Hər gün Aşura, hər yer Kərbəla, hər ay Məhərrəm » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Hər gün Aşura, hər yer Kərbəla, hər ay Məhərrəm
 
 » Xəbərlər » Əlamətdar günlər » Hər gün Aşura, hər yer Kərbəla, hər ay Məhərrəm

     
 
Xəbərlər » Əlamətdar günlər: Hər gün Aşura, hər yer Kərbəla, hər ay Məhərrəm
 
 
Müəllif: Zehra | 4 Oktyabr 2016 | 14145 dəfə oxunub
http://zeka.az/1219-hjr-ggn-aeura-hjr-yer-kjrbjla-hjr-ay-mjhjrrjm.html

Aşura inqilabının nəticələri

Hüseynin inqilabı İslam cəmiyyətinə böyük təsir və nəticələr bağışladı. İndi həmin nəticələrin bir neçəsini nümunə üçün qeyd edib araşdıracağıq:

Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı, həmçinin, Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq, cürbəcür üsullardan (məsələn, yalançı hədis düzəltmək, şair və tarixçiləri özlərinə cəlb etmək, Cəbriyyə kimi məzhəbləri yaymaq) istifadə etdikləri üçün Hüseynin inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə qeyd etmək lazımdır ki, Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini, arvad-uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid özünə camaatın nifrətini qazandı. Belə ki, həmin dövrün şəxsiyyətlərindən biri deyir: “Camaat hamı bir nəfər kimi Yezidi lənətləyib söydü və ona eyb tutub ondan üz döndərdi.”

Yezid qələbəsinin əvvəlində şad və qürurlu görünməsinə baxmayaraq camaatın etirazı nəticəsində bu şadlığı itirib. Yezid Hüseyni öldürməkdən peşiman oldu. Yezid dedi: «Mən Hüseynin öldürülməsinə razı deyildim...». O deyirdi: “Kaş əziyyətə qatlaşıb Hüseyni öz evimə gətirəydim, İslam Peyğəmbərinə xatir və Hüseynin ona olan qohumluğu hörmətinə hökuməti ona təhvil verəydim. Yezid əvvəl Əhli-beyt əsirləri ilə kobud rəftar etmiş və onların xaraba bir evdə saxlanılmasına əmr vermişdi. Ancaq camaatın etirazı nəticəsində çox çəkmədi ki, onlarla mülayim davranmağa başladı, yerlərini dəyişərək dedi: “İstəyirsinizsə, sizi Mədinəyə göndərim.” Yezid Aşura hadisəsindən sonra cəmi 4 il yaşadı və ən rəzil ölümlə cəhənnəmə vasil oldu. Tarix ibrət dərsidir, Hüseynlə düşmənçiliyə qalxanlar Yezid, İbn Ziyad, Ömər ibn Səd və Şimr Zilcoşənin başına gələnlərdən dərs almasalar inşaallah onların aqibətindən daha betərini yaşayacaqlar.

Salam olsun Sənə ya Hüseyn!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: resadet (15 Dekabr 2010 11:47)



Qrup: İstifadəçi
Tarix: 14.12.2010
SALAM ALEYKUM VE REXMETULLAHI VE BEREKETU COX TESUF KI AZERBAYCANDA COX ADAM BASA DUSMUR
ICQ: subay    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.