Ərdoğanın Aşuraya dair çıxışı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ərdoğanın Aşuraya dair çıxışı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ərdoğanın Aşuraya dair çıxışı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ərdoğanın Aşuraya dair çıxışı
 
 
Müəllif: Carchi | 17 Dekabr 2010 | 12498 dəfə oxunub
http://zeka.az/1221-zhrdodandn-aeuraya-dair-gdxded.html

Ərdoğanın Aşuraya dair çıxışı 

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Halkalıdakı Aşura meydanında şiələrin təşkil etdiyi matəm mərasimində çıxış edib

Zeka.az-ın NTV telekanalına istinadən verdiyi məlumata görə, Ərdoğan Həzrət Hüseynin (Ona salam olsun!) şəhid olunmasından danışıb. Bu hadisə İslam tarixində yaşanan ən acılı-ağrılı hadisələrdəndir.

Ərdoğan daha sonrakı çıxışnda bildirib ki, bu böyük matəm günündə başda İmam Hüseyn (Ona salam olsun!)  olmaqla Kərbəlada şəhid olan bütün Əhli beyti rəhmətlə xatırlayıram.

- Həzrəti Peyğəmbər, "Əhli beytindən ən çox kimi sevirsiniz" sualına heç düşünmədən Həsən və Hüseyni (Onlara salam olsun!) deyə cavab vermiş və sonra buyurmuşdur ki, "Hüseyn (Ona salam olsun!) məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevən Allahı sevər, Allahı sevən Hüseyni sevər."

- "Həzrət Hüseyn bundan 1300 il əvvəl bu gün tarixin ən böyük qırğını olan Kərbəlada ailəsi ilə birlikdə şəhid edilib.

- O gündən bəri şübhəsiz ürəyimiz yanır, ciyərimiz qan ağlayır. O gündən bəri dualarımız, mərsiyələrimiz ərşi inlədir. O gündən bəri yer üzünün, göydə mələklərin ağladığını bilirik. Həzrət Hüseynin (Ona salam olsun!) şəhidliyi ölüm deyil, dirilikdir. Vida deyil, qovuşmaqdır. Bir son deyil, başlanğıcdır. Ərşin gözyaşı tökdüyü o mübarək insanın şəhidliyi, qardaşlığın vəsiləsidir. Kim ki, Kərbəla faciəsini insanlığın bölünməsi üçün istismar etməyə qalxsa bilin ki, Həzrəti Hüseynin (Ona salam olsun!) əziz xatirəsinə haqsızlıq etmişdir. Biz 1300 ildir Kərbalanın ağrısını yalnız Məhərrəm ayının 1-da deyil, hər vaxt ürəyimizdə daşıyırıq."





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (17 Dekabr 2010 16:52)



Qrup: Qonaq
Tarix: --
Bu Allahın Missioneri Erdoğan ne anlar Aşureden sadda.Milletden oy almax üçün yalandan yazılanı oxuyur de.Secimlere az galıp deye.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.