkilatlarının nümayəndələri, tələbələr, eləcə də şəhərdəki lisey və məktəblərin şagirdləri iştirak etmişdir.

Döşlərinə QİÇS-ə qarşı mübarizənin rəmzi olan qırmızı lent taxmış parad-yürüşün iştirakçıları əllərində transparantlar, plakatlar, şüarlar tutaraq Sumqayıtın mərkəzi küçələrindən keçmişlər. Aksiya iştirakçıları zəmanəmizin bəlasına çevrilmiş bu xəstəliyin profilaktikasına aid bukletlər, kitabçalar, prospektlər və digər informasiya materialları paylamışlar. Yürüş Sumqayıt sakinlərinin həyat eşqinin və daha yaxşı gələcəyə ümidinin təcəssümü olan “Sülh göyərçini” abidəsinin yanında başa çatmışdır.

Qızıl Aypara Cəmiyyətinin şəhər təşkilatının sədri Mətanət Məhərrəmova AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, bu cür tədbirlər preventiv xarakter daşıyır. Silsilə informasiya-təhsil tədbirlərinin tərkib hissəsi olan bu yürüşün məqsədi ictimaiyyətin diqqətini İÇV/QİÇS və narkomaniya problemlərinə cəlb etmək, əhalini bu barədə daha çox məlumatlandırmaqdır. M.Məhərrəmova vurğulamışdır ki, bu tədbir həmin xəstəliyə qarşı mübarizə probleminin aktuallığını bir daha bəyan etmək, bu mübarizədə həmrəylik nümayiş etdirmək, eləcə də xəstələrə münasibətdə yarana biləcək ayrı-seçkilik faktlarının qarşısını almaq üçün yaxşı fürsətdir.

Yürüş iştirakçıları elə həmin gün Sumqayıtda disput keçirmişlər. Tədbirdə şəhər gənclərinin İÇV-infeksiyaya və QİÇS-ə qarşı mübarizə tədbirlərində iştirakı məsələləri müzakirə edilmişdir. Müzakirələrdə Qızıl Aypara Cəmiyyətinin QİÇS üzrə proqramının əlaqələndiricisi Şaban Şayer, şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov, Sumqayıt səhiyyə şöbəsi müdirinin müavini Səkinə Sadıqova və başqaları iştirak etmişlər. Disput iştirakçıları profilaktik proqramlara ictimai dəstəyin artırılmasının, bu problemin bütün aspektləri barədə məlumat təqdim edilməsinin, xəstəliyə tutulma riskinin yüksək olduğu ictimai yerlərdə nəzarəti gücləndirməyin zəruri olmasını qeyd etmişlər. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.