Alimlər hidrogen buraxmağa qadir dəniz mikroorqanizmini aşkar etmişlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Alimlər hidrogen buraxmağa qadir dəniz mikroorqanizmini aşkar etmişlər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Alimlər hidrogen buraxmağa qadir dəniz mikroorqanizmini aşkar etmişlər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Alimlər hidrogen buraxmağa qadir dəniz mikroorqanizmini aşkar etmişlər
 
 
Müəllif: Carchi | 17 Dekabr 2010 | 12492 dəfə oxunub
http://zeka.az/1223-alimljr-hidrogen-buraxmada-qadir-djniz-mikroorqanizmini-aekar-etmieljr.html

Alimlər hidrogen buraxmağa qadir dəniz mikroorqanizmini aşkar etmişlər

Alimlər hidrogen buraxmağa qadir olan dəniz mikroorqanizmini aşkar etmişlər. Bundan hidrogen energetikası üçün ucuz yanacaq əldə olunmasında istifadə etmək mümkündür.

“Nature Communications” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, mikroorqanizmin əsas xüsusiyyəti qaz mühitində oksigen olduqda hidrogen buraxa bilər. Xatırladaq ki, alimlər çoxdandır ki, mikroorqanizmlərin köməyi ilə biogen yolla hidrogenin alınması üzərində işləyirlər. Lakin bütün tədqiqatlar bu məqsəd üçün oksigensiz atmosferin olmasını tələb edir və üsul çox baha başa gəlir.

Qeyd edək ki, dünya okeanı sularının yuxarı qatında yaşayan fitoplankonun komponenti olan “Cyanothece 51142” sianobakteriyası 1993-cü ildə ABŞ-ın Texas ştatı sahillərində aşkar edilmişdir. Sent-Lyuisdəki Vaşinqton Universitetinin alimi Himadri Pakrasinin başçılıq etdiyi mütəxəssislər qrupu belə nəticəyə gəlmişdir ki, bu mikroorqanizm iki iş rejiminə – gündüz və gecə rejimlərinə malikdir. Gündüz mikroorqanizm CO2-ni udaraq Günəşin şüaları altında enerji istehsal edir, hidrogenin yaranması prosesi isə gecə rejimində baş verir. Alimlərin hesablamalarına görə, həmin bakteriyaların olduğu 1 litr sudan 48 saat müddətində təxminən 1 litr hidrogen almaq mümkündür. Azər Tac





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Nicat (21 Dekabr 2010 08:34)



Qrup: İstifadəçi
Tarix: 11.07.2009
Mikrobun əsiri olan insan canın mikrobdan qurtara bilər, amma insana əsir düşən mikrob çətin ki, canın insanın əlindən qurtara. Yazıq mikrob!..
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.