İslam dinində 40 rəqəminin əhəmiyyəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » İslam dinində 40 rəqəminin əhəmiyyəti
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » İslam dinində 40 rəqəminin əhəmiyyəti

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: İslam dinində 40 rəqəminin əhəmiyyəti
 
 
Müəllif: Zaur | 10 Dekabr 2010 | 13153 dəfə oxunub
http://zeka.az/1210-dslam-dinindj-40-rjqjminin-jhjmiyyjti.html

İslam dinində 40 rəqəminin əhəmiyyəti

İslam dinində rəqəmlər arasında 40 rəqəmi daha  müqəddəs rəqəm hesab edilir. Bunun bir neçə səbəbi var ki, bu barədə alimlər öz nəzərlərini qeyd etmişlər. Aşağıda sizlərə təqdim olunan hadisə və olaylar 40 rəqəminin sirrini ortaya qoyur.

1. Həzrət Adəm (Ona salam olsun!) peyğəmbər Cənnətdən ayrıldıqdan sonra 40 gün ağlayıb. (Biharul-Ənvar kitabı cild 11, səhifə 162)

2. Adəm (Ona salam olsun!) peyğəmbər öz oğlu Habilin ölümündən sonra yenə 40 gün göz yaşı töküb. (Biharul-Ənvar kitabı cild 11, səhifə 44)

3. Nuh (Ona salam olsun!) peyğəmbərin tufanı zamanı 40 gün davamlı olaraq yağış yağıb. (Biharul-Ənvar kitabı cild 11, səhifə 162)

4. Bir çox rəvayətlərdə mömin dünyasını dəyişərkən Yerin 40 gün ağladığı qeyd olunub. (Təfsir Əyyaşi cild 2, səhidə 154)

5. Allah-taala Firona günahlarından tövbə etmək üçün 40 gün möhlət verdi. (İthafus-sadə kitabı, cild 1, səhifə 75)

6. Musa (Ona salam olsun!) peyğəmbər 40 gün Allahla münacat etmək üçün Tur dağına ibadətə gedib. (Əraf surəsi 142-ci ayə)

7. Hədislərdə məscidlərin 40 gün bağlanması 12- ci İmamın (Allah Onun zühurunu tezləşdirsin!) zühurunun nişanəsi kimi qeyd edilir. (Səhifəturrza kitabı səhifə 14)

8. Əksər peyğəmbərlər 40 yaşında peyğəmbərlik məqamına yetişib. (Uyunul-əxbar kitabı cild 2, səhifə 36)

9. Hər bir insan 40 yaşında əqli kamilliyə çatır. (Əvalil-ləali kitabı səh 431)

10. Hər kəs 40 hədis əzbərləyərsə, Allah-Taala qiyamət günü onu alim kimi dəyərləndirər. (Biharul-Ənvar kitabı cild 2, səhifə 253)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (5) Çap et
 
 

     
 
#1 Yazan: amir (10 Dekabr 2010 09:22)



Qrup: İstifadəçi
Tarix: 15.09.2010
Maraqlidir!Ehsen.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: Kerbela (10 Dekabr 2010 11:07)



Qrup: İstifadəçi
Tarix: 10.12.2010
EHSEN. Allah shahiddir ki choxdan gezdiyimi burda tapdim. Burda yenice qeyd olamiqima baxmayaraq burani ozume doqma hesab etdim
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: hacer (10 Dekabr 2010 13:38)



Qrup: Qonaq
Tarix: --
Cox gözel ve maraxlı megale üçün sagolun.
ICQ: --    
 
     
 

     
 
#4 Yazan: müqəlid (10 Dekabr 2010 15:44)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
40 yaş həqiqətən də kamillik yaşıdır
ICQ: --    
 
     
 

     
 
#5 Yazan: gunel (10 Dekabr 2010 16:24)



Qrup: İstifadəçi
Tarix: 24.11.2010
Allah sizden razi olsun gozel meqaleler ucin.Allah bizlerede derk etmeyi nesib etsin.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.