Oğlan, yoxsa qız » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Oğlan, yoxsa qız
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Oğlan, yoxsa qız

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Oğlan, yoxsa qız
 
 
Müəllif: Carchi | 25 Dekabr 2010 | 13713 dəfə oxunub
http://zeka.az/1236-odlan-yoxsa-qdz.html
Oğlan, yoxsa qız: həkimə getmədən uşağın cinsini necə müəyyən etmək olar? 
Qədim xalq inancları müasir tibbi aparatsız da doğulacaq uşağın cinsini göstərir.
Ailələr üçün doğulacaq uşağın oğlan yoxsa qız olacağı maraqlıdır. Müasir dövrdə USM müayinəsi sayəsində gələcək ailə üzvünün cinsini asanlıqla müəyyənləşdirmək olur, amma bəzən müəyyən tibbi səbəblərlə bağlı bunu dəqiqləşdirmək mümkün olmur. Bu zaman köməyə xalq inancları gəlir.
Müasir teknika və tibb elmi indiki kimi inkişaf etmədiyi qədim dövrlərdə insanlar öz "metodları", yəni ənənəvi inancları ilə hamilə qadının hansı cinsdən olan övlad dünyaya gətirəcəyini müəyyən edirdilər. Bəs bunlar hansı metodlardır, ümumiyyətlə, həkimə getmədən, USM aparatına düşmədən, doğulmamış körpənin, dğlün cinsini necə bilmək olar? Milli.Az xəbər portalı bu barədə bir sıra məqamları açıqlayır. 
Xalq inanclarında aşağıdakı hallara əsasən doğulacaq uşağın qız və ya oğlan olacağı müəyyənləşdirilir.
Hamilə qadının qarnının vəziyyətinə əsasən:
1. Hamilə qadının qarnının dik olması oğlan, yastı olması qız doğulacağına işarədir;
2. Əgər qarın tez-tez sağa qabarırsa oğlan, sola qabarırsa qız doğulur;
3. Uşaq ananın qara ciyər tərəfinə vurursa qız, sidik kisəsinə tərəf vurursa oğlan doğulur.
Ana olacaq qadının əhvalı və xarici görünüşünə əsasən:
1. Güclü toksikpoz oğlan doğumuna işarədir;
2. Oğlanlar ananı turş, duzlu, ət, qızlar isə şirniyyat və şirin meyvələr yeməyə meylləndirirlər;
3. Qız hamiləliyində anada üşütmə, oğlan hamiləliyində isə istilənmə, ürək sıxılması halları baş verir;
4. Qadının ayaqlarında tüklənmə halları baş verirsə və ayaqları soyuq olursa bu oğlan doğulacağına işarədir;
5. Hamiləlik dövründə döşlərin ucu açıq rəngdədirsə oğlan, tünd rənglidirsə qız doğulur.
6. Hamiləliyin ilkin dövründə qadın çirkinləşirsə qız, qəşəngləşirsə oğlan doğulacağı gözlənilir.
Hamilə qadının hərəkətlərinə əsasən:
1. Qız hamiləliyində ilkin aylarda qarın o qədər də bilinmir, oğlanda isə qarın elə ilkin aylardaca gözə çarpır;
2. Əgər qadın sol böyrü üstə yatmağa meyillidirsə, deməli, onun oğlu olacaq;
3. Hamilə qadını ətrafdakı kişilər qıcıqlandırırsa, bu, qızın doğulacağına işarədir;
4. Hamiləlikdə qadının əhvalı yaxşı olursa oğlan, pis olursa qız doğulacağına işarədir.
Ataya əsasən:
1. Ata keçəldirsə, əksər hallarda oğlan doğulur;
2. Ata güclüdürsə və ərlik vəzifəsinin öhdəsindən yaxşı gəlirsə, qız doğulması ehtimalı daha güclüdür;
3. Əgər kişi dar alt paltarı geyinirsə oğlan, sərbəst alt paltarı geyinirsə qız doğulması şansı artıq olur. Çünki, dar alt paltarı kişinin potensiyasını zəiflədir. Qız doğulması üçün isə güclü kişi potensiyası tələb olunur.
Bunlardan başqa, belə bir sınanmış inancı da təcrübədən keçirə bilərsiniz: qaşsız üzüyü sapa keçirib hamilə qadının qarnı bərabərliyində saxlayın. Əgər üzük sağa-sola hərəkət edirsə oğlan, dairəvi hərəkət edirsə qız doğulacağına işarədir.Milli.Az




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.