Alimlər yuxudan doymamağın faydalı olduğunu bildirirlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Alimlər yuxudan doymamağın faydalı olduğunu bildirirlər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Alimlər yuxudan doymamağın faydalı olduğunu bildirirlər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Alimlər yuxudan doymamağın faydalı olduğunu bildirirlər
 
 
Müəllif: Carchi | 10 Dekabr 2010 | 12576 dəfə oxunub
http://zeka.az/1211-alimljr-yuxudan-doymamaddn-faydald-oldudunu-bildirirljr.html

Alimlər yuxudan doymamağın faydalı olduğunu bildirirlər

Adətən çətin vəziyyətlərdə deyirlər: yuxu və vaxt ən yaxşı dərmandır. Tokiodakı Milli Nevrologiya və Psixiatriya Mərkəzinin alimləri aşkar etmişlər ki, hərdən yuxudan doymamaq faydalıdır.

Yuxu yaddasaxlama prosesində mühüm rol oynayır. O, informasiyanın kiçik müddətli xatırlanmasının uzunmüddətliyə keçməsi üçün vacibdir. Lakin həyatda bəzi hadisələr baş verir ki, onu xatırlamaq heç də lazım deyildir. Zorakılığa məruz qalmış və yaxud ciddi zədələr almış insanda posttravmatik stress pozuntusu inkişaf edə bilər. Faciəli hadisələrin bir an xatırlanması həyəcanlı qorxu yaradır, insan həmin hadisədən uzun müddət keçdikdən sonra belə daim gərginlik hissi keçirir.

Psixonevroloqların sözlərinə görə, stress vəziyyətlərdə insanın orqanizmində böyük miqdarda kortizol və adrenalin əmələ gəlir. Onlar beyinin baş vermiş hadisənin qavranmasına məsul olan hissəsinə təsir edir. Yaponiya alimləri bununla əlaqədar hesab edirlər ki, yuxudan məhrum olmaq mənfi informasiyanın yaddaşda möhkəmlənməsinə mane ola bilər.

Bu fərziyyəni yoxlamaq məqsədi ilə tədqiqatçılar könüllülər üzərində eksperiment aparmışlar. Könüllülərə avtobusların sakit hərəkətini və yaxud dəhşətli qəzanı əks etdirən videoçarxlar göstərilmişdir. Bundan sonra bəzi könüllülərə yatmaq imkanı verilmiş, digərlərini isə yuxulamağa qoymamışlar. Sonra alimlər yol-nəqliyyat hadisəsi ilə əlaqədar qorxu hissinə dair sınaqdan keçirilənlər üzərində yoxlama aparmışlar. Məlum olmuşdur ki, videoçarxlara baxdıqdan sonra yatmayanlar yoldan qorxmurlar. İkinci qrup könüllərdə isə əks nəticələr alınmışdır.

Tədqiqatın rəhbəri Kenesi Kiruyama demişdir: “Xoşagəlməz hadisədən sonra yuxudan məhrum olunması posttravmatik stress pozuntusunun qarşısını alır. Əldə etdiyimiz məlumatlar yuxusuzluğun rolunu aydınlaşdırmağa və stress pozuntusu ilə yeni mübarizə üsulunun işlənib hazırlanmasına kömək göstərə bilər”. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.