Doktoranturaya qəbul planı dəyişə bilər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Doktoranturaya qəbul planı dəyişə bilər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Doktoranturaya qəbul planı dəyişə bilər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Doktoranturaya qəbul planı dəyişə bilər
 
 
Müəllif: Admin | 18 Dekabr 2010 | 13248 dəfə oxunub
http://zeka.az/1225-doktoranturaya-qjbul-pland-djyiej-biljr.html
Doktoranturaya qəbul planı dəyişə bilər
İllik təhsil haqqı isə hələ müəyyən deyil
Nazirlər Kabinetinin təsdiqlədiyi "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı"nda adı göstərilən təhsil müəssisələrinin qəbul planının təqdim edilmə prosesinə dekabrın 20-dən start verilir.
AMEA vitse-prezidenti Arif Həşimov APA-ya bildirib ki, həmin təhsil müəssisələri fəlsəfə, elmlər doktoru dərəcələri, dissertantura, qiyabi və əyani şöbələr üzrə qəbul planlarını təqdim etməlidir. Qəbul planları AMEA və Təhsil Nazirliyi rəy verdikdən sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Daha sonra isə Nazirlər Kabineti qəbul planını təsdiqləyərək qəbul haqqında elan verəcək.
A.Həşimov deyib ki, "Doktoranturaya qəbul aparılması qaydaları"na görə, doktoranturaya qəbul prosesi plan təsdiqləndikdən və qəbul elanını açıqladıqdan bir ay sonra olmalıdır: "Bu proseslərin hamısı gələn ilin yanvar ayında olarsa, onda qəbul haqqında elan, yəqin ki, fevraldan tez verilməyəcək".
AMEA rəsmisi deyib ki, əgər qəbul 2011-ci ildə keçirilərsə, onda doktoranturaya qəbul 2011-2012-ci tədris ili üzrə olacaq.
A.Həşimovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il doktoranturaya qəbul planı tamamilə dəyişilə bilər: "Çünki indi fəlsəfə, elmlər doktoru üzrə qəbul aparılacaq. Gərək baxaq ki, təhsil müəssisələri fəlsəfə və elmlər doktoru üzrə nə qədər plan yeri istəyəcəklər. Adətən elmlər doktoru üzrə bizdə təhsil yalnız dissertantlıq yolu ilə olurdu. İndi isə bu, doktorantura yolu ilə olacaq. Buna görə də baxaq görək, bunu istəyən olacaq, ya olmayacaq, dissertantlıq planları nə qədər veriləcək? Bundan əlavə, bu il ödənişli ixtisaslar üzrə də qəbul aparılacaq. Bunlar hamısı yenilikdir".
A.Həşimov deyib ki, xarici vətəndaşlar bu pillədə ödənişli təhsil alır. Amma bu il Azərbaycan vətəndaşları üçün doktoranturaya ödənişli ixtisaslar üzrə ilk dəfə qəbul aparılacaq. Buna baxmayaraq, ödənişli ixtisaslar üzrə illik təhsil haqqının nə qədər olacağı hələ müəyyənləşməyib:
"Bu məsələ açıq qalıb. Amma birinci, baxmaq lazımdır görək, bu il ödənişli ixtisaslar üzrə yer verən olacaqmı? İnanmıram ki, bu il ödənişli ixtisaslar üzrə yer verən olsun. Çünki buna hələ hazır deyillər". A. Həşimov onu da əlavə edib ki, ödənişli ixtisaslar üzrə qəbulun aparılması üçün təhsil müəssisələrinə məhdudiyyət qoyulmayıb.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.