Ermənilər şokda » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ermənilər şokda
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ermənilər şokda

     
   
 
Müəllif: Zehra | 20 Dekabr 2010 | 12452 dəfə oxunub
http://zeka.az/1228-ermjniljr-eokda.html
Ermənilər şokda
Ötən həftə Ermənistanda maraqlı etiraz aksiyası olub. İrəvanın mərkəzi meydanlarından birinə toplaşan ermənilər Britaniya ensiklopediyasında Ermənistan barədə yer alan məlumatlardan “şoka düşdüklərini” ifadə ediblər və nəşrin həmin məlumatları dərhal dəyişməsini tələb ediblər. Bəs erməniləri bu cür “şoka salan” məlumatlar nədən ibarətdir? Məlum olur ki, Britaniya ensiklopediyası Ermənistan barədə tanıtım xarakterli məlumatlarda bu ölkədə əsas dilin erməni və Azərbaycan dilləri olduğu, əsas dinlərin isə pravoslav və islam (şiə məzhəbi) sayıldığını göstərib.
Söhbət bir neçə aydır İrəvanın kitab mağazalarında satılan və Britaniyada “Macmillan children’s books” nəşriyyatının 2009-cu ildə rus dilinə tərcümə edilmiş coğrafiya ensiklopediyasından gedir. Kitabda erməniləri həmçinin Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan arasında olması barədə yazılanlar qəzəbləndirib. Bir qayda olaraq rəsmi İrəvan münaqişəni Qarabağ və Azərbaycan arasında münaqişə kimi təqdim edir.
Ermənilərin fikrincə, həmçinin Qarabağ-Azərbaycan münaqişəsi çox səhv əks etdirilib. Kitabda yazılıb ki, 1988-89-cu illərdə Ermənistanla Azərbaycan arasında Qarabağın statusu səbəbindən silahlı qarşıdurma baş verib. Həmçinin Qarabağ Azərbaycanın tarixi ərazisi kimi göstərilib. İrəvan küçələrinə çıxan ermənilər bir ağızdan bildiriblər ki, kitabda Qarabağ və Ermənistan barədə bu cür fikirlərin yer alması “istənilən ermənini dəhşətə salır”.
Aksiyanın əlaqələndiricisi, jurnalist Ani Qasparyan deyib ki, kitabın Ermənistana aid səhifəsi hər bir ermənini dəhşətə gətirər: “Təsəvvür edin ki, Ermənistana aid bölmədə ölkədə əsas dillərin Azərbaycan və erməni dilləri olduğu göstərilir, əsas dinlərin isə - pravoslav və İslam olduğu deyilib. Həm də İslamın şiə məzhəbi. Biz tələb edirik ki, ensiklopediyadan bu saxta məlumatlar dərhal çıxarılsın”. 
Yürüş iştirakçıları Britaniyanın İrəvandakı səfirliyi qarşısına hərəkət ediblər və kitabda yazılanların dəyişdirilməsi barədə tələbi çatdırıblar. Həmçinin məsələyə Ermənistan hökuməti də qarışıb və Britaniya səfirliyindən kitabla bağlı izahat istənilib. Məlum olub ki, kitabın ingilis və rus redaksiyalarına sözügedən faktların çıxarılması barədə məktub göndərilsə də ensiklopediyanın Britaniya versiyasının baş redaksiyası ermənilərin tələblərini qəbul etməkdən imtina edib. Rus redaksiyası isə məsələyə baxacaqlarını bildirib.
Bir qayda olaraq malik olduqları güclü lobbi sayəsində xarici nəşrlərdə saxta faktlar yaymağa adət etmiş ermənilərin Britaniya coğrafi ensiklopediyasında yer almış bu faktlardan şoka düşdüyünü anlamaq çətin deyil. Çünki həmin faktlar əslində həqiqətdir və həqiqətlərin birdən-birə bu cür çılpaq şəkildə Britaniya nəşrində yer alması və İrəvanda kitab mağazalarının vitrinlərinə çıxması, şübhəsiz ki, Ermənistan barədə saxta tarixə zərbədir. Bəlkə Britaniya ensiklopediyası Ermənistanda əhalinin əsasən iki dildə - erməni və Azərbaycan dillərində danışdığını, yaxud İslamın bu ölkədə əsas dinlərdən biri olduğunu göstərməklə səhvə yol verib?
Bu tanıtım bugünkü Ermənistan üçün, şübhəsiz ki, uyğun gəlmir.
Çünki Ermənistan işğalçılıq və etnik təmizləmədə xeyli irəli gedib, artıq 20 ildən çoxdur ancaq ermənilərin yaşadığı monoetnik dövlətə çevrilib. Xristianlıq bu ölkədə faktiki olaraq tək dindir və İslam dininin izləri Ermənistandan demək olar ki, silinib.
Lakin çox da uzaq olmayan 20-22 il əvvələ qədər vəziyyət belə deyildi və Ermənistan əhalisinin həqiqətən mühüm hissəsi İslam dininə bağlı olan azərbaycanlılardan ibarət idi. 1988-ci ilə qədər Ermənistanda yüz minlərlə azərbaycanlının yaşadığı görünür ermənilərin “yadlarından çıxıb”. Hansı ki, Ermənistanın 22 rayonunun ərazisində yaşayan 200 mindən çox azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı oldu və öz tarixi vətənlərindən didərgin düşdü. Lakin Ermənistandan azərbaycanlıların təmizlənməsi təkcə bununla yekunlaşmır. Görünür, ermənilərə xatırlatmaq lazım gəlir ki, vaxtilə indi Ermənistan adlanan ərazidə ermənilər ümumiyyətlə, etnik azlıq təşkil edirdi. Bu tarixi həqiqət elə milliyyətcə erməni olan amerikalı tarixçi Corc Burnutyanın tədqiqatında da yer alır. “XIX əsrin birinci rübündə İrəvan xanlığı Şərqi Ermənistanın əksərini, təqribən 7 min kvadrat mil ərazini əhatə etmişdir. Bu ərazi böyük dərəcədə dağlı və quraq idi; 100 min nəfərdən ibarət olan əhalisinin 80%-inə yaxın müsəlmanlar (farslar, azərbaycanlılar, kürdlər), 20%-ini isə məsihilər (ermənilər) təşkil edirdilər”, - deyə Burnutyan yazır. 
Britaniya ensiklopediyasında yazılanlardan şoka düşən ermənilərə görünür müxtəlif ensiklopedik mənbələrdə yer alan bu faktları da xatırlatmaq lazım gəlir: 1828-ci ildən başlayıb 1988-1989-cu illərdə başa çatan etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qalıb. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı olub. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirilib. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kv.km ərazisi erməni qəsbkarları tərəfindən zəbt edilib. Elə erməni tarixçisi Leonun yazdığına görə, Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 kv.km olub ki, bu da ancaq Göyçə gölü ətrafında ermənilərin dəfn edilməsi üçün bir qəbiristanlıq kimi kifayət edirdi. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min kv.km olub. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb.
Yaxud digər xarici mənbələrdə yer alan məlumatlara görə, XX əsrin əvvəlində azərbaycanlıların böyük qismi hələ də Rusiya imperiyasının tərkibindəki Ermənistanda yaşayırdı. 300 minə yaxın sakindən ibarət olan azərbaycanlı icması İrəvan valiliyinin 37,5%-ini təşkil edirdi. Valiliyin 7 qəzasından 4-də, o cümlədən valilik mərkəzi İrəvanda azərbaycanlılar çoxluq təşkil edirdilər. Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma, ayrıseçkilik və ölkənin demoqrafiyasını tamam dəyişdirən kütləvi və dəfələrlə təkrarlanan zorakı sürgünlər dövrü olub. Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsinə qədər onlar Ermənistanın ən iri etnik azlığını təşkil etməyə davam edirdilər. musavat.com




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: gunel (21 Dekabr 2010 23:22)



Qrup: İstifadəçi
Tarix: 24.11.2010
HELE BU ERMENILER COX ŞOKA DUŞECEKLER BİR AZ GOZLESİNLER.ALLAHİM BUTUN MOMUNLERİ PENAHİNDA SAXLA.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: hacer (22 Dekabr 2010 14:23)



Qrup: Qonaq
Tarix: --
Gercekler her zaman açıdır.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.