İran hərbi sənayesinin maraqlı icadları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İran hərbi sənayesinin maraqlı icadları
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İran hərbi sənayesinin maraqlı icadları

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İran hərbi sənayesinin maraqlı icadları
 
 
Müəllif: Carchi | 26 Dekabr 2010 | 12354 dəfə oxunub
http://zeka.az/1237-dran-hjrbi-sjnayesinin-maraqld-icadlard.html
İran hərbi sənayesinin maraqlı icadları
İran son günlər yenə də hərbi sənayesinin nailiyyətləri ilə dünyanın gündəminə gəlməkdədir.
Artıq bir həftədir bölgə ölkələri də daxil olmaqla bütün dünya İranın nümayiş etdirdiyi “Bavar-2” adlı “uçan qayıq”ları müzakirə edir. Hətta xarici KİV-ləri izlədikdə Fars körfəzində İslam İnqilabı Keşikçilərinə təntənəli şəkildə təqdim olunan “uçan qayıq”ların körfəz ətrafında yerləşən ərəb ölkələrini hərəkətə gətirdiyini açıq görmək olar.
Tehran rəsmiləri amfibiya təyyarəni xatırladan bu “uçan qayıq”ları İran hərbi sənayesinin yeni icadı adlandırırlar. Artıq kütləvi istehsalına başlanmış qayıq həm üzmə, həm uçma, üstəlik radardan gizlənmə özəlliklərinə malikdir. 
Bəs qonşumuz İranın yaratdığı bu yeni texnologiya nədir? Bu hərbi texnikanın hansı özəllikləri var və doğrudanmı “uçan qayıq” yenidir? Lent.az-ın əməkdaşı hərbi ekspertlərin iştirakı ilə apardığı araşdırmada bununla bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Ekspertlərin fikrincə, əslində İranın yaratdığı bu “uçan qayıq” yeni texnologiya sayıla bilməz. Yaxın tarixə nəzər saldıqda və bölgə dövlətlərinin Hərbi Dəniz Qüvvələrinin imkanlarını təhlil etdikdə analoji texnikaların ötən əsrin 70-80-ci illərindən istehsal edildiyini görmüş olarıq. 
Avrasiya Silahsızlaşdırma və Konversiya Mərkəzinin eksperti Frenk Bellin sözlərinə görə, ümumilikdə İranın bölgədə vahimə yaratmaq üçün nümayiş etdirdiyi bu “uçan qayıqlar” keçmiş Sovet ordusunun və soyuq müharibənin son dönəmində Birləşmiş Ştatların heç bir effekt verməyən və buna görə istehsalı dayandırılan ekranoplanlarıdır. İran belə demək olarsa, 20 il ərzində kütləvi istehsalı dayandırılmış, amma son illərdə yenidən gündəmə gələn ekranoplanların mini modellərini yaratmağa nail olub: “Son günlər bəzi rus KİV-ləri həmin qurğunun üzərində işlənilərək yeni, ekranoplandan nisbətən yığcam və manevr qabiliyyətli qayıqların hazırlandığını önə sürürlər. Analoji üzmə vasitələri indi də bəzi müdafiə sərgilərində nümayiş olunur. İranın bu qayığı kiçikdir və olsa-olsa yalnız burada müəyyən radardan yayındırma texnologiyalarını tətbiq etmiş olar. Bu avadanlıqda təəccüblü və qorxulu nə isə gözləmək olmaz”.
Ekspert bu fikirdədir ki, ümumilikdə İran hərbi sənayesinin son illərdə bəzi nailiyyətlərə imza atmasına baxmayaraq rəsmi Tehranın bir çox silah və texnikanın istehsalı imkanları məhduddur. Nümayiş etdirilən texnikaların da əksəriyyəti digər dövlətlərin analoji texnikalarının təkrarlanması yolu ilə istehsal edilir. 
Yeri gəlmişkən xatırladaq ki, hazırda Rusiyanın Xəzər dənizində 903 layihəli “Luna” raketdaşıyıcı ekranoplanı mövcuddur. İlk uçuşunu 1985-ci ildə Xəzər dənizində həyata keçirən “Luna” gəmi əleyhinə 6 ədəd idarə olunan “Moskit” raketini daşıyır. Bu ekranoplan 13 000 at gücünə malik ikikonturlu NK-87 mühərrikinə malikdir. “Luna”nın qanadlarının uzunluğu 44 metr, uzunluğu 73,80 metr, hündürlüyü 19,20 metrdir. Boş halda təyyarənin çəkisi 243 min ton, yüklü halda 380 min tondur. Təyyarə-gəmi saatda 500 km sürətlə dəniz səthindən 1-5 metr yüksəklikdə uça bilir. Anoloji “uçan qayıq” ABŞ-da “Boeinq” şirkəti tərəfindən də hazırlanıb. Uzunluğu 152 metr və qanadlarının uzunluğu 106 metr olan “Pelican” adlı dünyanın ən böyük ekranoplanı okean səthindən 6 m yüksəklikdə uça və bortunda 17 ədəd M1 Abrams tankını daşıya bilir.
Boş qumbaraatan, motorsuz uçan aparat
Ekspertlərin fikrincə, İran Silahlı Qüvvələri xof yaratmaq məqsədi ilə istehsal imkanları xaricində olduğu bəzi texnikaların da maketini hazırlayaraq ictimaiyyətə nümayiş etdirir. Məsələn, bu yaxınlarda keçirilən hərbi paradda İranın nümayiş etdirdiyi bəzi texnikalarının maket halında olduğu elə şəkillərdən də görünür. Belə ki, arsenalında olan həqiqi silah və texnikaları olduğu kimi nümayiş etdirən İran ordusu adı olub özü olmayan texnikaları isə maket olaraq göstərib.
Paraddakı fotolardan da bu qeyd olunan məqamlar meydana çıxır. Məsələn, tribuna önündən keçən pilotsuz uçan aparatların maket olduğunu hərbçi mütəxəssislər daha tez “tuta bilər”. Maşının üstündə aparılan bu aparatın “burun” hissəsinin aşağısında kəşfiyyat məlumatları toplamaq və görüntüləri yazmaq üçün optik sensorların yeri görünür. Amma optik sistem yerində yoxdur. Pilotsuz təyyarənin mühərrik yerinin də boş olduğu aydın görünür və bu aparatın “hələ uça bilmədiyini” göstərir.
Başqa bir fotoda isə paradda alman SS-ləri kimi motosikletdə keçən İran ordusunun əsgərlərinin çiyinlərində keçmiş sovet istehsalı olan qumbaraatan (RPQ) daşıdığı görünür. Maraqlısı budur ki, həmin qumbaraatanların mərmisi yoxdur. Qeyd edək ki, paradlarda hərbçilərə həqiqi – döyüşə hazır mərmilər və dolu güllələr verilmir. Onlar partlayıcısı olmayan silahlardan istifadə edirlər. İranın mərmisiz qumbaraatanları isə çox maraq doğurur.
İranın “Fars” agentliyinin nümayiş etdirdiyi fotonun başqa biri isə dalğıclar üçün nəzərdə tutulan sualtı üzmə vasitəsidir. Amma paradda nümayiş olunan sualtı üzmə vasitəsi “tezbazar” adi bir sexdə qaynaq olunaraq hazırlanmış boruya bənzəyir. 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.