Hər kəs bilməlidir … » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Hər kəs bilməlidir …
 
 » Din » Əxlaq » Hər kəs bilməlidir …

     
 
Din » Əxlaq: Hər kəs bilməlidir …
 
 
Müəllif: Amir | 11 Dekabr 2010 | 13262 dəfə oxunub
http://zeka.az/1212-hjr-kjs-bilmjlidir-v.html

Hər kəs bilməlidir …

Həmd olsun aləmlərin yaradıcısı olan Allaha! O Yaradana ki, “insanı yoxdan yaradıb ona danışmağı öyrətdi “.

Qələmin və dilin öhdəsinə böyük bir məsuliyyət qoydu ki, qələm haqdan başqa bir şey yazmasın, dil də haqdan başqa bir söz danışmasın. “And olsun qələmə və onunla yazdıqlarına ”.

Allahın salam və salavatı əziz peyğəmbərimiz Muhəmməd və onun məsum Əhli beytinə olsun!

Hidayət çırağı

İmam Hüseynin (Ona salam olsun!) məclisində ağlamaq və belə yerlərdə iştirak etmək gözəlliklərə üz tutub yalan, fırıldaq və bütün pisliklərdən uzaq olub onlara tövbə etməkdir. Çünkü bu, haqqı təsdiq, batili isə inkar etməkdir. Əhli-beyt (Onlara salam olsun!) üçün hazırlanan yığıncaqlarda yaxından iştirak etmək, xüsusən Aşura gününü yaşatmaq – ənbiya və Allah dostlarının məclisində olmaq və onda iştirak etmək deməkdir. Belə ki, bütün gözəlliklər İmam Hüseynin (Ona salam olsun!) qiyamında, xüsusən Аşura günündə özünü açıq-aşkar göstərmişdir. Müaviyənin oğlu Yezid və onun tərəfdarları kimi düşmənlər bir neçə saatın içində bütün çirkinlikləri zahir edib göstərdikləri kimi, İmam Hüseyn (Ona salam olsun!)  az vaxtda bütün gözəllikləri nümayiş etdirdi. “Haqq və batil cəhətdən Aşura tarixin açıq-aydın güzgüsüdür!” – desək heç də yanılmamışıq. Bizim olub keçənlərlə və tarixdə baş vermiş hansısa hadisələrlə işimiz yoxdur, öz sözünü deyənlər üç haldan kənar deyildirlər:

1. Cahil; 2. İnadkar; 3. Pulgir.

Birinci dəstədə olanları agah edib oyatmaq olar. Lakin ikinci və üçüncü dəstələrdə olanlar Qurani-Kərimin buyurduğu kimi: "Onlar üçün nəsihət faydasizdir." Elə buna görə də onlarla mübahisə etməkdən pəhriz etmək və onların işini Allaha tapşırmaq lazımdır. Allah tamam dünya müsəlmanlarına və aləmdə olan məzlumlara yardımçı olsun və şər sahiblərinin şərrini özlərinə qaytarsın.

Siz “Nəhcül-Bəlağə” kitabında Həzrət Əliinin (Ona salam olsun!)  buyurduğu "Həmmam" xütbəsinə müraciət etsəniz ən gözəl əxlaq və rəftarları orda görərsiniz. Çox gözəl buyurmuş Allah Rəsulu: “Hüseyndir hidayət çırağı və nicat gəmisi!”

İmam Hüseynin (Ona salam olsun!) məktəbindən ibrətlər

Allahın Rəsulu Həzrət Muhəmməd (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) necə də gözəl buyurmuşdur: “Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir”. İmam Hüseynın adı çəkilən hər yerdə qəlblər nurlanır və insan gələcəyə ümidvar olur, həyatı gözəl görür. Amma Yeziddən, Müaviyədən, Şimr və Ömər Səddən danışılan vaxt insan gələcəyi qaranlıq görür, həyata və məxluqata qarşı bədbin olur. Bu təkcə şiələrin dərk və hiss etdiyi həqiqət deyil, əksinə başqalarına da nəsib olub. Belə ki, müasir dövürdə də biz bunun şahidi oluruq:

“Bir amerikalı qadın Kərbəlada İmam Hüseyn (Ona salam olsun!)  hərəmində ağlayıb, ona təvəssül edir və Allahdan övlad diləyirdi. O qadından "Bu İmamı haradan tanıyırsan?" deyə soruşanda belə cavab verir: “Mən İmamı (Ona salam olsun!)  tanımırdım. Buradakı izdihamı gördüm və adamlardan bu barədə soruşdum. Onlar "İmam Hüseynin (Ona salam olsun!) mübarək qəbridir" – dedilər. Sonra onun məhəbbəti qəlbimə düşdü”. Bizim vəzifəmiz budur ki, hər gecə-gündüz bu şəhid İmam (Ona salam olsun!)  və Kərbəla qəribini yada salaq, onun üçün əzadarlıq məclisləri təşkil edək, can və malımızla İmam Hüseyn (Ona salam olsun!)  və onun əshabını – Qasim, Əli Əkbər, qardaşı Əbəlfəzl, qəhrəman bacısı Zeynəb və bütün əzizlərini yad edib əzizləyək”. Davamlı mənəvi ləzzət məhz bu cür məclislərdən hasil olur. Əgər bir kəs buna inanmaq istəsə, bir dəfə İmamların əzadarlıq məclislərində iştirak etməklə hansı ləzzətin şirin olduğunu dərk edər. Belə isə bu cür məclislər təşkil edək! Çünkü əmniyyət, sülh, qənaətçilik ruhiyyəsi və məhəbbət bu cür məclislərin bəhrələrindəndir.

İmam Hüseyn (Ona salam olsun!)  buyurmuşdur:

“Əgər yer üzündə mənim üçün heç bir sığınacaq və dayaq olmasa yenə də, Yəzidə (Allahın lənəti olsun ona) beyət etmərəm”. Yəni insan gərək həmişə azad olsun və batilə haqq, haqqa da batil deməsin.

İmam Rza (Ona salam olsun!)   buyurub:

“İnsanda üç sifət cəm olmayınca, mömin deyil: Bir sifət və xislət Allahdan, biri Peyğəmbərdən və biri də imamdan. Allahdan olan sifət və xislət sirri gizlətmək, Peyğəmbərdən olan sifət xalqla müdara etmək (xoş rəftarla davranmaq) və İmamdan olan sifət isə səbirdir”.

Yəni Allah yolunda o qədər səbirli olsun ki, İmam Hüseyn (Ona salam olsun!) kimi yeri gələndə, aclıq və susuzluğa da razı olsun, amma zalıma beyət etməsin. Quran buyurur ki, insan öz təamına baxmalıdır ki, görsün yediyi halaldır, yoxsa haram, pakdır yoxsa napak. Çoxlu yeməlilər vardır ki, təkcə insanın orqanizminə ziyan verib xəstələndirmir, hətta öz ziyanlı təsirini onun ruhunda da qoyur. Bəzi yeməklər insanın orqanizminə ziyan vurub onu xəstələndirdiyi kimi, onun ruhunu da xəstələndirir.

Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurmuşdur ki: Hüseyn hidayət çırağıdır. Bu sözü izah etmək istəyirəm: Zülm zülmət yaradar, Aysız gecələr kimi. Bu zülmət gecələrinin çırağı Hüseyndir. İmam Hüseyn (Ona salam olsun!)    bir nurani çıraq kimi xalqa haqq yolunu nişan verir. İmam Hüseyn (Ona salam olsun!) kimi nurani cırağı əldə olan xalqın gecəsi də işıqdır. Orda daha qaranlığın mənası yoxdur. Hüseyn olan ürəkdə zərrəcə qaranlıq tapılmaz. Hüseynin Aşurası da bütün günlərin aynasıdır. Aynaya gündüzlər baxarlar və çırağı gecələr yandırarlar. Əgər istəyirik qaranlıqlar işıq olsun Hüseyn məhəbbəti ilə ürəklərimiz işıqlanmalıdır. Əgər bir kəs istəyir bilsin ki, haqq kimdir, nahaqq kim, Hüseynin Aşurasına baxsın. Görsün Hüseyn nə deyirdi? Yəzid və onun qoşunu nə istəyirdi? Bu sözün cavabını Aşura ayna kimi sənə göstərər və sənin kim olduğunu və kimin tərəfdarı olduğunu deyər. İmam Hüseyn qoymadı tarix bir kəsə qaranlıq qalsın. Kərbəlada Allahı istəyənlər İmam Hüseyn sırasında, şeytan və dünyanı istəyənlər isə Yəzidin sırasında idi. Mənə de görüm tarixin harası qaranlıqdır? Bəlkə sənin öz ürəyin qaranlıqdır?! Quran və İslam tarixi günəşdən işıqlı və sudan safdır. O kəslərin ki, tarixdə eybi var, bu söz ilə (qaranlıq deməklə) İslam və müsəlmanların tarixini gözdən salmaq istəyirlər. İslam dininə, Qurana, müsəlmanlara bundan da böyük zülm və bundan da böyük xəyanət yoxdur. “Yalnız Quran” – deyənlərin sözünün mənası budur ki, Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) qəbul etmirik. Halbuki Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) sözləri də Quranda buyurulduğuna görə, vəhy və Allah sözüdür. “Qurandan başqa heç bir şeyi qəbul etmirik”   – deyənlərin sözü şeytan sözüdür. Halbuki, bütün müsəlmanlar Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) hədislərini də Quran kimi qəbul ediblər. Müsəlman olan necə deyə bilər ki, Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) hədislərini qəbul etmirəm mənə Qurandan de? Məgər Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) Quranın ziddinə danışırdımı ki, bu gün sən deyəsən mənə hədis demə, Qurandan de. İlahi! İmam Hüseyn məhəbbətini qəlbimizdə çoxalt! Bu dünyada ziyarətini, axirətdə isə şəfaətini onu istəyənlərə nəsib elə! Allah bir neçə gözəllik verib ki, onlardan biri təbiət gözəlliyi, səs gözəlliyi və məzhəb gözəlliyidir. Allah Azərbaycanı gözəl yaratdı və gözəllər gözəli İmam Hüseynin (Ona salam olsun!) məhəbbətinidən də bizlərə pay verdi. Bu söz bir həqiqətdir və heç kəsə gizli deyil: Azəri dilimizdəki mərsiyələr və  nohələr başqa dillərdə yoxdur! Bu etiqad və bu Hüseyncilikdir ki, Azərbaycana bu qədər gözəllik verib.

Azərbaycan dedikdə İmam Hüseyn yada düşür. Yəni İmam Hüseyndən başqa sədaqətdə, məhəbbətdə, insaniyyətdə və s. kim Allaha bəndəçilik edə bilər? Eləcə də İmam Hüseyndən başqa Allah yolunda öz cavanlarından, südəmər balasından kim keçə bilər? Bu Hüseynə azərbaycanlılar hamıdan gözəl ağlar. Həqiqətən heç kəsə gizli deyil Qafqaz, xüsusən Azərbaycan qəhrəmanlar və igidlər diyarıdır. Əhli beyt aşiqlərinin əksəriyyəti azərbaycanlıdır. O cümlədən, Füzuli, Fazil Dərbəndi və s. Onların mərsiyələri kimi şirin mərsiyə hələ yazılmayıb. Rus imperiyası yetmiş illik təzyiqlər nəticəsində azərbaycanlılara Hüseyn məhəbbətini unutdura bilmədi və eləcə də keçirilən matəmlərin qarşısının alınmasında aciz qaldı. Onlar gizli olsa da belə İmam Hüseyn  (Ona salam olsun!)  üçün əza mərasimləri saxladılar. Qafqaz əhlinə, xüsusilə də Azərbaycan xalqına olunan zülmlər, təzyiqlər (sürgünlər, zindanlar, dənizə atmalar) əgər başqa bir xalqa olsaydı, öz adını yaddan çıxardardı, nəinki dinini və məzhəbini. 70 il az deyil. Bu müddətdə din, iman saxlamaq çox çətindir. Ancaq bu fəxr, iftixar azərbaycanlılara nəsib oldu. Dini qoruyub körpə balalarına çatdırdılar. Allah! Bütün müsəlmanları, xüsusilə azərbaycanlıları hifz elə! Öz bərəkətini yerdən, göydən Azərbaycan xalqına və Azərbaycan torpağına yağdır! Amin ya Rəbbəl aləmin.

Məlumatdan istifadə etdik də istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: hacer (14 Dekabr 2010 18:45)



Qrup: Qonaq
Tarix: --
"Mənə de görüm tarixin harası qaranlıqdır? Bəlkə sənin öz ürəyin qaranlıqdır?! Quran və İslam tarixi günəşdən işıqlı və sudan safdır." bu cümlelere necede yerinde ve doğrudur.Allah Hüseyn mehebbetini üreklerimizden eksik elemesin.Amin!!!!
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: arzum_yuxum (12 Mart 2011 15:57)



Qrup: İstifadəçi
Tarix: 10.03.2011
cox maraqlidir.. smile
ICQ: a    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.