Mir Səlim babanın məktubu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Mir Səlim babanın məktubu
 
 » Din » Əxlaq » Mir Səlim babanın məktubu

     
 
Din » Əxlaq: Mir Səlim babanın məktubu
 
 
Müəllif: mirxanim | 13 Dekabr 2010 | 12333 dəfə oxunub
http://zeka.az/1216-mirsjlim-babanin-ans-j-mjktubu.html

 

 

Mir Səlim babanın məktubu

Salam mənim balalarım! Qarşıdan yeni il gəlir, sizin yeni iliniz bərəkətli və uğurlu olsun! Mənim 95 yaşım var, bu məktubu nəvəmə yazdırmışam, çünki ozüm bu əlifbanı bilmirəm. Deməyin savadsızam, savadım var, ancaq bu 95 illik ömrümdə bir neçə əlifba və dil öyrənmişəm. Birinci öyrəndiyim əski əlifba və ərəb dili olub. O vaxtlar hamı bu əlifbada yazırdı. Sonra indikinə oxşayan bir əlifbada yazdılar. Elə deyəsən ona da latın əlifbası deyirdilər. Mən elə istəyirdim ki, onu öyrənəm, bir də gördüm onu da dəyişdirdilər. Ondan sonrakını bir az gözlədim, dedim bəlkə yenə dəyişərlər. Burdan da vurdu müharibə başladı məni də apardılar. O əlifbanı və rus dilini də orda öyrəndim. İndi sinnimin bu vaxdında bunu da öyrənərəm, bir az gözləyirəm - deyirəm birdən bunu da dəyişərlər, bu qoca yaşımda zəhmətim hədər gedər. Hə balalarım, keçək əsas məsələyə: keçən axşam bu nəvəm məni çağırdı və dedi: Ay baba, Misir Mərdan danışır. Mən də gəlib oturdum. Nəvələrimə demişəm ki, mənim indi xala-bacı verilişlərinə baxan vaxtım deyil, ancaq böyük adamlar danışanda məni çağırarsız (televizor önünə). Bu vaxtı qulağa taxanımın bataryası da zəiflədi, başladım çətin eşitməyə. Dedim görəsən əlifbadan danışacaq?! Gördüm yox, tez-tez deyir: Azərbaycan dünyavidir. Soruşdum: Ay bala, Azərbaycan niyə dünyayla vidalaşır, məgər ərmənilər hücuma keçib? Necə olur ki, axı mənim Mübariz nəvəm bir neçə ay bundan qabaq ərmənilərin burnunu ovub, ardından da Əhməd və Fərid balalarım onlara bir dərs verdilər ki, qorxusundan Sarkisyan hərbi paltar geyib ərmənilərə ruh vermək üçün yalançı hərbi monevirlərə başladılar. Güya onlar da döyüşəcəklər, biz də onlardan qorxacayıq. Nəvəm dedi: Yox baba o deyil, onu demir, deyir: Dünyavidir, yəni dünyadandır.

 - Hə balam, düz deyir biz də dünyanın bir hissəsiyik. Bir qulaq verdim gördüm məktəbdən danışır, geyimdən danışır. Dedim: Ay bala, siz məktəbə geyimsiz gedirsiz? Bu ANS-in işindən heç baş açmaq olmur, bəzən yarım geyinmiş adamları, bəzən də kişi paltarının yerinə qadin paltarı geyinənləri göstərir, yəqin Misir Mərdan buna irad tutur. Nəvəm dedi: Yox ay baba, onu da demir.

    - Axı ay bala, bəs nə deyir?

  - Məktəblilərin geyimindən danışır.

 Dedim: Axı ay bala, məktəblilər nə geyiniblər ki, bu gecə vaxtı Misir Mərdanı televizora çıxmağa məcbur edib. Nəvəm mənə tam məsələnin nə yerdə olduğunu deyəndə ayaqlarım yerə yapışdı. Azərbaycan dünyavidir demək başqaymış. Bzim balalarımızı bunların soyundurmaq niyyəti varmış,  geyindirmək deyil. Mən təkcə bu « dünyavidir » sözünü başa düşmədim. Əgər biz dünyaviyiksə, bu dünyada yaşayan 2 milyarda yaxın müsəlmanların, qadın və qızlarının geyimi olan baş örtüyü məgər dünyavi geyim deyil?! Axirətdə qadınla kişinin geyimi az fərqlənir, sadə bir ağ geyimdə gedirlər. Bir məsələ də məni maraqlandırdı -  nəvəm deyir: indi kompüter və internet deyirlər, belə burda yazırsan orda hamı oxuyur, hə adına Saytdı- nədi deyirlər belə bir şeylər də var. Dedim ay bala sən bir o saytların birinə yaz, birdəm bu verlişə bir əcnəbi-zad baxar və bizim müsəlman olduğumuzu bilməz. Yaz ay bala, ulu öndərimiz rəhmətlik Heydər Əlirıza oğlu Əliyev olub, adında, atasının adında və soyadında bütün gözəl adları özündə cəmləyib. O, dünyadan köçəndə müsəlman adət ənənələri ilə dəfn edildi, indi də qəbrini ziyarət edirik. O ki, qaldı Misir müəllimə deyiləcək sözümə: Biz inanclı müsəlmanıq və hər bir müsəlman qadınının və qızının məxsusi geyimi var. Bu geyim müsəlmanların səmavi kitabı olan Qurani Kərimdə Allah tərəfindən əmr edilib və peyğəmbərimiz Allahın əmrinə itaət edərək bu geyimə riayət etməyi buyurub. Heç kim elm, iman və təqvada İslam peyğəmbərinə çata bilməz və Allahın qoyduğu qanunları dəyişə bilməz!!!
 

                                          Hörmətlə: Mirsəlim baba, Lerik Rayonu.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (14 Dekabr 2010 18:06)



Qrup: Qonaq
Tarix: --
cox gözel bir megaledir.oxuyanda göz yaşlarımı zor tuttum...
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 4
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.