Qadınlarımızın dərdi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Qadınlarımızın dərdi
 
 » Din » Əxlaq » Qadınlarımızın dərdi

     
 
Din » Əxlaq: Qadınlarımızın dərdi
 
 
Müəllif: Qadin | 22 Dekabr 2010 | 12429 dəfə oxunub
http://zeka.az/1231-qaddnlardmdzdn-djrdi.html

Qadın

Mən Azərbaycan qadınıyam! Lap qədim zamanlardan bəri  başıma örpək örtürəm. Azərbaycan qadınının başı hər zaman örpəkli olub. Hətta 70 illik ateist sovet rejimi belə örpəyi gözdən salmaq üçün geniş miqyaslı təbliğat aparsa da, başımdakı örpəyə əl uzatmağa cürət etməyib. Əlbəttə bu əsl kişilərin var olduğu dövrdə belə idi. İndi kişi adını daşıyıb kişilikdən əsər-əlaməti olmayanlar örpəyimə əl uzatmaq istəyir.

Axı günahım nədir? Mən nə qəbahət işləmişəm ki, hətta orta məktəb təhsili almaqdan belə məhrum edilirəm? Özlərindən yeni “qanun” uydurub  qarşıma iki yoldan birinin seçimini qoyublar: Ya örpək, ya elm. Halbuki bütün kainatı yaradan Allah mənə ikisini də vacib edib. Sadəcə başıma örpək örtüb namuslu və iffətli olmaq istəməm üçündürmü elmdən məhrum edilməm?!

Necə də təəccüblüdür?! Əvvəllər əxlaqsız hərəkətlərinə görə şagirdləri müəllimlər sinifdən çıxarardı. Bu gün isə əksinədir, əxlaqsız rəftar və hərəkət sahibləri sinifdə parta arxasında əmin-arxayın oturublar, ismət rəmzi olan örpəyə bürünən qızlar isə sinifə buraxılmır.

Yəni mənim ölkəmdə heçmi qeyrətli kişi qalmayıb? İnana bilmirəm, axı bu ölkənin namaz qılıb , oruc tutan qeyrətli oğulları elə bu yaxınlarda vətən uğrunda şirin canlarından keçdilər. Mənim örpəyimə uzanan əl, söylənən təhqir  Mübarizin, Fəridin, Əhmədin ruhuna sitəmdir. Axı bu böyük ruh sahibləri ermənilər namusumuza, torpağımıza əl uzatdığı üçün şirin candan keçdilər.

Ey qəhrəman şəhidlər! Dinləyin vətən qızının səsini: Bu dəfə ismətimə uzanan əllər yağı əli deyil, elə bu torpağın üzərində qədəm basıb yeriyənlər və haram yeyənlərdir.

Lakin mən inanıram ki, Mübariz, Fərid və Əhməd kimi hələ də qeyrət sahibi olan kişilər var bu ölkədə və onlar mənim örpəyimə – iffətimə uzanan əlləri qoparıb atacaqlar. İlk növbədə Allaha, sonra isə vətənimin qeyrətli oğullarına ümid bəsləyib örpəyimi onlara əmanət edirəm!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (3) Çap et
 
 

     
 
#1 Yazan: Mehdi_Biya (22 Dekabr 2010 19:44)



Qrup: İstifadəçi
Tarix: 28.11.2010
Maşallah. Allah hifz eləsin, elimivizə və qələmivizə tofiq diləyirəm Uca tanrıdan...
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: gunel (22 Dekabr 2010 22:47)



Qrup: İstifadəçi
Tarix: 24.11.2010
ALLAHIM BIZE EMANET QOYULAH BU HICABIMIZI QORUMAQA GUC QUVVET VER.BIZLERI YOLUMUZDA SABIT QEDEM ELE.AMIN
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: Zeyneb (2 Yanvar 2011 13:10)



Qrup: Jurnalist
Tarix: 29.10.2009
insaallah hicab imtahanindan müsəlmanlar üzü ağ çıxar
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 5
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.