10 minədək eksponat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » 10 minədək eksponat
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » 10 minədək eksponat

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: 10 minədək eksponat
 
 
Müəllif: Zehra | 17 Dekabr 2010 | 12439 dəfə oxunub
http://zeka.az/1224-10-minjdjk-eksponat.html

10 minədək eksponat

Lahıc orta məktəbinin tarix-diyarşünaslıq müzeyində 10 minədək eksponat saxlanılır

2 min ilədək tarixi olan, ecazkar flora və faunisi ilə diqqəti cəlb edən İsmayıllı rayonunun Lahıc qəsəbəsi qədim məscidləri, sənətkarlıq emalatxanaları, daş döşəməli küçələri, körpü və hamamları, yeraltı su və kanalizasiya şəbəkələri ilə nəinki yerli, xarici turistləri belə heyrətə gətirir. Təsadüfi deyildir ki, bu gün Lahıc orta məktəbində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyində toplanan 10 minədək eksponat buraya gələn hər kəsdə kəndin zəngin tarixi barədə müfəssəl bilgilər əldə etməyə imkan verir. Muzeydəki yüzlərlə qədim sənətkarlıq nümunələri, XV əsrdə saxsı borularla çəkilmiş yeraltı su kəməri barədə məlumatlar, sakinlərin vaxtilə əsas məşğuliyyəti olan heyvandarlıq, sənətkarlıq və ticarət həyatı ilə bağlı maddi-mədəniyyət nümunələri və s. burada yaşayan insanların həyat tərzi, məşğuliyyəti barədə ətraflı təsəvvür yaradır.

Qeyd edək ki, vaxtilə Lahıcda 14 silah emalatxanası olmuşdur. XIX əsrdə Qafqazdakı rus ordusu məhz burada istehsal olunan toplarla təchiz olunurdu. Hazırda Azərbaycan tarix muzeyində saxlanan, XIX əsrdə istehsal edilmiş “Zanbro” (lahıccadan tərcüməsi “Vur getsin” deməkdir) adlandırılan top da məhz Lahıcda hazırlanmışdır.

Məktəbin tarix-diyarşünaslıq muzeyində Lahıcın görkəmli adamları barədə də məlumatlar toplanmışdır. Onlardan biri çar Rusiyası dövründə II Dövlət Dumasının üzvü, xeyriyyəçi Hacı Ağadadaş Haqverdiyevdir. Onun misdən hazırlanmış, üzərində əski Azərbaycan əlifbası və ərəb dillərində yazısı olan şəxsi möhrü muzeyin ən qiymətli eksponatlarından sayılır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.